Erməni politoloq: “Qarabağ probleminin həlli üçün Paşinyanın konsepsiyasının hansı olduğu elə də məlum olmayıb”

2020/07/ervan-1596020043.jpg
Oxunub: 739     10:19     30 İyul 2020    
Qarabağ probleminin həlli üçün Paşinyanın konsepsiyası hansıdır?

Erməni siyasi şərhçi Yervand Bozoyan yazır ki, ötən iki il ərzində Qarabağ probleminin həlli üçün Nikol Paşinyanın aydın konsepsiyasının hansı olduğu elə də məlum olmayıb.

“Bir tərəfdən o, “bu problemin həlli üç tərəfi - Azərbaycanı, Ermənistanı və Qarabağı (qondarma qurum – red.) qane etməlidir” deyir, digər tərəfdən bildirir ki, “Qarabağ Ermənistandır, vəssalam”.

Qeyd etmək lazımdır ki, bu sözlər əslində heç nə deməyən fikirlərdir, çünki bunlarda formal pafosdan başqa ciddi məzmun yoxdur.

Azərbaycan Türkiyə ilə 2010-cu ildə qarşılıqlı hərbi yardım müqaviləsi imzalayıb və əgər Ermənistan birtərəfli şəkildə Qarabağı özünə birləşdirsə, onda Türkiyə Ermənistana birbaşa hərbi intervensiya etmək legitim hüququnu alacaq.

Əlbəttə, bizim də Rusiya ilə bənzər müqaviləmiz var, lakin bu, Ermənistana qarşı aqressiyaya yönəlib. Halbuki Ermənistan Qarabağı birtərəfli şəkildə özünə birləşdirsə, bu, Azərbaycana qarşı aqressiya kimi nəzərdən keçirilə bilər. Yəni, türklərin müdaxiləsi rusların müdaxiləsindən daha legitim olacaq. Sual yaranır, biz niyə öz əllərimizlə bölgənin mümkün türk işğalını legitimləşdirmək istəyirik?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Paşinyan   İşğal  

Erməni politoloq: “Qarabağ probleminin həlli üçün Paşinyanın konsepsiyasının hansı olduğu elə də məlum olmayıb”

2020/07/ervan-1596020043.jpg
Oxunub: 742     10:19     30 İyul 2020    