Bu yol qələbə yolu olacaq!

2020/07/f39c6-1596012016.jpg
Oxunub: 1667     16:00     30 İyul 2020    
Azərbaycan Prezidenti İlham ƏLİYEV: Bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyidir. Bu gün Azərbaycanda elə gözəl gənc nəsil yetişib ki, onların hamısı Ali Baş Komandanın əmrini gözləyir.

Yaydı. İstidi. Bürküdə bir yarpaq titrədəsi yel də əsmir. Bu tərəflərdə yolların ən sadiq sirdaşı ağaclardı. Bir mahnıda deyildiyi kimi, "gecələr yollara, ağaclara layla çalır". İstidə-bürküdə də, soyuqda-sazaqda da. Dan yeri ağarandan bəri maşınlar yolların laylasını qırır. O maşınlardan biri bizi ön xətdə çatdırmaqdadı...

2016-cı ilin aprelini xatırlayıram. Ermənilərin həmləsinin qarşısı alındı. Əks-həmlə ilə qələbə qazanıldı, Lələtəpə, Bayraqtəpə kimi mühüm yüksəkliklər də daxil olmaqla minlərlə hektar ərazi azad edildi. Bu yüksəkliklərdə dövlət bayrağımız qürurla dalğalanmaqdadır. Səngərləri sərhədlərə köçürdükdən sonra bu bayraqlar dövlət sərhədlərimiz boyunca yerləşən yüksəkliklərdə dalğalanacaq. O bayrağa gözdolusu baxanların əhatəsində yaşadığımız xoş ovqatı heç zaman unutmaram. O tarixi qələbəni Böyük Qələbəyəcən unutmayacağıq. Tarix olaraq Böyük Qələbədən sonra da unutmayacağıq...

2020-ci ilin iyul döyüşlərinin iştirakçılarıyla görüşəcəyik, söhbətləşəcəyik.

Ön xətdə, səngərlərdə həmişə Vətəndən, torpaqdan, Ali Baş Komandanın əmriylə torpaqlarımızın işğaldan azad edilməsiylə nəticələnəcək döyüşlərdən, Böyük Qələbədən danışmışıq. Deyiblər, dinləmişik, demişik, dinləyiblər. İndi iyul döyüşlərindən də danışacağıq, döyüşlərin qəhrəmanlarından da. Bu gün də söhbətimizin başlanğıcı, nəhayətsiz şərti nəhayəti yenə Vətən olacaq, döyüş əzmi olacaq, qələbə ruhu olacaq...

Səngərdəyik.

Zabit Rüstəm Məmmədov deyir ki, əsgər torpağın, Vətənin nə olduğunu, müqəddəs-liyini yeniyetməliyindən bilir, oxuya-oxuya öyrənir, öyrənə-öyrənə dərk edir. Yəni, vətəndaş olaraq formalaşır. İllər keçdikcə torpaq, Vətən haqqında düşüncələri dərinləşir. Hərbi bilikləri öyrəndikcə, hərbi vərdişlərə yiyələndikcə, döyüş növbətçiliyi apardıqca əsgər kimi püxtələşir, döyüş hazırlığı da artır, mənəvi-psixoloji hazırlığı da yüksəlir.

İyul döyüşlərini Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi bir fikrin doğmalığında xatırlayırıq: "Son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirildi. Bizdə olan məlumata görə onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sistemlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilmişdir".

- Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlarda dünya ictimaiyyəti, bu sıradan qətnamələri hələ də yerinə yetirilməyən beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun silahlanmasında olan döyüş texnikalarının bir hissəsini gördü. Bu ordunun qüdrətini gərək onda dərk edəydi, - deyirəm. - Dərk etsəydi, əmin-amanlıq qazanardı, bəşərilik qazanardı...

Zabit döyüş növbətçiliyindən qayıtmış əsgərlərə baxır, yəni, bu fikirə nə deyirsiniz.

- Onda orta məktəbdə oxuyurduq. Oxuduqlarımız öz yerində, dövlətçilik tariximizdən müəllimlərimizin söhbətlərini də maraqla dinləyirdik. Bunlar bizim düşüncələrimizdə Azərbaycan dövlətçiliyi, hər dövrün özünəməxsus ordusu haqqında məlumatlar idi. Müstəqil Azərbaycanın ordusu haqqında eşitdiklərimizdən biz də qürur duyurduq. Hərbi xidmətə çağırıldıq, xidmətə başladıq. Ordumuzun gücünü həm gördük, həm də Hərbi anda, dövlətə sədaqətimizi o gücə qatdıq, - əsgər İsa Hüseynov belə deyir.

