Ukrayna silahlı qüvvələrinə “Bulat” tanklarının növbəti partiyası təhvil verilib

2020/07/Bulat-1596007127.jpg
Oxunub: 1240     11:43     29 İyul 2020    
“Ukroboronprom” dövlət konserninin tərkib hissəsi olan “Malışev Zavodu” MMC təmir edilmiş və təkmilləşdirilmiş “Bulat” əsas döyüş tanklarının növbəti partiyasını Ukrayna Silahlı Qüvvələrinə göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "Ukroboronprom" dövlət konserninin saytında məlumat yayılıb.

Qeyd olunur ki, bu çatıdırılma ilə zavod Ukrayna Ordusunun sifarişlərinin 50%-ni yerinə yetirmiş olur.

Beləliklə, 2020-ci ilin iyul ayına qədər dövlət müqaviləsinin 50% -i şirkət tərəfindən razılaşdırılmış müddətlərə uyğun olaraq yerinə yetirildi.

Zavodun baş direktoru Vasil Krylas bildirib ki, tanklar sadəcə təmir olunmayıb, həmçinin onlara təkmilləşdirilmiş xüsusiyyətləri olan müasir avadanlıqlar da quraşdırılıb.

“Yeni radiostansiya və müasir naviqasiya vasitələri sayəsində hərbçilərimiz ekipaj və komanda arasındakı hərəkətləri və rabitəni daha rahat və səmərəli şəkildə əlaqələndirə biləcək, həmçinin gecə daha yaxşı nəzarət etmə imkanı əldə edəcəklər”, - deyə o qeyd edib.

T-64B tankının modernləşdirilmiş variantı olan “Bulat” Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunan əsas döyüş tankıdır.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Tank   Bulat  

Ukrayna silahlı qüvvələrinə “Bulat” tanklarının növbəti partiyası təhvil verilib

2020/07/Bulat-1596007127.jpg
Oxunub: 1243     11:43     29 İyul 2020    