Ermənistanın növbəti SPİKE dezinformasiyası: Bəs məhv edilən texnikalar niyə təqdim edilmir? (HƏRBİ EKSPERT)

2020/07/D-aTQ-7979191880.jpg
Oxunub: 23389     15:01     27 İyul 2020    
Artıq dünyada bir çox ölkələr, xüsusilə də qonşu ölkələr Ermənistan tərəfindən səsləndirilən rəsmi bəyanatların cüzi hissəsinin belə həqiqət olmasına şübhə ilə yanaşır. Dünyadakı bütün “ilk”lərin əksəriyyətinin məhz erməni etnosuna aid olması barədə təkrarladıqları yalanlara artıq özləri də inanmağa başlayıblar. Eramızdan çox əvvəl Strabonun ermənilərin əla şərab istehsal etməsindən bəhs edən yazısından Arximedin, Baxın, Ayvazovskinin, İsa peyğəmbərin, hətta Allahın erməni olması və insanlarla erməni dilində danışmasına qədər uydurulan erməni nağılları ilə hamı tanışdır. Ortalama götürsək dünyada ilk icadların da hardasa yarısını ermənilər özünə aid edir. İstedadı dolub daşan və bütün sferalarda “ciddi nailiyyətlərə” imza atan bu xalqın hərbi sahədə geri qalmasını gözləmək əlbəttə ki, doğru olmazdı və bunu heç gözləyən də yox idi..

Son günlərdə ardıcıl dezinformasiyalar yaymaqla məşğul olan Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yenə də öz ampluasındadır. Bu quruma məhrəm hesab ediləcək yaxınlığı ilə seçilən “Razm.info” saytı iyulun 21-də Ermənistan ərazisində əllərinə keçən bütün PUA, raket və s. hissə və qəlpələrinin bir yerə yığılan fotolarını əlavə etməklə Tavuş döyüşlərində Azərbaycan Ordusunun “Spike” NLOS TƏİRK-dən istifadə etdiyi barədə məqalə dərc ediblər. Məqalə “Ermənistan Müdafiə Nazirliyinin bölmələri tərəfindən zədələnən Azərbaycan NLOS kompleksinin və dronlarının nümayişi” kimi “əhəmiyyətli bir tədbirə” həsr olunub. Təbii ki, məhz bu saytın tədbirə dəvət edilməsi də bəzi suallar yaradır, lakin bu bizim mövzunun əhatə dairəsinə daxil deyil.

İstənilən döyüş əməliyyatında PUA və ya digər vasitənin vurulması normal haldır və bu heç zaman sensasiya olmayıb, ola da bilməz. PUA əməliyyatlarda sərf edilən materiallar kateqoriyasına aiddir. Vura da bilər, vurula da bilər. Əslində Erməninistanın HHM iddia etdiyi kimi, imkanlara malik olsaydı, o zaman heç bir PUA erməni sərhəddinə yaxınlaşmalı deyildi, sərhəddi keçməyə cəhd edən vasitələr havada məhv edilməli idi. Lakin bunlar Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı videokadrlardan da göründüyü kimi, baş vermədi. PUA-larımız bir çox düşmən hədəflərinə nöqtə zərbələri endirərək, əldə olunan görüntüləri də idarəetmə mərkəzinə göndərə bildi. Bəzi hallarda isə dronlar erməni mövqelərinə arxa tərəfdən, yəni erməni müdafiəsindən hücum etdilər. Düşünürəm ki, paylaşılan materialların çox hissəsi açıq mətbuat üçün uyğun olmadığı üçün qapalı saxlanılır. Onların nümayiş etdirilməsi də bir çox həqiqətləri üzə çıxara bilər.

Bəs hansı səbəblərdən Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti “Razm.info” vasitəsilə diqqətləri İsrail PUA-larına və silahlarına, xüsusilə də “Spike” NLOS-a yönləndirməyə çalışır? Bunu bir neçə faktorla əlaqələndirmək mümkündür.

