“Ares” PDM-lərinin ilk partiyası Britaniya ordusuna təhvil verilib

2020/07/e8b59-1596006548.jpg
Oxunub: 1065     16:47     29 İyul 2020    
Britaniya Quru Qoşunlarının müasir döyüş bölgəsinin tələblərinə cavab vermək üçün başladılan “Ajax” zirehli texnika proqramı çərçivəsində zirehli vasitələrin tədarükünə başlanılıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, proqram çərçivədə “Ares” adlı piyada döyüş maşınlarının ilk partiyası Britaniya ordusuna təhvil verilib.

Qeyd edək ki, zirehli platformalar “General Dynamics UK” tərəfindən hazırlanıb.

Piyada döyüş maşınları 38 ton ağırlığındadır və MTU tərəfindən istehsal olunan 800BG 8V199 dizel mühərriki ilə təchiz olunub.

Proqram çərçivəsində hazırlanacaq zirehli maşınların “Ajax”, “Ares”, “Apollo”, “Athena”, “Atlas” və “Argus” adlı 6 varinatı mövcuddur.

Xatırladaq ki, 2014-cü ildə Böyük Britaniya və “General Dynamics” şirkəti arasında 589 ədəd AJAX nəqliyyat vasitəsinin tədarükünə dair müqavilə imzalanıb. Müqavilənin dəyəri 3.5 milyard funt sterlinqdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Britaniya   PDM  

“Ares” PDM-lərinin ilk partiyası Britaniya ordusuna təhvil verilib

2020/07/e8b59-1596006548.jpg
Oxunub: 1066     16:47     29 İyul 2020    