Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VII yazı

2020/08/12-11183532493.jpg
Oxunub: 16125     10:49     17 Avqust 2020    
(VII yazı. VI yazını BURADAN oxuya bilərsiniz)

Xatırlayaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas tapşırığı Qarabağın işğal altında olan ərazilərini azad etməkdir. İşğal altında olan ərazilərimiz əsasən dağlıq ərazilərdir. Dağlıq ərazilərin xüsusiyyətləri və onların qoşunların fəaliyyətlərinə təsiri diqqət yetirilməli olan ən vacib məsələlərdən biridir, dərindən öyrənilməli, gündəlik məşğələlərdə və təlimlərdə tam mənimsənilməli, son döyüşlərin təcrübəsindən istifadə olunmalıdır.

Əvvəlki məqalədə ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətinin xüsusiyyətlərini, hücumun inkişafı zamanı ön dəstənin və yandan keçmə dəstəsinin fəaliyyətlərini və dağlıq ərazidə hücum zamanı taktiki hava desantlarının tətbiqinin xüsusiyyətlərini araşdırdıq. Bu məqalədə isə motoatıcı tabor və bölüyün taktiki hava desantında fəaliyyətinin və dağlarda müdafiə olunan düşmənə bilavasitə təmas vəziyyətindən hücumun xüsusiyyətlərini araşdıracağıq.

Motoatıcı tabor və bölük taktiki hava desantında

Motoatıcı tabor və bölük taktiki hava desantına təyin edilə bilər. Bu zaman onlar öz qoşunlarımızın əsas qüvvələri yaxınlaşana qədər vacib hüdudları və obyektləri tutmaq və əldə saxlamaq, hərəkətə başlayan düşmənin arxasına və cinahlara zərbələr endirmək, idarəetmə məntəqələrini, körpüləri, aşırımları, dağ keçidlərini və vadilərini sıradan çıxarmaq və digər tapşırıqları yerinə yetirə bilər.

Taborun desant qismində çıxarılması helikopter bölmələrinin bir uçuşu ilə həyata keçirilməlidir. Taktiki hava desantının çıxarılması başa çatan kimi, helikopterlərin bir hissəsi desantın atəş dəstəyi, döyüşün gedişində qüvvə və vasitələrin manevr etməsi üçün desant çıxarılma rayonunda qalmalı və ya döyüşün atəş dəstəyindən sonra cəbhə xətti arxasına qayıtmalıdır.

Taktiki hava desantının düşmən arxasındakı döyüş fəaliyyəti, onun tətbiq edilməsinə qərar verən komandirin qüvvə və vasitələri tərəfindən dəstəklənməlidir.
Motoatıcı tabor və bölük taktiki hava desantında ağır silahsız və texnikasız fəaliyyət göstərməlidir. O, artilleriya, zenit, kəşfiyyat bölmələri, həmçinin mühəndis və kimya qoşunları bölmələri ilə gücləndirilə bilər.

Taktiki hava desantı tapşırıq alarkən yuxarı komandanlıq tərəfindən ona desant çıxarma üçün çıxış rayonu, uçuş zolağı, əsas və ehtiyat desant çıxarma rayonlarını təyin etməlidir.

Desant çıxarma üçün çıxış rayonuna əsas və ehtiyat enmə meydançaları və cəmləşmə rayonu daxil olmalıdır.

Cəmləşmə rayonu enmə meydançalarından çox uzaq olduqda, əlavə olaraq gözləmə rayonu da təyin edilə bilər.

Cəmləşmə rayonuda desant bölmələri gizli yerləşməli, desant çıxarma üçün hazırlanmalı və döyüş tapşırığını yerinə yetirməlidir.

Gözləmə rayonunda desant bölmələri gizli yerləşməli və döyüşə hazırlığını tamamlamalıdır. Onun, helikopterlərin enmə meydançalarından 3 km-dək məsafədə seçilməsi daha məqsədəuyğundur.

Uçuş zolağı, helikopter bölmələrinin çıxış rayonundan marşrut üzrə desant çıxarma rayonuna, düşmənin daha az sayda hava hücumundan müdafiə vasitələrinə malik olduğu və ya etibarlı şəkildə susdurulduğu, aşağı yüksəkliklərdə uçmağa imkan verən ərazi rayonunda təyin edilməlidir. Əks halda taktiki hava desantı təyinat rayonuna çatmadan vurula bilər.