Son günlər ərzində sərhəddə vəziyyət qismən sabitləşsə də, artəşkəsə əməl olunmur. Demək olar ki, hər gün Ermənistana aid PUA-nın vurulmasına və ya erməni əsgərinin yaralanmasına aid xəbərlər hər iki ölkənin mediasında yer alır. Ermənistan PUA-ların vurulma anına aid görüntülər də kifayət qədərdir. Etiraf edilən 4 nəfər yaralı sayını da 40-a yaxınlaşdırıblar. Ermənistan əhalisinin, xüsusilə də bu münaqişədə iştirak edənləri və onların yaxınlarının verdiyi suallara münasibət bildirmək isə nə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyana, nə də Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, İcevanda yaradılan “Böhran məlumat mərkəzi”nin rəhbəri olan Artsrun Hovhannisyana sərf etmir. Onların ikisi də eyni vəzifəni az müddət fərqlə icra etmələrinə baxmayaraq, bəyanatları arasında bəzən uçurum qədər fərq olur. Məsələn yaralıların sayını Arsrun 20 nəfər, Şuşan isə 10 nəfər deyir. Eyni qurumda çalışıan, eyni vəzifədə ardıcıl olaraq bir birini dəyişən iki mətbuat xidməti rəhbərinin eyni hadisəyə bu qədər təzadlı yanaşması, gələcəkdə daha ciddi yalanların ortaya çıxacağından xəbər verir.

Belə bir fors-major vəziyyətdə vurulan PUA-ların kimə məxsus olmasından asılı olmayaraq, qırıntılarını bir yerə toplayaraq şəklini çəkmək, elə də çətin vəzifə deyil. Metal qırıntılarının konkret PUA-ya və ya idarəolunan raketə aid olmasını təsdiqləmək üçün həmin vasitələrin üzərində istehsalçının seriya və ya partiya nömrəsi, məhsulun kodu və s. kimi göstəricilər qeyd olunur. Bunların heç birinin nümayiş olunmaması, həmin vasitələrin İsrail və Azərbaycana deyil, məsələn üçüncü ölkə və ya Ermənistana aid olmasının eyni uğurla iddia edilməsinə imkan verir. Guya “Spike” NLOS-a aid qanad sonluğunun fotolarda yer almasına gəldikdə isə uçan vasitələrdə belə formaya malik çox sayda qanad sonluğuna malik elementə rast gələ bilərsiniz. İkincisi isə, “Spike” NLOS hədəfə zərbəni qanadı ilə deyil, döyüş başlığı ilə endirir, yəni zərbədən sonra raket qanadının müəyyən hissəsinin qismən salamat qalması mümkündür. Əgər buna dair Ermənistanda kimdəsə şübhə yaransa, son zamanlar tez-tez İrəvana enən livanlılardan və ya yeni “müşahidəçi” hesab edilən suriyalı hərbçilərdən soruşmalıdırlar. Dünyada “Spike” NLOS zərbələri ilə onlar qədər yaxından tanış olan yoxdur.

Digər tərəfdən isə Azərbaycanın arsenalında olan istənilən silahdan istifadə məsələsində sərbəstdir və bu silahlar yaranan təhdidlərin miqyasına uyğun olaraq hər an istifadə edilmək üçün əldə edilib. Əslində Ermənistan Müdafiə Nazirliyinin nümayiş etdirdiyi PUA qəlpələri arasında nəinki İsrail istehsalı olan “Spike” NLOS idarə olunan raketlərinə, həm də digər tətbiq edilən PUA və silahlara uyğun fraqmentlərin olması təəccüblü olmamalıdır. Zərbə endirilən və mərmi atılan ərazidə həmin zərbə vasitələrinə aid elementlərin olması təbii prosesdir. Bu o zaman təəccüblü olardı ki, zərbə iddia edilir, lakin onun izləri yoxdur. Əslində bu fraqmentlər zərbələrin mövcudluğunu təsdiqləyir. Zərbələrin nəticəsində itkilərin gizlədilməsi isə alışdığımız mövzudur.

Erməni saytının yazdığına görə, guya ermənilər “Spike” NLOS raketini də məhv ediblər. Bu komplekslər 2010-ci ilin yanvar ayında Azərbaycan ilə İsrail Müdafiə Nazirliyinin eksport agentliyi olan SİBAT-la, müxtəlif silah, texnika və ləvazimatlar alınması üçün ümumi məbləği 1.6 milyard olan razılaşma ilə əldə edilib. NLOS-lar 2011-ci ildən “Israel Shipyards” tərəfindən Azərbaycanın sahil mühafizə xidməti üçün Hövsanda hazırlanan “Shaldag Mk V” itisürətli katerlərinə və OPV 63 (“Saar 62”) tipli keşikçi katerlərinə quraşdırılıb. 30 km atəş məsafəsi isə onların Xəzərdən Ermənistan ərazisinə qədər uçmasına imkan vermir.