Əsgərin dünyagörüşü bizim də düşüncələrimizi tərpədir, zabitin də, digər əsgərlərin də. Zabit daha yaxşı yadda qalsın deyə əsgərin dediklərini tezisləşdirir:

- Ordunun gücü təkcə döyüş texnikalarının, uçuş aparatlarının müasirliyi, döyüş gücü ilə deyil, həm də əsgərin döyüş və mənəvi-psixoloji hazırlığı ilə, döyüş əzmi və qələbə ruhu ilə müəyyənləşir. Yəni, əsgərin gücü ordunun gücü deməkdir.

Zabitin bu zəruri izahatı əsgərlərin baxışlarını bir neçə gün əvvəl döyüşlər gedən ərazilərə yönəldir.

- İyulun 12-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri əsgərlərimizi artilleriya atəşinə tutdu. Düşmən atəşkəsi əvvəllər də pozurdu. Onda atışları belə davamlı, həm də belə silahlardan olmurdu. İndi artilleriyadan atırdılar, minaatanlardan atırdılar. Əsgərlərimiz düşmənin hücumunun qarşısını atəşlə kəsdi. Ermənilərin gözlədiyi kimi olmadı. Əsgərlərimiz onların döyüş əzmini döyüşün ilk saatlarında çilik-çilik elədi. Bu, qələbənin başlanğıcı oldu.

- Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatlarından düşmənin itkiləri haqqında müəyyən informasiyamız var. Bildiklərimizi sizin deyəcəyiniz faktlar dolğunlaşdıracaq, - deyirəm.

- Tovuzda döyüşlər getdiyi vaxtlarda vətənsevərlər Şəhidlər xiyabanında Azərbaycan Ordusuna dəstək aksiyasına toplaşmışdı. Əsgər xalqın ona dəstəyini bilincə daha əzmkarlıqla döyüşür. Tovuz döyüşləri də təsdiqlədi ki, Azərbaycan əsgərinin döyüş əzmi də yüksəkdir, qələbə ruhu da, bunları şərtləndirən mənəvi-psixoloji hazırlığı da. Düşmənin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, neçə-neçə döyüş texnikası, onlarla əsgəri, zabiti məhv edildi. Düşmən bir daha gördü ki, Azərbaycan əsgəri güclüdür, - zabitin qürurunu qürurumuz bilirik.

Əsgər Rasim Əhmədov deyir ki, döyüşlərdə şəhid olanları xidmət edənlər hə-mişə sırada biləcək. Ali Baş Komandanın döyüş əmriylə başlayacaq döyüşlər torpaqlarımızın işğaldan azad edilməsilə nəticələnəcək. Düşmən də, onun havadarları da bilir ki, Azərbaycan əsgəri buna qadirdir.

Əsgərin düşüncəsini ordumuzun bütün əsgərlərinin düşüncəsi bilirəm. Onu da bilirəm ki, Tovuz döyüşlərində qazanılan qələbənin hərbi dəyəri də, mənəvi dəyəri də bir həqiqətin təsdiqi oldu: Azərbaycan Ordusu güclüdür, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qətnamələri yerinə yetirilməyən beynəlxalq təşkilatlar deyil, Azərbaycan Ordusu həll edəcək. Fikrimi əsgərlərin səmimi, qürurdan dikələn təbəssümü tamamlayır...

Əsgər Elməddin Dadaşzadə əsgər Rasim Əhmədovun fikrini gərəkli bir amillə tamamlayır:

- Xalq ordusuna güvənir. Ordu xalqın inamını hiss edəndə daha güclü olur. Döyüşlər getdiyi müddətdə camaat ermənilərin mərmilərindən çəkinmədi, axşamlar işığını söndürmədi. Əsgərlər gördülər ki, camaat ev-eşiyini tərk etmir, yəni, ordusuna inanır. Bu, olduqca vacib amildir. Döyüşlər zamanı qəhrəmancasına şəhid olan döyüş yoldaşlarımızın keçdiyi vətənpərvərlik yolu hər birimiz üçün örnək, ruhları bizlər üçün əziz və doğmadır. Əminəm ki, xalqımız da onları heç bir zaman unutmayacaq, onların xatirəsi daim qəlblərdə yaşayacaq.

- Tovuz döyüşlərində ordu ilə xalqın birliyi də qazanılan qələbəni şərtləndirən amillərdən oldu, - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Bakir İsmayılov belə deyir. Onun dediklərini güvəncə görə ehtiram bilirəm.

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev döyüşlərdə şəhid olanların analarına xitabən "...Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib" dedi. Əsgərlərimiz bu kəlamı dövlətin şəhidlərə ehtiramı bilir.

2016-cı ilin Aprel döyüşləri kimi, Tovuz döyüşləri də ruhumuzun qələbəsi oldu, bu döyüşlər də Böyük Qələbənin tərkib hissəsi kimi yaşanıldı...

Ruslan Həsənzadə, Fuad Cəfərov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu   Qələbə  

Bu yol qələbə yolu olacaq!

2020/07/f39c6-1596012016.jpg
Oxunub: 1668     16:00     30 İyul 2020    