Bolqarıstan cəmiyyəti Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılır

2020/07/bolqa-1596007301.jpg
Oxunub: 1078     11:25     29 İyul 2020    
Azərbaycanın Bolqarıstandakı səfiri N.Qurbanova Bolqarıstanın BGNES (“БГНЕС”) Xəbər Agentliyi və www.fakti.bg xəbər portalına müsahibə verib. Müsahibədə səfir Ermənistan-Azərbaycan dövlət sərhədində son vəziyyət, Ermənistanın təxribatlarının təfərrüatları barədə məlumat vermişdir.

Ordu.az xəbər verir ki, bu barədə Səfirlikdən məlumat verilib.

Məlumata görə, səfir həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barədə məlumat verərək münaqişəsinin 1988-ci ildə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları əsasında baş verdiyini bildirmişdir. Səfir azərbaycanlıların Ermənistandan kütləvi deportasiyasına toxunaraq 250 min soydaşımızın əsrlər boyu yaşadıqları öz doğma yurdlarından qovularaq Azərbaycana köçmək məcburiyyətində qaldığını söyləmişdir. Növbəti mərhələdə Ermənistan tərəfindən geniş miqyaslı hərbi əməliyyatların başladığını vurğulayan səfir Azərbaycanın 20% ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini diqqətə çatdırmışdır. Bununla belə, o, Azərbaycanın beynəlxalq hüquqa əsasən həmin ərazilər üzərində öz suverenliyini saxladığını vurğulamışdır. N.Qurbanova xüsusilə Azərbaycanın 1992-ci ildə BMT-yə üzv qəbul olunarkən həmin ərazilərin BMT və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan əraziləri kimi tanındığına xüsusi diqqət çəkmişdir.

Səfir Ermənistanın son təxribatının qoşunların təmas xəttində deyil, Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca baş verdiyini söyləmiş və əlavə etmişdir ki, Azərbaycan tərəfdən sərhədlərin əksər hissəsi hərbi qüvvələr tərəfindən deyil, sərhəd polisi tərəfindən qorunur, bunun əksinə olaraq isə Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədi hərbiləşdirilmişdir. Ermənistanın son təxribatı nəticəsində Azərbaycan ordusunun 11 hərbi qulluqçusunun (o cümlədən bir generalın) həlak olduğunu, mülki əhaliyə və infrastruktura ciddi ziyan dəydiyini söyləmişdir. Səfir Ermənistanın son təxribatının COVİD-19 pandemiyası ilə əlaqədar çətin vəziyyətdə olan ölkə ictimaiyyətinin diqqətini yayındırmaq və Azərbaycanın simasında düşmən obrazı yaratmaqla Paşinyan hakimiyyətinin qorunmasına xidmət etdiyini bildirmişdir.

Səfir davam etmişdir ki, əlləri Azərbaycan qadınlarının və uşaqlarının qanına bulaşmış Köçəryan və Saqsyandan fərqli olaraq, Paşinyanın hakimiyyətə gəlməsi münaqişənin həlli ilə bağlı Azərbaycanda ümid yaratmışdı. Lakin Paşinyanın oğlunun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda hərbi xidmətə başlaması onun siyasətinin sələflərininkindən heç də fərqlənmədiyini göstərdi.

N.Qurbanova münaqişə ilə bağlı Azərbaycanın aydın mövqe nümayiş etdirərək münaqişənin mərhələli həllinə tərəfdarı olduğunu hər zaman bəyan etdiyini vurğulamışdır. Belə ki, BMT-nin məlum 4 qətnaməsində tələb olunduğu kimi, Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, bütövlüklə və qeyd-şərtsiz çıxarılmalı və Azərbaycanlı əhali Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayona qayıtmalıdır. Səfir Azərbaycanın ərazi bütövlüyünün heç zaman danışıqlar mövzusu olmadığını və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirmişdir.

Müsahibədə səfir həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərə toxunmuşdur. O qeyd etmişdir ki, iqtisadi əməkdaşlığımızın əsasında enerji sahəsi dayanır və ilk Azərbaycan qazının Bolqarıstana tədarükünün 2021-ci ilə təsadüf edəcəkdir, COVİD-19 pandemiyasına baxmayaraq Azərbaycan qazının nəqli üçün TAP kəmərinin inşası plan üzrə davam edir. İki ölkə arasında ticarət dövriyyəsini toxunan səfir son 4 ildə bu göstəricinin 5 dəfə artaraq təqribən 93 milyon ABŞ dolları təşkil etdiyini qeyd etmişdir.

N.Qurbanova həmçinin təhsil və mədəniyyət sahəsində ölkələrimiz arasında uğurlu əməkdaşlıqdan bəhs edərək Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə restavrasiya olunan “Trapezitsa” Tarixi Memarlıq Muzeyinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində əhəmiyyətini vurğulamışdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Bolqarıstan   Münaqişə  

Bolqarıstan cəmiyyəti Ermənistanın hərbi təxribatı barədə məlumatlandırılır

2020/07/bolqa-1596007301.jpg
Oxunub: 1081     11:25     29 İyul 2020    