Bu TƏİRK-lərin helikopter, tank və digər yerüstü nəqliyyat vasitələrinə quraşdırılması praktiki olaraq mümkün olduğu da iddia edə bilər. Bu iddia doğrudur, helikopterlərdə eyni vəzifələri icra edən LAHAT kompleksləri ilə bərabər “Spike” da quraşdırıla bilər. Yerüstü vasitələrdə NLOS quraşdırılması mürəkkəb bir proses olmasa da, 8 km atəş məsafəsinə malik daşınan ER versiyası, düşmənin 1-ci eşalon alaylarının müdafiə zolağının dərinliyini nəzarətdə saxlamağa tam imkan verdiyi üçün, Azərbaycanda NLOS-un nəqliyyat vasitəsinə quraşdırılması həyata keçirilməyib. Lakin nəzərə alsaq ki, NLOS-un açıqlamasından “non-line of sight” (görmə xəttindən kənar) sözünü alırıq, yəni operator görmədiyi hədəfə qapalı atəş mövqeyindən atəş aça bilir, o zaman belə komplekslərin nəqliyyat vasitələri üzərində quraşdırılması da məqsədəuyğun hesab edilə bilər. Hədəfin kompleksə PUA və ya peyk tərəfindən göstərilməsi mümkün olduğu üçün operatorun hədəfi özünün izləməsinə ehtiyac qalmır.

Mobil NLOS-lar düşmənin zirehli ehtiyatlarının daimi dislokasiya məntəqələrinə və bu texnikaların cəmləşmə rayonlarına əlçatan ərazilərdə yerləşdirilməsi, onların manevr və açılma səddlərinə çıxışlarını məhdudlaşdıra bilər.

Azərbaycan ordusunda 30 km məsafədəki hədəfləri məhv edə bilən NLOS-dan başqa “Spike” kompleksinin LR və ER versiyaları da mövcuddur. Bunların hər biri işğalçı orduya aid hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulur. Onların ordumuz tərəfdən 2016-cı ildə tətbiqinin acı nəticələrini ermənilər yəqin ki, hələ unutmayıblar. “Razm.info” çox şey göstərə bilər, lakin bu komplekslərin və digər müxtəlif təyinatlı PUA-ların uğurlu tətbiqi nəticəsində itirilən zirehli və zirehsiz vasitələrin sayını nəzərə alan erməni audiotoriyası, “Spike”, “Harop” və “Orbiter”in zərbə imkanlarına, dəqiqliyinə və effektivliyinə heç şübhə etməməlidir. Çünki fakta söykənməyən hər bir iddia yalnış söz yığınıdır. Ən azından Ermənistan Müdafiə Nazirliyi “Spike” TƏİK-dən buraxılan raket zərbələri nəticəsində 16 tankın (əslində 23-red.) itirildiyini rəsmən etiraf etdiyini bu qədər tez unutmamalı idi.

Ermənistan tərəfinə atılan NLOS raketinin helikopterdən atıla biləcəyi ehtimal edilir. Hər şey ola bilər, düşmənə isə nəyin nədən atılacağına Tonoyanın və ya Artsrunun əhvalına görə qərar veriləsi deyil. Tutaq ki, işğalçı ordunun müdafiə zolağına bu komplekslərin helikopterə quraşdırılan atıcı qurğusundan atəş açılıb. O zaman sual yaranır: Dünyada növbəti “ilk”ə imza atan erməni ordusu NLOS-u nə ilə, necə və nə zaman vurub? Çünki, hər bir “ilk” imzası üçün bu göstəricilər vacibdir. 30 ildir NLOS raketləri rəqibə atılır, indiyə qədər onu erməni əsgəri xaric, havada “vuran” olmamışdı.

