2020-ci ilin birinci yarım ilində Ermənistan ordusunda baş verən intihar halları 2 dəfə artıb - HESABAT

2019/07/23599-1562841625.jpg
Oxunub: 2017     15:31     29 İyul 2020    
Keçmişdə olduğu kimi indidə Ermənistan ordusunda ölüm halları kütləvi sayda qalmaqda davam edir. 2020-ci ilin birinci yarım ilində qeydə alınan ölüm halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artıb.

Ordu.az xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin (HVAVO) 2020-ci ilin birinci yarım ilində (yanvar-iyun) Ermənistan və işğal edilmiş ərazilərdəki qanunsuz “hərbi birləşmə”dəki birgə itkiləri barədə hesabatında qeyd olunub.

Təqdim olunan hesabat KİV-lərdən və rəsmi mənbələrdən, həmçinin HVAVO tərəfindən Ermənisan Müdafiə Nazirliyinə, Hərbi Prokurorluğa və İstintaq Komitəsinə göndərdiyi sorğuların cavabı əsasında hazırlanıb.

2020-ci ilin birinci yarısında Ermənistan ordusunda (işğal edilmiş Qarabağ ərazisində dislokasiya olunan qanunsuz “hərbi birləşmə” də daxil olmaqla) baş verən hadisələrdə 31 hərbi qulluqçunun ölüm halı qeydə alınıb.

Qeydə alınan 31 ölüm hadisəsinin baş vermə səbəbləri belədir:

• 10 hal səhhətindəki problemlər,
• 8 hal intihar və ya intihar həddinə çatdırma,
• 6 hal müxtəlif hadisə, (3 hal qar uçqunu, 1 hal dərəyə yuvarlanma, 1 hal avtomobildə yanğın, 1 hal traktorun aşması),
• 2 hal qətl nəticəsində, (1 hal xuliqanlıq motivi əsasında qətl, 1 hal digər cinayəti gizlətmə və ya onun baş vermə səbəblərini yumşaltma məqsədilə törədilən qətl),
• 3 hal avtoqəza nəticəsində,
• 1 hal atəşkəs rejimin pozulması nəticəsində,
• 1 hal mina partlaması nəticəsində baş verib.

Xatırladaq ki, 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölüm hallarının sayı 1 fakt artıb. (2019-cu ilin eyni dövründə ölümlə nəticələnən 30 hadisə qeydə alınıb).

Qeyd edilən 31 ölüm faktından yalnız 17 hal üzrə rəsmi məlumat verilib, digər 14 hal üzrə məlumat verilməyib. Daha sonra Ermənistan Hərbi Prokurorluğuna göndərilən rəsmi sorğu əsasında verilən cavabda, qalan 14 ölüm faktı hərbi xidmətlə əlaqəsi olmayan fakt kimi qeyd edilib. Qeyd edilən 14 hal üzrə məlumatlardan 7 fakt üzrə məlumat HVAV ofisinə qeyri-rəsmi mənbələrdən məlum olub. Daha sonra hərbi prokuroluğa ünvanlanmış sorğuya cavab məktubunda bu faktlar barədə məlumat əldə edilib.

HVAV-dan bildiriblər ki, hərbi xidmətlə əlaqəsi olmayan ölüm faktları barədə rəsmi açıqlama verilməyib.

HVAV ofisi 2019 və 2020-ci ilin birinci yarısında ölüm səbəblərini müqayisə edərək qeyd edir ki, 2020-ci ildə intihar hadisələrinin sayı 4, qəza nəticəsində ölənlərin sayı 5, sağlamlıq problemləri səbəbindən ölənlərin sayı 2 nəfər olmaqla artıb.

Qeyd etmək lazımdır ki, ictimai narazılıq fonunda mart ayında baş verən intiharların sayı azalıb.

2020-ci ildə baş verən hadisələrin əksəriyyəti yanvar-fevral aylarında, müvafiq olaraq 6-7 hal baş verib. Mart ayında 3 hadisə qeydə alınıb. 2019-cu ilin yanvar ayında 5, fevralda 3, martda 5 hadisə qeydə alınıb.

2020-ci ildə müxtəlif hadisələr nəticəsində ölənlərin sayı artıb. 2019-cu ilin I yarısında qəza nəticəsində 1 ölüm hadisəsi, 2020-ci ilin I yarısında 6 hadisə (ümumi hadisələrin 19% -i) qeydə alınıb.

Müxtəlif hadisələr nəticəsində ölənlərin sayının artması ya hərbçilərin xidmətin təhlükəsizlik qaydalarına əməl etməməsi, ya da buna dair müvafiq qaydada lazımi səviyyədə təlimat verilməməsi səbəbindən baş verdiyini deməyə əsas verir.

2020-ci ilin birinci yarısında hərbçilərin səhhətində yaranan problemlərlə əlaqədar 10 ölüm hadisəsi qeydə alınıb ki, bu da ümumi ölüm sayının 1/3 hissəsidir. 2 hal rəsmi olaraq hərbi xidmətlə əlaqəli, 8 hal isə hərbi xidmətlə əlaqəsi olmayan hadisə kimi xarakterizə olunub. 2 müddət xidmətli hərbi qulluqçunun ölüm faktı hərbi xidmətlə əlaqəsi olan ölüm halı olaraq, 4 müqavilə hərbi qulluqçunun, 3 zabitin və 1 gizirin ölümü isə hərbi xidmətlə əlaqəli olmayan fakt kimi dəyərləndirilib.

