Erməni politoloq: “Andranik Köçəryan o yaramazlar arasında ilk yerlərdə dayanıb”

2020/05/Hrant-1590915227.jpg
Oxunub: 1276     14:54     30 İyul 2020    
“Bu, mobilizasiya edilmiş ordudur, hər an hərbi təlimlərdən əsas döyüş əməliyyatlarına keçə bilər və əgər sən cəbhə xəttində rəqibin texnika ilə silahlanmış toplanmalarına sahibsənsə, ən azından hədsiz dərəcədə ehtiyatlı olmaq və izləmək lazımdır ki, vəziyyət hərbi təlimdən çıxmasın”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın “Voskanapat” analitik mərkəzinin rəhbəri, erməni politoloq Hrant Melik-Şahnazaryan deyib.

Şahnazaryan qeyd edib ki, Azərbaycan-Türkiyə hərbi təlimləri keçmişdə də olub, lakin indi, regionun həqiqətən gərginləşdiyi, müharibə öncəsi vəziyyətin yarandığı bir dövrdə Azərbaycan-Türkiyə hərbi təlimlərinin keçirilməsinin hərbi-siyasi təhdid olduğunu söyləmək olar.

Ermənistan parlamentinin Aprel döyüşlərinin detallarını araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryanın Ermənistan-Azərbaycan sərhəd gərginliyinə qiymətləndirmə verməsinə gəlincə, Hrant Melik-Şahnazaryan bildirib ki, Andranik Köçəryan o yaramazlar arasında ilk yerlərdə dayanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Köçəryan  

Erməni politoloq: “Andranik Köçəryan o yaramazlar arasında ilk yerlərdə dayanıb”

2020/05/Hrant-1590915227.jpg
Oxunub: 1277     14:54     30 İyul 2020    