“Torpaqlarımızı işğaldan azad etməyə hazırıq!” - ÖN XƏTDƏN REPORTAJ

2020/07/5118c-1596011832.jpg
Oxunub: 2551     11:45     30 İyul 2020    
Ön xətdə yerləşən "N" hərbi hissəsinin artilleriya bölməsində apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan hərbçiləri müasir texnika və silahlardan normativə uyğun istifadə edə bilir, bu sahədə təcrübələrini durmadan təkmilləşdirir, yeni nəticələr əldə etməyə çalışırlar.

"Xüsusi hazırlıq vasitəsilə əsgərlər taktiki hazırlıq, atəş hazırlığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bu sahədə əldə edilmiş bacarıqlar əsgərlərə döyüş zamanı vəziyyətdən çıxış üçün düzgün qərar qəbul etmək imkanı yaradır", - deyə zabit Rəşad Əliyev bildirdi.

Artilleriyaçılar dərs cədvəlinə uyğun olaraq müxtəlif döyüş tapşırıqlarını məşq edirdilər. Dərs prosesindən sonra şəxsi heyətlə söhbət etdik.

Gedən dərs prosesi ilə yaxından tanış olduğumuzu görən zabit Röyal Əlirzayev artilleriyanın döyüşdə hansı əhəmiyyətə malik olduğunu və şəxsi heyətin həyata keçirdiyi işlərin ardıcıllığını qeyd etdi: "Aktiv əməliyyat aparan bölmələrin fəaliyyətini dəstəkləmək, düşmənin mövcud atəş nöqtələrini susdurmaq, şəxsi heyətin hücuma keçməsini təmin etmək məqsədilə döyüş zamanı artilleriya çox böyük əhəmiyyət kəsb edir. Artilleriya qurğularının içərisində minaatanlar özünəməxsus yer tutur. Minaatanların ən mühüm xüsusiyyəti rahat daşınması və sürətlə atəş açmağa başlaya bilməsidir. Minaatanlar adətən dəstəklədikləri qoşunların arxasında öz mövqelərini tuturlar. Minaatan bölmələri atəşi idarəetmə elementindən, inkişaf etmiş bir müşahidəçi elementindən və bir də minaatanlardan istifadə edən atəş elementlərindən ibarətdir. Minaatanlar normal şəraitdə atəş açdıqları hədəfi görmürlər, bəzən 5000 m məsafəyə, bəzən daha çox məsafəyə atəş açırlar. Minaatanın şəxsi heyəti ehtiyac olduqda sadə metodlardan istifadə edərək hədəflərini vura bilir. Atəş zamanı minalar lüləyə əllə doldurulur. Hamar lülənin aşağı hissəsində sabit gücə sahib bir tətik mövcuddur, onun vasitəsilə lülədəki müxtəlif gücə malik barıt yükləri alovlanır. Minaatanların sonrakı versiyaları zərbə-tətik mexanizmi və lülənin təkrar doldurulmasını istisna edən qoruyucu ilə təmin edilir".

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Arzu Hüseynov qeyd etdi ki, keçirilən dərslərin hesabına vacib artilleriya silahı olan minaatanın taktiki-texniki xüsusiyyətlərini yüksək səviyyədə mənimsəyib: "Hücuma hazırlıq zamanı artilleriyadan açılan sərrast atəş döyüşün taleyini həll edir. Ona görə də bizlər bütün silahların, xüsusən də, minaatanın taktiki-texniki xüsusiyyətlərini dərindən öyrənməliyik. Bu işdə əsasən dəqiqlik xüsusi əhəmiyyət daşıyır. Gördüyünüz silah imkan verir ki, dəqiqliyə əməl etməklə dərinlikdə yerləşən düşmənin artilleriyasını, canlı qüvvəsini, istehkam qurğularını məhv edə bilək. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı piyada qüvvələrini atəş dəstəyi ilə təmin etməkdir. Piyada qüvvələrinə yardım etmək üçün onların bizə verdiyi hədəfləri sıradan çıxarmalıyıq. Əsgər kimi bu hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənir, özümüzü ən ağır artilleriya döyüşlərinə hazırlamağa çalışırıq. Komandirlər mütəmadi olaraq məşğələlər keçir, dərslər bilavasitə atəş mövqeyində aparılır. Məlumdur ki, minaatan artilleriya silahı kimi genişmiqyaslı döyüş əməliyyatlarının taleyini müəyyən edən bir silahdır. 2016-cı ilin Aprel döyüşləri, son Tovuz istiqamətində gedən döyüşlər də sübut etdi ki, artilleriyanın döyüşlərdə əhəmiyyəti danılmazdır".

Əsgər Tural İsgəndərov hesab edir ki, qısa müddətdə yetkin heyət nəfəri kimi formalaşıb: "Heyət nəfəri kimi mənim əsas vəzifəm aldığım tapşırıqları yerinə yetirməkdir. Belə ki, minaatanı vaxtında döyüşə hazırlamaq, heyəti döyüşə hazır vəziyyətə gətirmək, lazımi istiqamətlərə atəş açaraq verilmiş tapşırıqları yerinə yetirmək əzmindəyik".

Əsgər Famil Aslanov isə onu bildirdi ki, artilleriyaçı olmaq böyük məsuliyyət tələb edir: "Artilleriya döyüşün gedişinə əsas təsir göstərən hərbi vasitədir. Burada olduğum müddətdə müxtəlif artilleriya qurğularının taktiki-texniki xüsusiyyətlərinə yiyələnmişəm. Aprel və Günnüt zəfərlərinin, Tovuz döyüşlərinin davamı gələrsə, sözsüz ki, əsas yük bizim üzərimizə düşəcək. Sərrast atəşlərimizlə düşməni məhv edəcəyimizə əminik".

Əsgər Xaqani Atakişiyevin dediklərini isə Azərbaycan Ordusunun bütün şəxsi heyətinin sözü hesab etdim. "Hər keçən gün bizi Qarabağa daha da yaxınlaşdırır. Biz istəyirik ki, bu keçən günlərin sayı azalsın. İşğal olunan torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edirik. Ümid edirik ki, Qələbə günü yaxındadır.”

Söhbətə qoşulan digər əsgərlər də qeyd etdilər ki, Qarabağın hər qarış torpağı, dağı, çayı, bulağı, onlar üçün doğmadır, əzizdir. Bu torpaqları mənfur ermənilərdən azad etmək onların ən müqəddəs borcudur. - Təbii ki, bunun üçün hamımız bir yumruq kimi birləşib Ali Baş Komandan İlham Əliyevin hər an verə biləcəyi əmrə hazır olmalı, ulu babalarımızdan bizə əmanət qalan torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Torpaqlarımızı işğaldan azad etmək üçün hamımız bir nəfər kimi hazırıq!

Məhəmməd Əliyev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

“Torpaqlarımızı işğaldan azad etməyə hazırıq!” - ÖN XƏTDƏN REPORTAJ

2020/07/5118c-1596011832.jpg
Oxunub: 2554     11:45     30 İyul 2020    