Əsas və ehtiyat desant çıxarma rayonları, helikopterlərin enməsi üçün uyğun gələn və taktiki hava desantının döyüşə girməsi üçün əlverişli şəraiti təmin edən ərazilərdə təyin edilməlidir. Desant çıxarma rayonlarının ölçüləri döyüşün niyyətindən, taktiki hava desantının tapşırıqlarından və yaranmış şəraitdən asılıdır.
Taborun çıxarılması üçün 1-2, bölüyə isə hər desant çıxarma rayonunda 1 enmə meydançası təyin etmək məqsədəuyğundur.

Bu rayonların ölçüləri təyin edilərkən taborun və ya bölüyün çıxarılmasını həyata keçirən helikopterlərin sayı və növü nəzərə alınmalıdır.

Taktiki hava desantına döyüş tapşırığı o hesabla təyin edilməlidir ki, onun düşmən arxasındakı döyüş fəaliyyətlərinin bütün dövrünü əhatə etsin. Döyüş tapşırığı, yaxın və sonrakı tapşırıqlardan ibarət olmalıdır.

Yaxın tapşırıq, desant çıxarma rayonunda düşmənin məhv edilməsinin tamamlanması, göstərilən obyektin sıradan çıxarılması və ya müəyyən rayonun ələ keçirilməsi ola bilər.

Sonrakı tapşırıq kimi isə, tutulmuş rayonun əldə saxlanılması, yeni rayonda obyektlərin sıradan çıxarılması və digər tapşırıqlar təyin edilə bilər.

Taktiki hava desantı döyüş tapşırıqlarını uğurla yerinə yetirmək üçün şəraitə və tapşırıqlara uyğun döyüş düzülüşü yaratmaq lazımdır. Döyüş düzülüşü: ön qrup, birinci eşelon bölmələri, ehtiyat və ya ikinci eşelon, artilleriya, zenit bölmələri və digər atəş vasitələri bölmələrindən ibarət ola bilər.

Desant çıxarmada ön qrup enmə meydançalarında düşmənin məhv edilməsini tamamlamalı, onları ələ keçirməli və taktiki hava desantının əsas qüvvələrinin çıxarılmasını təmin etməlidir. Bu qrupa zenit-atıcılar, istehkamçılar və kimyaçı-kəşfiyyatçılarla gücləndirilmiş 1-2 motoatıcı taqım təyin etmək olar.

Ön qrupla birlikdə, kəşfiyyat və ya döyüş kəşfiyyat dozorunun, eləcə də artilleriya bölmələrinə əlavə verilmiş kəşfiyyatçıların desant kimi çıxarılması məqsədəuyğundur.

Taktiki hava desantının komandiri döyüş tapşırığını aldıqdan sonra onu aydınlaşdırmalı, vəziyyəti qiymətləndirməli, qərar qəbul etməli, helikopterlərə minmənin hesabını tərtib etməli, döyüş əmri verməli, qarşıdakı fəaliyyət üçün bölmələrin hazırlanmasını və qarşılıqlı fəaliyyəti təşkil etməlidir.

Taktiki hava desantının komandiri vəziyyəti qiymətləndirərkən adi məsələlərdən başqa, uçuş zolağında və desant çıxarma rayonunda düşmənin mümkün fəaliyyət xarakterini, tutulmalı hüdudları, məhv edilməli olan obyektləri, onların müdafiə və mühafizə xüsusiyyətlərini, desant çıxarma rayonunda enmə meydançasının olmasını və onun vəziyyətini öyrənməlidir.

Taktiki hava desantının komandiri qərar qəbul etdkdə döyüş niyyətini (yəni, əsas desant gücünü nəyə cəmləmək, hansı düşməni, harada, hansı ardıcıllıqla, necə ələ keçirmək və ya atəşlə məhv etmək, onu aldatmaq tədbirləri), döyüş düzülüşünü, desant çıxarma qaydasını (yəni, hansı bölmələr, hansı meydançalarda helikopterlərə minəcək və hansı enmə meydançalarında desant çıxarma rayonunda düşəcək), bölmələrin döyüş tapşırığını, qarşılıqlı fəaliyyətin əsas məsələlərini, idarəetmənin təşkilini təyin etməlidir.
Tabor qərargahı (eyni qaydada bölük komandiri) desant çıxarma hesabını aparmalı, yüklənmə və şəxsi heyətin minməsi planını, eləcə də hər helikopterə yüklənəcək silahların, maddi vəsaitlərin siyahısını tərtib etməlidir.