İstedadı dolub daşan və bütün sferalarda “ciddi nailiyyətlərə” imza atan erməni xalqının nümayəndəsi olaraq, “böhran yoxdur” deyilsə də, “böhranı idarəetmə mərkəzi”nin rəhbəri vəzifəsini daşıyan Artsrun Hovhannisyan genetikasına uyğun olaraq, hərbi sahədə də yeni “ilk”lərə imza atmaq üçün NLOS vurulması hekayəsinin “Razm.info” vasitəsilə uydurulması əslində bir neçə məqsəd daşıyan aksiyadır. Gah İranın “Shahid 129” PUA-sına bənzər PUA nümayiş etdirərək, dünyada ilk dəfə İsrailin “Hermes” PUA-sını məhv etdiklərini, gah da hansısa PUA qanadının hissəsini, bəlkə də öz ərazilərində vurulan erməni PUA-sının qalıqlarını vurulan Azərbaycan vasitələri kimi ictimaiyyətə nümayiş etdirməklə hər gün bir “ilk”ə imza atdıqlarını iddia edənlərə bir neçə sual verilməlidir:

1. Nədən bütün bu “ilk”lər məhz İsrail silahı ilə bağlı olur?
2. Sərhəddə Azərbaycan digər ölkələrin istehsal etdikləri silahlardan da istifadə edir. Kim deyə bilər ki, bütün artilleya mərmiləri hamısı hədəf tuş gəlir və ya hamısı detonasiya verir?
3. Ermənistan tərəfinin digər ölkələrə aid silahların zəif nöqtələrini nümayiş etdirməyə heç bir cəhd göstərməməsinin səbəbi nədir?

Digər silahlara heç diqqət çəkməyən erməni tərəfi göründüyü kimi, bu münaqişədə yalnız İsrail silahının Rusiya və Ermənistan istehsalı olan silahlardan geri qaldığını vurğulamaqla, bu münaqişənin formatını genişləndirməyə, həm də Rusiyanın dəstəyini qazanmağa çalışır. Lakin hadisələrin gedişatı əksər ölkələrin və beynəlxalq ictimaiyyətin erməni yalanlarından cana gəldiyini və artıq həqiqətin yanında yer alaraq Azərbaycanı dəstəklədiyi aşkardır.

Deməli Ermənistan tərəfi yalnız Azərbaycana qarşı deyil, eyni zamanda Yaxın Şərqdə baş verən münaqişələrdə İsrail silahlarına qarşı həssaslıq göstərən rus silahlarının nüfuzunu qorumaq üçün yaxın vaxtlara qədər maraqlarını yerdən-yerə vurduğu Kreml qarşısında günahlarını yumaq üçün özfəaliyyətə başlayıb. İstənilən halda Ermənistan hərbi rəhbərliyinin əsas hədəfi Rusiya silahlarının İsrail silahları üzərində üstünlüyünü vurğulamaqla Kremlin dəstəyini əldə etməkdən ibarət olduğu aşkar sezilir. Sanki Ermənistan Müdafiə Nazirliyi siyasi rəhbərlikdən fərqli olaraq, Moskva ilə əməkdaşlığda maraqlı olduğunu və özünün tərəfdaş kimi üzərinə düşən vəzifələri “layiqincə” yerinə yetirdiyini nümayiş etdirməyə çalışır. Bu kontekstdə NLOS-un və “SkyStriker” PUA-sının seçilməsi də təsadfi deyil. Əgər xatırlayırsınızsa, 2018-ci ilin may ayının 10-da İsrail ordusunun mətbuat xidməti cavab zərbəsi olaraq Suriya ərazisində 30-a qədər hədəfin, o cümlədən Rusiya və İrana aid olan, rus istehsalı “Pantsir S-1”, ”Buk-M1-2”, S-200 və S-75 zenit raket kompleklərinin məhv edilməsini və bunun İsrailin son 40 ildə həyata keçirdiyi ən irimiqyaslı və ən müvəffəqiyyətli əməliyyat hesab olunduğu barədə məlumat yaymışdı.

Məhv edilən hədəflər arasında HHM komplekslərinin üstünlük təşkil etməsi, Rusiyanın dominantlıq etdiyi HHM sistemləri bazarına mənfi təsir etməklə bərabər, son illərdə baş verən NATO əməliyyatlarının standart ssenarisinin doğru olduğunu bir daha təsdiqləmişdi. Bütün bunları həzm etmək ermənilər üçün elə də asan deyildi.