Bu statistikaya görə hərbi xidmətlə əlaqəsi olmayan ölüm faktlarının sayı olduqca əhəmiyyətli faktdır. Artıq, belə vəziyyətdə Ermənistan silahlı qüvvələrində tibbi xidmətin vəziyyətinin lazımı səviyyədə olub-olmaması məsələsi sual yaradır. Tibbi müayinənin lazımi səviyyədə olmadığını düşünmək olar.

2020-ci ilin ilk yarısında avtomobil qəzaları nəticəsində ölənlərin sayı 3 hal olaraq azalıb. 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12 hal qeydə alınıb. Avtomobil qəzalarından 2 hal şəxsi avtomobildə, 1 hal xidməti avtomobildə hərəkət zamanı baş verib.

Cari statistikanı təhlil edərək, belə qənaətə gəmək olar ki, Ermənistan ordusunda 2020-ci ilin birinci yarısında baş verən ölümlərin əksəriyyəti, 97% -i qeyri-döyüş şəraitində qeydə alınıb. Beləliklə, hadisələrin xronologiyasına görə 32 % səhhətindəki problemlər, 26 % intihar, 19% müxtəlif hadisələr, 10 % avtoqəza, 7% qətl, 3 % mina partlayışı, 3 % atəşkəs rejimin pozulması nəticəsində baş verib.

Qeyd edək ki, 2020-ci ildə baş verən hadisələrin böyük əksəriyyəti yanvar -6, fevral -7 və iyun ayında -10 hadisə olmaqla baş verib. Ən az hadislərin baş verdiyi aylar isə mart və may aylarında müvafiq olaraq 3 hadisə, aprel ayında isə 2 hadisə olmaqla qeydə alınıb.

2020-ci ildə ölən 31 hərbçidən 9 nəfəri müddətli xidmət hərbi qulluqçusu, 14 nəfəri müqaviləli xidmət hərbi qulluqçusu, 4 nəfəri zabit, 1 nəfər isə gizirdir.

2019-cu ildə ölən 30 hərbçidən 8 nəfəri müddətli xidmət hərbi qulluqçusu, 13 nəfəri müqaviləli xidmət hərbi qulluqçusu, 4 nəfəri zabit, 3 nəfəri gizir, 2 hal üzrə isə hərbi qulluqçunun kateqoriyası hələ müəyyən edilməmiş olaraq qalır.

Ölənlərin xidmət növünə və ölüm hallarına nəzər yetirdikdə, müddətli hərbi xidmət çağırışçıları arasında ölüm səbəblərinin: intihar (4), sağlamlıq problemləri (2), qətl (2), avtomobil qəzası (1) olduğu nəzərə çarpır.

Müqaviləli xidmət hərbi qulluqçuların ölüm səbəbləri müxtəlif qəzalar (5), sağlamlıq problemləri (4), intihar (3), avtomobil qəzaları (1) və atəşkəs rejimin pozulması (1) olaraq qeyd edilir.

Zabitlərin ölüm səbəbləri, sağlamlıq problemləri (3), intihar (1), avtomobil qəzası (1), qəza (1), mina partlaması (1) olduğu məlumdur. 1 gizir rütbəli hərbi qulluqçunun ölüm səbəbi isə səhhətində yaranan problem olub.

Qeyd edək ki, 2020-ci ilin birinci yarısında atəşkəs rejiminin pozulması səbəbindən 1 ölüm hadisəsi Ermənistan ərazisində qeydə alınıb.

Bunu 2020-ci ilin birinci yarısında təmas xəttində atəşkəs rejiminin pozulma hallarının sayı azalsa da, 12 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində Ermənistanın təxribatı nəticəsində vəziyyət kəskin şəkildə gərginləşib.

HVAV ofisi 2020-ci ilin iyul ayında Ermənistanın itkilərinə, istifadə olunan silahlara dair məlumatları oktyabr ayında hazırlanacaq hesabatda yayımlayacaq.

HVAVO-nun hesabatında 2020-ci ilin birinci yarısında hərbçilərin ölümü ilə əlaqədar açılan cinayət işlərinə də toxunulub. Rəsmi və mediada yayılan məlumatlara görə, 2020-ci ilin birinci yarısında Ermənistanda və işğal altında olan Qarabağda baş verən 31 ölüm hadisəsindən 18 hadisə üzrə Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri açılıb. 18 cinayət işi üzrə başlanmış cinayət işlərindən 17 cinayət işi ibtidai istintaq mərhələsindədir. Cinayət tərkibin olmaması səbəbindən 1 cinayət işinə xitam verilib. Onlardan 4 ölüm faktı üzrə cinayət işi isə hərbi xidmətlə heç bir əlaqəsi olmadığına görə rədd edilib, daha 1 hərbi xidmətlə əlaqəsi olmayan cinayət işi üzrə materiallar hazırlanır. 8 hal üzrə cinayət işlərinin başlanması barədə məlumat verilmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: HVAVO   Ermənistan-ordusu   İntihar  

2020-ci ilin birinci yarım ilində Ermənistan ordusunda baş verən intihar halları 2 dəfə artıb - HESABAT

2019/07/23599-1562841625.jpg
Oxunub: 2020     15:31     29 İyul 2020    