Desant çıxarma planlaşdırılarkən vaxt hesabatı təyin olunmuş “S” vaxtından, yəni taktiki hava desantının ön qrupunun düşürülməsinə başlanmasından aparılmalıdır.

Tapşırıq verərkən, taktiki hava desantının komandiri döyüş əmrində birinci eşelon bölmələrinə – gücləndirmə vasitələrini, döyüş tapşırığını, kim tərəfindən dəstəklənəcəyini, helikopterlərin nömrələrini və minmə meydançalarını göstərməlidir.

İkinci eşelon bölmələrinə isə – tərkibi, döyüş tapşırığı, tərkibinə kimin veriləcəyi və dəstəkləyəcəyi, helikopterlərin nömrələri və minmə meydançaları göstərilir.
Ehtiyat bölməsinə – tərkibi, cəmləşmə rayonu, çıxarıldıqdan sonra mümkün fəaliyyət xüsusiyyətləri, helikopterlərin nömrələri və minmə meydançaları göstərilir.

Ön qrupa – tərkibi, döyüş tapşırığı, kimin dəstəkləyəcəyi, helikopterlərin nömrələri, çıxarılma vaxtı göstərilir.

Artilleriya və digər atəş vasitələri bölmələrinə – hava desantı döyüşünün dəstəklənməsi üzrə tapşırıqlar, helikopterlərin nömrələri və minmə meydançaları göstərilir.

Zenit bölməsinə – hava düşmənini dəf edilərkən atəş açma qaydası, helikopterlərin nömrələri və minmə meydançaları göstərməlidir.

Təyin olunmuş vaxtda taktiki hava desantı cəmləşmə rayonuna çıxır. Komandirlər hesaba uyğun helikopterlərə minmə üçün bölmələrin hazırlığını yoxlayır.

Helikopterlər çatan kimi, tabor komandiri helikopter bölməsinin komandiri ilə desant çıxarmanın hesabını, döyüş texnikasının yüklənməsi və şəxsi heyətin minmə qaydalarını, əsas və ehtiyat desant çıxarma rayonlarında enmə meydançalarını, helikopter və motoatıcı bölmələrin uçuşda və çıxarılmada qarşılıqlı fəaliyyət qaydalarını, zərurət olduqda bölmələrə döyüş tapşırıqlarını, həmçinin uçuşda döyüş düzülüşünü dəqiqləşdirməlidir.

Desant çıxarma rayonunda döyüş uçuşu alçaq yüksəkliklərdə bir kolonla icra olunacaq. İrəlidə desantın əsas qüvvələrindən 10-20 dəqiqəlik intervalla ön qrupu aparan helikopterlər uçmalıdır. Desantın əsas qüvvələri yerləşən kolonunun başında motoatıcı bölmələr olan helikopterlər, onların arxasınca isə artilleriya və digər bölmələr olan helikopterlər uçmalıdır.

Uçuşda taktiki hava desantının komandiri helikopter bölməsinin komandiri ilə bir yerdə olmalıdır. Uçuş zolağında düşmənin, xüsusilə də onun hava hücumundan müdafiə vasitələrinin daha etibarlı susdurulması üçün döyüş helikopterləri, bəzən də dəstəkləyici döyüş-nəqliyyat helikopterləri bort silahlarından, desant bölmələri isə atıcı silahlardan atəş açmalıdır.

Ön qrup helikopterlərin enmə meydançasına yaxınlaşan kimi burada düşmən məhv edilməli, helikopterlərin bort silahları və atıcı silahların effektiv atəşi ilə susdurulmalı, bundan sonra ön qrupun çıxarılması icra olunmalıdır. Sonra helikopterlər havaya qalxaraq ön qrup bölmələrinin döyüşünü atəşlə dəstəkləməli və taborun əsas qüvvələrinin çıxarılmasını himayə etməlidir.