İsrail tərəfi həmişə olduğu kimi həm silah bazarındakı rəqiblərini, həm də döyüş meydanındakı düşmənlərini həyəcan və çaşqınlıq içində saxlamaq üçün 2019-cu ilin yanvarın 21-də gecə saatlarında Suriya prezidenti Bəşər Əsədin sarayından 3.8 km məsafədə yerləşən, Rusiyanın növbəti “Pantsir-S1” zenit raket kompleksini məhv etdi, lakin bunu hansı növ pilotsuz uçuş aparatı ilə etdiyini açıqlamadı. Rusiyanın özündə də bu zərbənin İsrailin yeni və səssiz “SkyStriker” PUA-sı tərəfindən endirildiyi ehtimal olundu. Bu PUA-nın zəifliyini nümayiş etdirmək üçün fürsət gözləyən erməni tərəfi ötən həftə iki erməni əsgərinin guya “SkyStriker”PUA-sını qucaqlayaraq çəkdirdiyi saxta foto yayımladı. Lakin nədənsə bu PUA daha çox maketə bənzəyirdi. Çünki PUA sanki istehsal konveyerindən indi çıxmışdı. Üzərində heç bir zədələnmə izi də yox idi. İkincisi də 10 kq partlayıcı maddə daşıyan PUA ilə bu şəkildə təmasda olmağın təhlükəli olduğunu ermənilər də bilməmiş olmaz. Çünki onun tək zərbəsi nəticəsində Suriyanın 4 əsgərinin həlak olduğu, 6 nəfərin isə yaralandığı rəsmən etiraf edilib.

Ermənistan hərbi rəhbərliyinin bəyanatlarından belə bəlli olur ki, onlar hələ 30 il əvvəl “Spike” NLOS komplekslərinin “Tamuz” adı ilə tanklara inteqrasiya olunduğindan da xəbərsizdir. Bu inteqrasiya İsrailin silahlanmasında mövcud olan ABŞ istehsalı M48/60 “Patton” tanklarının modernləşdirilməsi zamanı həyata keçirilib. Modernləşdirmədən sonra isə tanklar “Pereh” adlandırılıb. TƏİRK-in 12 ədəd raketə malik atıcı qurğusu tankın qülləsində yerləşdirilir. Qüllə və atıcı qurğu əlavə zirehlə gücləndirilir. Odur ki, gələn dəfə erməni KİV-ləri tankdan atılan NLOS-u ələ keçirərək növbəti “ilk”ə imza atdıqlarını iddia etsələr və ya sadalananları “Vikipediya”da yerləşdirsələr, heç də təəccüblənməyin.

Tutaq ki, NLOS helikopterdən (halbuki “Plasan” istehsalı “Sand Cat” bazası da buna imkan verir) atılıb. Helikopterin düşmən silahlarının atəş zonasına girmədən hədəflərə zərbə endirməsi məntiqli addımdır. 30 ildir ki, istismar edilən 70 kq NLOS-u İran və bütün ərəb dünyası illərdir ki, əldə etməyə çalır, lakin buna nail ola bilmir. Bunun tək səbəbi isə kompleksin 99% hədəfi məhv etmə ehtimalına malik olmasından ibarətdir. Yəni bu raketin açılmaması və ya hədəfdən yayınması heç zaman heç bir mətbuatda, təbii ki, erməni KİV-ləri xaric, müzakirə mövzusu olmayıb və deyil. Belə olan halda sonuncu sual yaranır:

NLOS daxil olmaqla onlarla PUA və raket qalıqlarını nümayiş etdirən Ermənistan Müdafiə Nazirliyi nədən bu silahların tuş gəldiyi obyektləri və vasitələri (yalnız bir ədəd yanğınsöndürən xaric) nümayiş etdirmir, bu obyektlərdə məruz qaldığı şəxsi heyət itkilərini açıqlamır?

