Erməni deputat: “Türk qoşunu Naxçıvana daxil oldu, məgər başa düşmək anı deyil?”

2020/07/555-1596008122.jpg
Oxunub: 1837     12:33     29 İyul 2020    
“Rusiya Federasiyasının prezidenti tərəfindən çağırılmış Təhlükəsizlik Şurasının iclasından sonra və RF tərəfindən təşkil edilən planlı olmayan genişmiqyaslı hərbi təlimlərə baxmayaraq, türk qoşunu Naxçıvana daxil oldu, məgər başa düşmək anı deyil?”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Urixanyan öz “Facebook” səhifəsində yazıb.

“Rusiyanın təbliğat sisteminin ən nüfuzlu bölmələrindən birinin rəhbəri olan Marqarita Simonyanın məlum bəyanatının ən vacib hissəsini (orada deyilirdi ki, Rusiyada bizim hakimiyyətimizdən “inciyiblər”, lakin fərqi yoxdur, Ermənistanı müdafiə edəcəklər) türklərin oxuması aydındır, elə deyil? Oxuyublar, məhz Marqaritanın bunu niyə dediyini başa düşüblər, əslində onun dodaqları ilə kimin danışdığını başa düşüblər, lakin fərqi yoxdur, Naxçıvana daxil oldular”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Təlim   Türkiyə  

Erməni deputat: “Türk qoşunu Naxçıvana daxil oldu, məgər başa düşmək anı deyil?”

2020/07/555-1596008122.jpg
Oxunub: 1840     12:33     29 İyul 2020    