Ön qrupun motoatıcı bölmələri helikopterlərdən çıxaraq döyüş düzülüşünə açılmalı, enmə meydançasında və ona bitişik rayonda düşmənin məhv edilməsini tamamlamalı, əlverişli mövqeləri tutmalı və taktiki hava desantının əsas qüvvələrinin çıxarılmasını təmin etməlidir.

Ön qrupda fəaliyyət göstərən zenit bölməsi çıxarıldıqdan sonra taktiki hava desantının əsas qüvvələrinin hərəkət istiqamətində enmə meydançaları yaxınlığında mövqeləri tutmalı və düşmənin hava hədəflərini atəşlə məhv etməyə hazır olmalıdır.

Bu zaman istehkamçılar enmə meydançasının kəşfiyyatını aparmalı, helikopterlərin oturmasına maneə yaradan əngəlləri və yerli əşyaları aradan qaldırmalı və ya işarələməlidir.

Kəşfiyyat və yə döyüş kəşfiyyat dozoru çıxarıldıqdan sonra taktiki hava desantının qarşıdakı fəaliyyət istiqamətində kəşfiyyat aparmalı, tutulma həddinə və ya sıradan çıxma obyektinə doğru hərəkət etməli, düşmənin tərkibini və vəziyyətini dəqiqləşdirməlidir.

Taktiki hava desantının komandiri ön qrupdan, kəşfiyyat orqanlarından və helikopter bölməsi komandirindən alınmış məlumatları ümumiləşdirməli, nəticə çıxarmalı və əsas qüvvələr desant çıxarma rayonuna yaxınlaşarkən çıxarılma qaydasını, ehtiyac olduqda isə bölmələrin tapşırıqlarını dəqiqləşdirməlidir. Desantın əsas qüvvələri aviasiyanın, döyüş helikopterlərinin və dəstəkləyən artilleriya atəşinin himayəsi altında desant çıxarma rayonunda çıxarılmalıdır.

Tabor və bölük komandirləri çıxarıldıqdan sonra bölmələrə yeni tapşırıqlar verməli və ya onu ərazidə dəqiqləşdirməlidir, onların fəaliyyətini razılaşdırmalı və onları idarə etməlidir. Bu zaman taktiki hava desantının komandiri, daima düşməni aldatmalı, düşmənə cinahdan, arxadan və müxtəlif istiqamətlərdən həmlə üçün manevrləri geniş tətbiq etməlidir.
Artilleriya bölmələri çıxarıldıqdan sonra enmə meydançasında atəş mövqelərini tutmalı və müşahidə olunan hədəflərə atəş aparmalı, sonra isə motoatıcı bölmələrin fəaliyyətinin gedişində düşmənin atəşlə məhv edilməsini həyata keçirməlidir.

Zenit bölmələri helikopterlərin döyüş fəaliyyətini və taktiki hava desantının döyüş düzülüşü elementlərini düşmənin hava zərbələrindən himayə etməlidir.

Taborun ehtiyat bölməsi çıxarıldıqdan sonra, ona təyin olunmuş məntəqədə toplanmalı və qəfil yaranacaq tapşırıqların yerinə yetirilməsinə hazır vəziyyətdə olmalıdır. Əgər düşmən taktiki hava desantının yerləşdiyi rayona tərəf irəliləyərsə, onun arxasına və cinahlarına zərbələr endirilməlidir, bunun üçün taktiki hava desantı çıxarılmadan sonra düşmənin ehtimal edilən hərəkət yoluna çıxmalı, əlverişli mövqe tutmalı, atəş pusqularını geniş tətbiq edərək oradan qəfil zərbələr endirməlidir. Taktiki hava desantı imkan olduqca, düşmən arxasına və cinahlara zərbələr endirərək, ardıcıllıqla hüdudları tutmağa səy göstərməlidir. Desant tərəfindən bu tapşırıq, helikopter bölmələri və cəbhədən hücum edən öz qoşunlarımızın bölmələri ilə sıx qarşılıqlı əlaqədə yerinə yetirilməlidir.

Aşırımın tutulması üçün, taktiki hava desantı, bilavasitə onun üzərinə və ya aşırım yaxınlığındakı meydançalara çıxarılmalıdır. Aşırıma bitişik hakim yüksəklikləri ələ keçirməli, sonra aşırımı müdafiə edən düşmənin arxasına və cinahlara çıxaraq onu məhv etməlidir.