Əslində ermənilərin bu yalanları bizə stimul da verə bilər. Təssəvür edin ki, uzaq atəş məsafəsinə və yüksək dəqiqlik ehtimalına malik “Spike” NLOS TƏİRK-i tank və ya digər şassi üzərində quraşdırılır və bu silahlara malik 3-5 maşın işğal altında olan Qarabağda və Ermənistan ilə sərhəddəki ön xəttə yaxın yüksəkliklərdə yerləşdirilir. Hər gün, hər saat, hər istiqamətdə düşməni narahat etməklə nəqliyyat vasitələrini ən azı NLOS atəş məsafəsinin hüdudlarından kənara çıxarmağa məcbur edirik. Biz artıq belə təcrübənin 2017-ci ildə digər bir “Spike” modeli ilə əldə etmişik. O zaman cəmi 1 ədəd raketin dəqiq zərbəsi, Ermənistan ordusunu bütün zirehli və zirehsiz texnikalarını, o cümlədən HHM vasitələrini 8 km geriyə çəkməyə məcbur etmişdi. Bu addımların atılması, Ermənistan hərbi siyasi rəhbərliyini hansısa qərar qəbulundan və ya 7 şərtlik bəyanat səsləndirilməsindən əvvəl, mütləq götür-qoy etməyə vadar edə bilər. Çünki, son 2 həftədə baş verən hadisələr erməni tərəfi ilə danışıqların mənasız olduğunu və onların silahdan başqa heç bir dil anlamayacağını aşkar etdi.

Qayıdaq mövzumuza. Ermənistanın həm müdafiə zolağının şəxsi heyətlə təmin olunmasında, həm də HHM sistemindəki boşluqlara malik olmasını sübut etməyə də ciddi ehtiyac yoxdur. Belə olmasaydı onlarla hərbi obyekt Azərbaycan ordusunun PUA-larının havadan zərbələrinə tuş gəlməzdi. Ermənistan hərbi siyasi rəhbərliyi sərhəddə baş verən toqquşmalarda sərf etdiyi silah və sursatların döyüş dəstini tamamlamaq üçün “böyük qardaş”a mütləq müraciət etməlidir. Çünki, həm təhlükə sovuşmayıb, əksinə gərginlik dırmanan xətt üzrə inkişaf edir, həm də digər istiqamətlərdə hərəkətlilik erməni tərəfində narahatlıq doğurur. Lakin bu təchizat üçün müraciət etməyə bir dənə də olsun “yandırılmayan körpü” qalmayıb. Bu məsələləri yaxşı anlayan Artsrun Hovhannisyan, yəqin ki, yuxarı eşalonun göstərişi ilə rus silahının İsrail silahı üzərində üstünlüyünü göstərməyə çalışaraq “körpüləri” bərpa etməkdə töhfə verməyə çalışır. Lakin bu taktika əvvəlcədən fiaskoya məhkum edilib. Çünki silah bazarı ilə az-çox maraqlanan hər bir kəs, hansı ölkənin silah istehsalında və tətbiqində nəyə qadir olduğunu yaxşı bilir. Digər tərəfdən isə Moskva erməni rəhbərliyinin göz yaşlarına da artıq inanmır.

Yarandığı gündən bəri demək olar ki, fasiləsiz olaraq Yaxın Şərqdə müharibələrdə iştirak edən İsrail, nəinki Rusiya, hətta SSRİ silah sistemlərinə qarşı kifayət qədər sarsıdıcı zərbələr vura bilib. Bu ənənə müasir dövrdə Azərbaycan Ordusu tərəfindən daha böyük texnoloji fərqlə davam etdirilir. Azərbaycan ilə İsrail arasında müdafiə sənayesi sahəsində mövcud olan ikitərəfli əməkdaşlıq səviyyəsi, yüksək taktiki-texniki parametrlərə malik müxtəlif sinifli pilotsuz uçuş aparatlarının yaradılması, istehsalı, həmçinin texniki qulluq göstərilməsi istiqamətində ardıcıl planlı fəaliyyətlər, erməni tərəfinə metal qırıntıları nümayiş etdirmək kimi ucuz piar kompaniyası aparmaqdan başqa çıxış yolu qoymayıb.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Ermənistanın növbəti SPİKE dezinformasiyası: Bəs məhv edilən texnikalar niyə təqdim edilmir? (HƏRBİ EKSPERT)

2020/07/D-aTQ-7979191880.jpg
Oxunub: 23390     15:01     27 İyul 2020    