Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

2020/07/diasp-1596013047.jpg
Oxunub: 1433     12:56     29 İyul 2020    
Gürcüstan azərbaycanlılarının sıx yaşadığı Marneuli rayonunda "İşğala son, Qarabağa azadlıq, Sonra sülh" adlı aksiya keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin qarşısında baş tutan aksiya "Borçalı İrəli ictimai Birliyi"nin sədri Məhəbbət İmanov və Gürcüstanın azərbaycanlı hüquqşunaslar assosiyasiyasının sədri Əli Bədirovun təşkilatçılqı ilə gerçəkləşdirilib.

Tovuz cəbhəsində qəhrəmanlıqla həlak olan şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anıldığı tədbirdə Gürcüstan parlamentinin üzvü Azər Süleymanov, Marneuli məscidinin axundu Hacı Hacıyev, axund Hacı Əziz, Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və şeyxi Mirtağı Əsədov, ictimai xadim İsrafil Bayramov, parlamentin keçmiş üzvü Hidayət Hüseynli və digərləri çıxış ediblər. Natiqlər Azərbaycan və Gürcüstanın işğal altındakı ərazilərinin azad edilməsinin vacibliyini bildirərək dünya birliyini və beynəlxalq təşkilatları bu istiqamətdə qətiyyətli addımlar atmağa çağırıblar.

Azərbaycan və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı aksiyada “Qarabağ Azərbaycandır”, "Xocalıya Ədalət", "Abxaziya və Samaçablo Gürcüstanındır", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!", “Şəhidlərin xatirəsinə ehtiram”, “Qəhrəman oğullar yetişdirən analara görə qürur duyuruq!" və sair şüarların yazıldığı plakat və banerlər nümayiş etdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Aksiya  

Marneulidə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması tələb edilib

2020/07/diasp-1596013047.jpg
Oxunub: 1434     12:56     29 İyul 2020    