Dağ keçidinin və vadisinin tutulması üçün taktiki hava desantının girişdə endirilməsi məqsədəuyğundur. Sonra ona bitişik hakim yüksəkliklər atəş altına alınaraq ələ keçirməli, düşmən mühasirəyə alınmalı və məhv edilməlidir. Döyüş tapşırığını yerinə yetirməklə motoatıcı tabor və ya bölük təyin olunmuş toplantı rayonuna çıxmalı və öz hərbi hissə komandirinin sərəncamına keçməlidir.

Dağlarda müdafiə olunan düşmənə bilavasitə təmas vəziyyətindən hücum

Korpusun birinci eşelon briqadaları bilavasitə təmas vəziyyətindən, müdafiə olunan düşmənə, qərara müvafiq olaraq əvvəlcədən yaradılmış döyüş düzülüşündə, çıxış vəziyyətindən hücuma keçir.

Hücum üçün çıxış vəziyyətini tutmaq üçün bölmələr yenidən qruplaşma həyata keçirməlidir. Bu da iki müxtəlif formada ola bilər: ya bölmələr müdafiə vəziyyətində bölmələrin yerini dəyişərək qərara uyğun hücum üçün təyin olunmuş vəziyyəti almalıdır, ya da ehtiyatda olan bölmələr müdafiə tapşırığı yerinə yetirən bölmələri dəyişərək hücum üçün çıxış vəziyyətini tutmalıdır. Bunun üçün briqadaya çıxış rayonu təyin olunmalıdır. Briqada üçün çıxış rayonu 3-4 mövqeni əhatə edəcək hesabla planlaşdırılmalıdır.

Briqadanın birinci eşelon taborları üçün birinci mövqelər, ikinci eşelon taboru üçün isə ikinci və üçüncü mövqelər təyin olunmalıdır.

Çıxış rayonunda motoatıcı və tank bölmələrinin çıxış mövqeləri yaradılmalı, eləcə də artilleriyanın və düzünə tuşlama atəşi üçün təyin edilmiş atəş vasitələrinin atəş mövqeləri qurulmalıdır.

Motoatıcı bölmələrin çıxış mövqelərində səngərlər, onlara bitişik əlaqə yolları, döyüş maşınlarının və əlavə verilmiş tank bölmələrinin atəş mövqeləri yaradılmalıdır.

Tank briqadasına çıxış rayonu əvəzinə, briqada üçün 12-15 km məsafədə gözləmə rayonu, tank taboruna 5-7 km məsafədə gözləmə mövqeyi və ya düşmən müdafiəsinin ön xəttindən 2-4 km məsafədə çıxış mövqeyi təyin oluna bilər. Bu da yaranmış şəraitdən və qoşunların döyüş tapşırıqlarından asılı olacaq.

Düşmənlə bilavasitə təmas vəziyyətindən hücuma keçmə üçün daha əlverişli üsul, yenidən qruplaşmadan sonra həyata keçirilən hücumdur. Qoşunlar yenidən qruplaşarkən əsas qüvvə və vasitələr əsas zərbə istiqamətlərində cəmləşdirilməli, hissə və bölmələr təyin olunmuş rayonlarda hücum üçün çıxış vəziyyətini tutmalıdır.

Hücum üçün çıxış vəziyyətinin tutlması, müdafiə olunan qoşunların öz zolağında dəyişilməsi ilə yerinə yetirilərsə, dəyişilmə planına uyğun olaraq, bütün bu fəaliyyətlər hücumdan əvvəl 1-2 gecə müddətində həyata keçirilməlidir.

Bu zaman komandir bölmələrə tapşırıq verərkən döyüş əmrində əsas məsələlərdən başqa əlavə olaraq, çıxış və gözləmə rayonlarını (və ya mövqelərini), onların tutulma vaxtını və yenidən qruplaşma (və ya dəyişilmə) qaydasını göstərməlidir.

