Ukrayna özüyeriyən tank əleyhinə “Şturm-S” raket sistemini təkmilləşdirib

2020/07/Ukrai-3192013622.jpg
Oxunub: 1540     13:12     29 İyul 2020    
Ukraynanın “Luç” dövlət müəssisəsi və “Artem” dövlət şirkəti Sovet dövründən qalan özüyeriyən 9K114 “Şturm-S” tank əleyihinə raket sistemini modernləşdirilib.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, raket sisteminin modernləşdirilmiş 9P149 varinatının sınaqlarının yaxın vaxtlarda başlaması planlaşdırılıb.

Təkmilləşdirilmiş raket sistemi Ukraynanın yeni baş nazirinin müavini - Ukraynanın Strateji Sənayelər naziri Oleq Uruskinin “Luç” müəssisəsinə səfəri zamanı nümayiş etdirilib.

Sistem müəssisə tərəfindən hazırlanmış RK-2V “Bariyer-V” idarəolunan və mənzili 6 kilometrə çatan raketlərlə təchiz olunub.

Hədəf aşkarlanması üçün texnikanın ön hissəsində İzyum Cihazqayırma Zavodu tərəfindən hazırlanmış OPSN-l optik-elektron sistem quraşdırılıb. OPSN-I 14,5 kilometrə qədər hədəf aşkar etmə diapazonuna malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Raket  

Ukrayna özüyeriyən tank əleyhinə “Şturm-S” raket sistemini təkmilləşdirib

2020/07/Ukrai-3192013622.jpg
Oxunub: 1541     13:12     29 İyul 2020    