ABŞ Niderlanda AMRAAM raketlərinin satılmasına razılıq verib

2020/07/AIM-1-1596006674.jpg
Oxunub: 1080     12:20     29 İyul 2020    
ABŞ Dövlət Departamenti Niderlanda AIM-120C8 “hava-hava” tipli raket sistemlərinin satılmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Təhülkəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, xarici hərbi satış proqramı çərçivəsində icra olunacaq müqaviləyə 16 ədəd AIM-120C8 inkişaf etmiş orta mənzilli “hava-hava” tipli raketlər (AMRAAM), dəstək avadanlıqları, ehtiyat hissələri, təmir avadanlığı və logistika dəstəyi xidmətləri daxildir.

Qeyd olunan satışların təxmini dəyəri 39 milyon ABŞ dollarıdır. Müqavilənin əsas icraçısı “Raytheon Missiles & Defence” şirkəti olacaq.

Açıq mənbələrdə verilən məlumata görə, AMRAAM 70-120 km mənzilə malik aktiv radarla idarə olunan “hava-hava” tipli raket sistemidir. ABŞ istehsalı olan raket 35-dən çox ölkə tərəfindən istifadə edilir. Raketlər F-16, F-15, F-18, F-22, F-35 EF-2000, “Gripen” və “Tornado” kimi bir çox qırıcılara quraşdırıla bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Niderland   AMRAAM  

ABŞ Niderlanda AMRAAM raketlərinin satılmasına razılıq verib

2020/07/AIM-1-1596006674.jpg
Oxunub: 1081     12:20     29 İyul 2020    