Erməni ictimai xadim: “Bu strategiya Rusiyanın Qafqazda mövcud olmasını Ermənistan üçün çox vacib amil kimi vurğulamır”

2020/07/Vanik-1596012766.jpg
Oxunub: 1027     16:28     29 İyul 2020    
“Ermənistan Təhlükəsizlik Şurasının qəbul etdiyi “Təhlükəsizlik strategiyası”nda “Qarabağ” sözü “respublika”sız 46 dəfə xatırladılıb və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bunu onunla əsaslandırır ki, burada qavrayışlarla bağlı işimiz var, ona sual vermək istəyirəm: “Cənab Qriqoryan, nədir, siz “Qarabağ” oxuyursunuz, “respublika” başa düşürsünüz? Biz başa düşmürük, bənzər sənəd 3 milyon adamın bir fikirdə olması qədər ekvivalent olmalıdır?”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni ictimai xadim, tarix elmləri namizədi Vanik Babacanyan iyulun 10-da Ermənistanda qəbul edilmiş təhlükəsizlik strategiyasının onun üçün mübahisəli olan müddəalarına toxunaraq deyib.

Babacanyanın sözlərinə görə, bu strategiya Rusiyanın Qafqazda mövcud olmasını Ermənistan və bölgənin təhlükəsizliyi üçün çox vacib amil kimi vurğulamır, bu da iki illik siyasətin ifadəsidir.

“Bu strategiyanın müəlliflərindən məni bir sual maraqlandırır, pandemiyanın aradan qaldırılmasından sonra dünya qlobal yox, regional olacaqsa və biz bu bölgədə təhlükəsizliyin zəmanətçisi kimi Rusiyanın rolunu vurğulamırıqsa, onda kimin rolunu görürük? Rusiya deyilsə, onda ciddi şübhələrim var ki, bu, Türkiyə olacaq, bəs bizim bənzər istəyimiz var?”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Erməni ictimai xadim: “Bu strategiya Rusiyanın Qafqazda mövcud olmasını Ermənistan üçün çox vacib amil kimi vurğulamır”

2020/07/Vanik-1596012766.jpg
Oxunub: 1028     16:28     29 İyul 2020    