Əgər motoatıcı bölmələr avtomobil üzərində dərindən hərəkət etməklə həmləyə keçirsə və hücum desantın tanklara minməsi ilə həyata keçirilirsə, onlara düşmənin ön xəttindən 2-4 km məsafədə desantın tanklara minmə həddi göstərilməlidir. Bu zaman dağlarda hücumun istiqamətlər üzrə olmasını da unutmamaq lazımdır. Dağlıq ərazidə korpus 2-3 istiqamətdə, briqada isə bir istiqamətdə hücum edəcək.

Briqadanın yaxın tapşırığı, öz hücum istiqamətində aşırım yaxınlığında müdafiə olunan düşmən bölmələrini darmadağın etmək və onun mövqelərini ələ keçirmək ola bilər. Sonrakı tapşırığı isə aşırımı müdafiə edən düşməni məhv etmək və aşırımı ələ keçirmək olmalıdır. Briqadanın döyüş düzülüşünə adi elementlərdən başqa, yandan keçən dəstələr, taktiki hava desantı da daxil etmək məqsədəuyğundur.

Dağıntılar olan rayonlardan keçərkən qoşunların ləngimədən irəliləməsini təmin etmək üçün maneətəmizləmə dəstələrinin (və ya qruplarının) yaradılması böyük əhəmiyyətə malikdir.

Düşmənin atəşlə məhv edilməsi elə həyata keçirilməlidir ki, onun müdafiəsinin çoxyaruslu düzülüşündə və yüksəkliklərin əks yamaclarındakı obyektlər və hədəflər məhv edilsin. Hər istiqamətdə atəş hazırlığının davamiyyəti müxtəlif ola bilər və atəş hazırlığı müxtəlif vaxtlarda başlaya bilər.

Həmlələrin atəş hazırlığı və dəstəklənməsi zamanı düşmən qüvvələri müdafiənin bütün yaruslarında, eyni zamanda yollara bitişik dayaq məntəqələrində, hücum istiqamətlərində, aşırımlar istiqamətlərində, eləcə də hakim yüksəkliklərdə susdurulmalıdır.

Aşağı yaruslarda müdafiə olunan düşmən, əsasən düzünə tuşlama toplarının, tankların, döyüş maşınlarının və tank əleyhinə vasitələrin atəşi ilə məhv edilməlidir. İkinci yarusda düşmən artilleriya, minaatan və tankların atəşi, digər yaruslarda isə raket qüvvələri və aviasiya zərbələri ilə məhv edilməlidir.

Hər tabora aviasiya tuşlayıcıları və artilleriya zabiti ayrılmalıdır.

Düşmənin atəşlə məhv edilməsinin təşkilində əsas diqqəti ona yetirmək lazımdır ki, onun müdafiəsinin davamlığını təmin edən hədəflər və obyektlər məhv edilsin.

Düşmənin atəşlə məhvetmə dərəcəsi təyin edilməlidir. Atəşlə məhvetmə dərəcəsi hər hücum istiqamətinə, yarma sahəsinə konkret olaraq ayrı hesablanmalıdır. Atəşlə məhvetmə dərəcəsi: sıradan çıxarılmış obyektlərin sayının, onların ümumi sayına faizlə nisbəti deməkdir.

Korpusun fəaliyyəti “S” vaxtına nisbətən hesablanır. “S” vaxtı, bölmələrin düşmən müdafiəsinin ön xəttinə çatdığı vaxtdır.

Dağlıq ərazidə hücum düşmənin bütün vasitələrlə fasiləsiz və güclü atəşlə məhv edilməsi ilə davam etdirilməlidir. Əldə edilmiş uğur ikinci eşelonların döyüşə girərək qoşunların gücünün artırılması ilə inkişaf etdirilməlidir.

Briqadanın ikinci eşelonu və ümumqoşun ehtiyatı ərazinin qoruyucu və maskalayıcı xüsusiyyətlərindən istifadə edilərək, bir örtülü hüduddan digərinə birinci eşelon taborlarının arxası ilə gizlicə hərəkət etməlidir. Döyüşə girərkən ikinci eşelonun tapşırığı dəqiqləşdirilməli, ümumqoşun ehtiyatına isə tapşırıq verilməlidir.

Hücumun uğurlu inkişafı və düşmən müdafiəsi dərinliyində mövqelərin ələ keçirilməsi üçün, korpus (briqada) komandiri ümumqoşun ehtiyatı ilə yanaşı taktiki hava desantını, yandan keçən və reyd dəstələrini fəal tətbiq etməlidir.

