Almaniyada “Saber Junction 20” təlimləri keçiriləcək

2020/07/58037-1596012382.jpg
Oxunub: 1002     15:59     29 İyul 2020    
ABŞ-ın Avropadakı 7-ci Ordusu avqustda baş tutacaq “Saber Junction 20” təlimlərində iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 7-ci Ordunun mətbuat xidməti məlumat yayıb.

Təlimlər avqustun 3-dən 27-dək Almaniyanın Qrafenvor və Hohenfels şəhərlərində yerləşən ABŞ ordusunun təlim obyektlərində keçiriləcək. İştirak edən ölkələr sırasına Albaniya, Gürcüstan, Latviya, Litva, Moldova, Şimali Makedoniya, Rumıniya, Ukrayna və ABŞ daxildir.

Təlimlər zamanı COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün təhlükəsizlik tədbirləri görüləcək.

Qeyd edək ki, 4000-dən çox ABŞ və müttəfiq qoşunların iştirak etdiyi təlimlərə ötən il Azərbaycan Ordusunun hərbi qulluqçuları da qoşulmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Almaniya  

Almaniyada “Saber Junction 20” təlimləri keçiriləcək

2020/07/58037-1596012382.jpg
Oxunub: 1003     15:59     29 İyul 2020    