Erməni siyasi xadim: “Əvvəlki təlimlər istifadə edilən silahların çeşidi və gücü baxımından bu cür geniş əhatəyə malik olmayıb”

2020/07/avet-1596019618.jpg
Oxunub: 1015     17:01     29 İyul 2020    
“Bu gündən etibarən Azərbaycan ərazisində, Naxçıvanda və Qarabağa qonşu olan rayonlarda genişmiqyaslı Türkiyə-Azərbaycan birgə hərbi təlimləri başlayır”.

Ordu.az xəbər verir ki, bunu öz “Facebook” səhifəsində Ermənistanın “Milli gündəm” partiyasının həmtəsisçisi Avetik Çalabyan yazıb.

O qeyd edib ki, əvvəllər də bu cür hərbi təlimlər olub, lakin onlar nə coğrafi baxımdan, nə də istifadə edilən silahların çeşidi və gücü baxımından bu cür geniş əhatəyə malik olmayıb.

“Ermənistan Türkiyəni cilovlamağın diplomatik və müttəfiq resurslarını tapmalıdır”, - deyə Çalabyan yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Təlim   Ermənistan  

Erməni siyasi xadim: “Əvvəlki təlimlər istifadə edilən silahların çeşidi və gücü baxımından bu cür geniş əhatəyə malik olmayıb”

2020/07/avet-1596019618.jpg
Oxunub: 1016     17:01     29 İyul 2020    