Ön və reyd dəstələrinə döyüş tapşırıqları verilərkən, gücləndirmə vasitələri, döyüş tapşırığı və onun yerinə yetirilmə müddəti, fəaliyyət istiqaməti, artilleriya atəşi və aviasiya zərbələri ilə dəstəklənmə qaydası, reyd dəstəsinə əlavə olaraq, döyüş tapşırığı yerinə yetirildikdən sonra əsas qüvvələrə birləşmə yeri və vaxtı göstərilməlidir.

Tabor tərkibində reyd dəstəsinin döyüş tapşırığı, düşmənin bir və ya iki obyektinin məhv edilməsi, ələ keçirilməsi və ya onun sıradan çıxarılmasından ibarət ola bilər.

Reyd dəstəsi açıq cinahlardan, aralıqlardan və düşmən müdafiəsinin zəif yerlərindən bacarıqla istifadə edərək, döyüşə cəlb edilmədən, tez düşmən arxasındakı obyektlərə çıxmalı, müxtəlif istiqamətlərdən hərəkətdən həmlə ilə obyekti sıradan çıxarmalı və ya məhv etməlidir. Reyd fəaliyyəti obyektlərə ardıcıl zərbələr endirilərək istiqamətlər üzrə həyata keçirilməlidir. Reyd dəstələrinin yerdəyişməsi döyüşqabağı düzülüşdə, yürüş mühafizəsinin himayəsi altında həyata keçirilməlidir.

Ön dəstə təyin edilmiş istiqamətdə irəliləyərək, göstərilən rayona cəld çıxmalı, həmlə ilə hərəkətdən bu obyekti ələ keçirməli və əsas qüvvələr yaxınlaşanadək onu əldə saxlaymalıdır. Birinci eşelon briqadasının komandiri düşmən müdafiəsinin sonrakı hüduduna ön dəstənin ardınca hərəkət etməli, döyüşlə və kəşfiyyatla müəyyən edilmiş məlumatlar əsasında vəziyyəti qiymətləndirməli, əsas zərbə istiqamətlərini dəqiqləşdirməlidir. Artilleriya sonrakı hüduda yaxınlaşdıqca atəş mövqelərində açılmalı və ön dəstənin döyüşünü dəstəkləməlidir. Briqadanın əsas qüvvələri ön dəstənin ardınca, uğuru inkişaf etdirərək irəliləməlidir. Hücumun gedişində ələ keçirilən vacib rayonlar və hüdudlar qüvvənin bir hissəsi və ya bütün qüvvə tərəfindən əldə saxlanıla bilər, buna qərarı yuxarı rəis verməlidir. Dağlarda fəaliyyət göstərmək üçün ön dəstənin şəxsi heyəti xüsusi hazırlıq keçməli, yüksək döyüş qabiliyyətinə malik olmalıdır. Ön dəstəsinin dağlarda hücum zamanı tapşırığı hakim yüksəklikləri, aşırımları, tunelləri və düşmən müdafiəsinin dərinliyindəki digər vacib obyektləri ələ keçirmək olacaq. Dağlarda fəaliyyəti təşkil edərkən ön dəstə komandiri ərazinin qiymətləndirilməsinə xüsusi diqqət yetirməlidir. Ərazinin qiymətləndirilməsi zamanı düşmənin niyyətini və fəaliyyət xüsusiyyətini də ehtimal etmək mümkün olacaq.

Ərazini qiymətləndirərkən ön dəstəsinin komandiri mövcud istiqamətlərin əlverişli olmasını, onların tutumunu, yəni bu istiqamətdə nə qədər qoşun tətbiq edilə biləcəyini, aşırımların, dağ silsilələrinin, keçidlərin və dərələrin mövcudluğunu və vəziyyətini, mümkün dağıntıları, qalaq və uçqun ehtimalı olan yerləri, düşmən müdafiəsi dərinliyində hansı yüksəkliyin ərazidə yüksək müşahidə imkanı yaratmasını, düşmən arxasına və cinahlara çıxışı təmin edəcək gizli yaxınlaşma yollarının və ölü boşluqların mövcud olmasını, ərazinin qoruyucu xüsusiyyətləri və bölmələr tərəfindən onlardan istifadənin mümkünlüyünü təyin edir.

