ABŞ-ın məşhur silah şirkəti iflas olub

2020/07/im-21-1595996610.jpg
Oxunub: 1126     09:15     29 İyul 2020    
ABŞ-ın ən böyük silah-sursat istehsalçılarından biri hesab olunan “Remington Outdoor” və onun törəmə şirkəti “Remington Arms Company” Alabama əyalət məhkəməsində iflas prosedurunun başladılması barədə iddia qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin məhkəməyə verdiyi sənədə istinadən məlumat yayıb.

ABŞ-ın İflas Məcəlləsinin 11-ci fəsli şirkətə biznesin yenidən qurulması və kreditorlara borclarını ödəmək planlarını hazırlayarkən fəaliyyətini davam etdirməyə imkan verir.

Bildirilir ki, bu, şirkətin artıq iki il ərzində ikinci iflasıdır.

Qeyd edək ki, şirkət 1816-cı ildə Elifalet Reminqton tərəfindən qurulub. ABŞ ordusu ilə 1845-ci ildə razılaşma əldə edən Reminqton o dövrdə 5 min ədəd Missisipi marka tüfəng istehsal edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Remington  

ABŞ-ın məşhur silah şirkəti iflas olub

2020/07/im-21-1595996610.jpg
Oxunub: 1129     09:15     29 İyul 2020    