Estoniya ABŞ-dan 92 "Javelin" TƏİRK-ləri alıb

2020/07/15959-1595996502.jpg
Oxunub: 1243     10:31     29 İyul 2020    
Estoniya ordusunun müdafiə qabiliyyətini yüksəltmək məqsədilə ABŞ bu ölkəyə 92 ədəd “Jevelin” tank əleyhinə idarəolunan raket kompleksi (TƏİRK) göndərib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin “ETV” kanalının məlumat yayıb.

Bildirilir ki, raketlərə görə ABŞ-a ödəniş Estoniyanın müdafiə qabiliyyətini yüksəltməyi hədəfləyən Avropa Komandanlığı proqramı çərçivəsində edilib. Bir raketin qiyməti təxminən 150 min avro, ümumi tədarük qiyməti isə təxminən 14 milyon avro təşkil edir.

ABŞ istehsalı olan, daşınabilən FGM-148 "Javelin” TƏRİK-ləri ABŞ ordusunda “M47 Dragon” tank əleyhinə raketləri əvəz etmək məqsədilə istehsal olunub.

Məftillər vasitəsi ilə idarə olunan, operatordan döyüş boyunca silahı fəal şəkildə hədəfə tuşlamasını tələb edən “Dragon” raketlərindən fərqli olaraq infraqırmızı tuşlama başlığına malik “Jevelin” operatora raketi buraxdıqdan sonra səngərə çəkilməyə və ya mövqeyini dəyişməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Estoniya  

Estoniya ABŞ-dan 92 "Javelin" TƏİRK-ləri alıb

2020/07/15959-1595996502.jpg
Oxunub: 1244     10:31     29 İyul 2020    