Ön dəstənin tərkibi, yerinə yetirilən tapşırıqların həcmindən, xüsusiyyətlərindən, qorunma dərəcəsindən, tutulacaq hüdudun və ya obyektin uzaqlığından, ön dəstənin fəaliyyət istiqamətlərində düşmənin ehtimal olunan fəaliyyət xüsusiyyətindən asılıdır. Ön dəstənin əsasını tank və motoatıcı bölmələr təşkil etməlidir. Tərkibində əlavə olaraq artilleriya divizionu, kəşfiyyat taqımı, mühəndis-istehkam taqımı, zenit-raket taqımı və kimyəvi kəşfiyyat manqası ola bilər. Ön dəstə irəlidə kəşfiyyata və mühafizəyə malik olaraq, obyektə doğru hərəkət etməlidir. Kolonun başında zirehli desantda olan tank bölməsi, artilleriya divizionu və gücləndirmə vasitələri hərəkət etməlidir. HHM bölmələri kolon üzrə bölüşdürülməlidir. Ön dəstə yalnız düşmənin birinci eşelon briqadası müdafiəsinin yarılması tamamlandıqdan sonra fəaliyyətə başlayacaq. Ön dəstənin müstəqil fəaliyyətinin təminatı üçün onun dəstəklənməsini və himayə edilməsini döyüş helikopter bölmələri həyata keçirməlidir.

Aviasiyanın və ya artilleriya atəşinin vaxtında çağırılması üçün, aviasiyadan radiostansiya ilə bir nəfər zabit, dəstəkləyən artilleriya bölməsinin isə komandiri ön dəstədə olmalıdır. Hücum edən qoşunlar yaxınlaşanadək düşmən müdafiəsinin vacib hüdudunun tutulması və əldə saxlanılması üzrə tapşırığı ön dəstə, taktiki hava desantı ilə qarşılıqlı fəaliyyətdə yerinə yetirməlidir. Ön dəstənin taktiki hava desantı ilə qarşılıqlı fəaliyyəti təşkil edilərkən, arxadan və cinahlardan hüduda və ya obyektə eyni vaxtda zərbələrin endirilməsində onların döyüş gücünün razılaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Bu zaman qarşılıqlı tanınma siqnallarını təyin etmək və dəqiq tətbiq etmək, məlumat mübadiləsi üsullarını təyin etmək, etibarlı radiorabitəni yaratmaq vacibdir.

Bu məqalədə motoatıcı tabor və bölüyün taktiki hava desantında fəaliyyətinin, dağlarda müdafiə olunan düşmənə bilavasitə təmas vəziyyətindən hücumun xüsusiyyətlərini araşdırdıq. Gələn məqaləmizdə dağlarda qoşunların idarə edilməsinin xüsusiyyətlərini araşdıracaq, Qarabağın işğal olunmuş ərazilərinin azad olunması üçün hücum əməliyyatlarının təşkili üzrə ümumi nəticələrə gələcəyik və tövsiyələri formalaşdıracağıq.

Mənbələr

Quru qoşunlarının döyüş təlimatı
Xüsusi şəraitlərdə qoşunların döyüş fəaliyyəti, Bakı – 2005.
Dağ şəraitində hücum əməliyyatları təcrübəsi üzrə dərs vəsaiti, Bakı – 2015.
Dağ şəraitində hücum əməliyyatları, Bakı – 2016.
https://mod.gov.az/images/pdf/36ccf2859449eff974dfc5aaecfd1d40.pdf
https://ordu.az/az/news/140091/talisetrafi-yuksekliklerden-doyus-emeliyyatlari-teatrina-baxis--herbi-ekspert-fotolar
https://ordu.az/az/news/149766/aviasiya,-yoxsa-artilleriya...-qarabagda--muharibe-teatri-na-hansi-daha-uygundur-herbi-ekspert-
http://militera.lib.ru/science/tactic/05.html

(Ardı var...)
Hərbi ekspert Səməndər Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Müharibə   Döyüş  

Dağ şəraitində hücum əməliyyatı necə aparılmalıdır? – ANALİZ (HƏRBİ EKSPERT) – VII yazı

2020/08/12-11183532493.jpg
Oxunub: 16126     10:49     17 Avqust 2020    