Ermənistan və İslandiya: Panama sənədləri, 5 min dollarlıq qızlar

2020/07/15838-1595928179.jpg
Oxunub: 1653     10:43     29 İyul 2020    
Bu koronavirus şəraitində, heç kim Ermənistan və Amerikadakı ermənilərin ünsiyyətini hansı ölkənin təmin edəcəyini təxmin edə bilməzdi.

Nə qədər təəccüblü görünsə də, bu ölkə İslandiyadır. Bəli, bu ay İslandiyanın “Icelandair” aviaşirkəti İrəvan ilə Los Anceles arasında İslandiyanın paytaxtı Reykyavik üzərindən uçuşlara başlayıb.

Ermənilərin İslandiyada nə işi var?

Erməni müəllif Armen Dulyan yazır ki, hələ də Ermənistanda İslandiya hökumətinin İslandiyaya gələrək onların qadınları ilə evlənəcək xarici kişilərə ayda 5000 dollar vəd etməsi barədə söz-söhbətlər var.

“Başqa sözlə, kişi çatışmazlığı var, gəlin gözəl cinsin nümayəndələri ilə evlənin, bizimlə yaşayın, yalnız bunun üçün faktiki olaraq beş min dollar maaş alacaqsınız. Keçmişdə erməni saytları da bu məlumatı yaymışdılar və 5 min dollara görə həmin soyuq ölkəyə getməyə dəyərmi deyə, qızlarımızı burda qoyaraq, xarici vətəndaşlarla evlənilməsinə icazə verilməməsi barədə sosial şəbəkələrdə ciddi bir müzakirə vardı. Hətta İslandiyadakı şəhərlərdən biri Keflavik adlanır.

Bəlkə də siz, məğlub ola bilərsiniz, amma sadiq prinsipləriniz üstünlük təşkil edəcək.

Yaxşı, bəllidir ki, bütün bunlar bir yalan idi və bu ölkənin Xarici İşlər Nazirliyi bunu təkzib etməli oldu, amma ümumiyyətlə, islandiyalılara bir gözlə baxmaq olmaz. Bir neçə il əvvəl futbol çempionatında nə etdiklərini xatırlayırsınız? Bütün dünya, bu adanın 300.000 əhalisinin on faizinin İslandiya futbolçularına dəstək olmaq üçün Fransaya gəldiyindən bəhs edirdi. Qeyd edək ki, “məxməri inqilab”ın “dump-dump-hu” çağırış səsi islandiyalıların “dump-dump-hu” çağırış səsinin törəməsi idi.

Beləliklə, haqlı olaraq deyə bilərik ki, islandiyalılar Ermənistandakı siyasi dəyişikliklərə birbaşa töhfə verdilər.

Ermənistanla İslandiya arasında belə bir başqa münasibət var, amma etiraf edək ki, bu xoş münasibət deyil. Bir neçə il əvvəl Panama Sənədləri dərc edilərkən, hansı ölkələrdə yüksək vəzifəli məmurların gizli ofşor hesablarına sahib olduqları təfərrüatları ortaya çıxdıqda məlum oldu ki, siyahıda nəinki tanınmış erməni məmuru, eyni zamanda İslandiya Baş naziri və xanımının da adı var.

Eynilə Ermənistan rəsmisi istefa verdiyi kimi, İslandiyanın baş naziri də vəzifəsini tərk edilməli oldu və erkən seçkilər təyin edildi.

Və nəhayət, daha bir paralellik var. Həm Ermənistanda, həm də İslandiyada siyasi qüvvələr daim hakimiyyətin xalqa məxsus olması barədə danışırlar və xalq özü bütün məsələləri birbaşa həll etməlidir deyirlər. Biz olduqca qəribə bir seçim etdik, dünyada görünməmiş və eşidilməyən bir şey etdik, məhkəmələrin yolların bağladıq, Konstitusiya Məhkəməsinə isə referendum növbəsi gəlib çatmadı, doğrudur, bunun bizdən asılı olmayan səbəbləri vardı.

Bu arada İslandiyada son illərdə birbaşa demokratiya ideyası dolaşır. Çox qısaca təqdim etməyə çalışacağam.

Kəndlə bağlı məsələlər kənd başçısı tərəfindən deyil, kəndin əhalisi, şəhərin problemələri isə şəhər əhalisi tərəfindən həll olunmalıdır və s.

Üstəlik, yalnız bu müzakirələrdə iştirak etmək yox, həm də öz qanun layihənizi təqdim edə bilərsiniz. Qanun layihəniz kifayət qədər dəstək alsa, ümumxalq səsverməsinə çıxarıla bilər. Başqa sözlə, bütün ölkə böyüklərinin hamısı deputat olan böyük bir parlamentə çevrilir.

Buna inanmaya da bilərsiniz, amma bunun hamısının tarixi əsası var. İlk parlamentin hansı ölkədə qurulduğunu soruşsalar, əminəm ki, Böyük Britaniyada deyə əminliklə cavab verəcəksiniz. Ancaq yanılırsınız.

Çünki əslində ilk parlament olan Altink, məhz İslandiyada Vikinqlər tərəfindən min ildən çox əvvəl yaradılıb.

Bu Altinkdə adanın əhalisinin bütün təbəqələri təmsil olunub. Beləliklə, gəlin gözləyək və İslandiyada nə baş verdiyini görək, bəlkə yeni hakimiyyətimiz faydalı bir şey təqlid edəcək”, - deyə o istehza ilə qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Ermənistan və İslandiya: Panama sənədləri, 5 min dollarlıq qızlar

2020/07/15838-1595928179.jpg
Oxunub: 1654     10:43     29 İyul 2020    