Şuşan-Artsrun cütlüyündən yeni “Konteyner” personajı: Arqusu məhv edən “Hermes” bu dəfə dezinformasiyaları dəf edir

2020/07/2221-11167806951.jpg
Oxunub: 19219     11:10     22 İyul 2020    
Rusiyanın “ixtisaslaşmış” hərbi resurslarından hesab edilən “Avia.pro” saytı iyulun 19-da kifayət qədər təzadlarla dolu bir məqalə dərc edib. Məqalədə 12 iyul 2020-ci ildən başlayan Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonunda baş verən gərginlik zamanı, Ermənistanın hava məkanının Rusiyanın istehsal etdiyi “Konteyner” radiolokasiya stansiyası və digər rus istehsalı HHM vasitələri tərəfindən tamamilə qorunduğunu iddia edir. Rusiya hərbçiləri tərəfindən bir neçə ay əvvəl istifadəyə verilən “Konteyner” radar stansiyasının Ermənistan ərazisini istənilən xarici təhdidlərdən tamamilə qoruması barədə müəllifinin absurd fikirləri də məqalədə yer alır.

Aşkar şəkildə erməni ağzı ilə danışdığı məlum olan sayt analitiki bunlarla kifayətlənməyib bir az da uzağa gedərək Rusiyanın “Konteyner” radar stansiyası vasitəsilə hava hücumundan/raketdən müdafiə “çətiri” yaratdığını, bu “çətirlə” Ermənistan ərazisini də əhatə edərək, hava təhdidləri barədə İrəvana operativ məlumatlar ötürdüyünü iddia edir. Xatırladıram ki, dünyada eşalonlaşdırılan RƏM “çətiri”nə ABŞ və Avropa birliyinə daxil olan NATO ölkələrindən başqa, Rusiya (əsasən Moskanı əhatə edir), Çin , Hindistan, Yaponiya və İsrail malikdir.

Müəlliffin iki səhifəlik yazısında yeganə həqiqətə uyğun fikir, “Ermənistanın nisbətən zəif hava hücumundan müdafiə sisteminə malik olmasından” ibarət oldu.

Naməlum müəllif Rusiyanın bu RLS-nin hava hədəflərini aşkar etmək imkanlarını yüksək dəyərləndirərək, uzaq məsafəldən buraxılan İsrail istehsalı Azərbaycan PUA-sının Ermənistan hərbçiləri tərəfindən vurulmasında “Konteyner” RLS-in rol oynadığını iddia edir. Onun sözlərinə görə, PUA havaya qalxdığı andan RLS-in müşahidəsi və izləməsi altında olub. Bu fikirlər qətiyyətlə həqiqəti əks etdirə bilməz. Çünki, hərb tarixi indiyə qədər dəfələrlə qarşı qarşıya gəlmələlərinə baxmayaraq, bir dəfə də olsun Rusiya isthsalı olan HHM sisteminin İsrail PUA-sını məhv etməsi faktına şahidlik etməyib. İsrailə məxsus qırıcı, PUA və TƏİRK-lərinin isə digər qoşun bölmələrini qorumalı olan Rusiya HHM sistemlərini məhv etməsi faktları kifayət qədərdir.

"Konteyner"

İlk 29B6 "Konteyner" üfüq arxası radiolokasiya stansiyası Rusiya Federasiyası Hərbi Kosmik Qüvvələrinin Mordoviyada yerləşən bazasında döyüş növbətçiliyinə keçən ilin sonunda çıxarılıb. Onun təyinatı ölkənin təhlükəsizliyinə təhdid yaradan hava hədəflərini izləməkdən ibarətdir.

Stansiya aviasiya və qanadlı raketlərin kütləvi uçuşlarını aşkar etmək, hipersəs aparatların, taktiki və strateji təyyarələrin trayektoriya parametrlərini müəyyənləşdirmək üçün hazırlanıb. Onun təyinatında “PUA-ların aşkarlanması və məhvinə imkan yaradılması” kimi ifadəyə rast gəlinmir. Dolayısı ilə “Konteyner” raket hücumundan xəbərdarlıq sistemidir. Böyük ehtimalla NATO təhdidləri ilə mübarizə aparmaq üçün Kremlin əlavə zaman əldə etmək istəyinə uyğun olaraq Ermənistan ərazisində yerləşdirilib.

“Konteyner” RLS-i “Uzaqmənzilli radio rabitə üzrə Elmi Tədqiqat İnstitutu” ASC (NIIDAR, Moskva) tərəfindən hazırlanıb. İnsitutun iddialarına görə, bu kompleks üçün stels qırıcılar belə görünməz hədəf hesab edilmir. Bu tip bəyanatları digər Rusiya istehsalı silah sistemləri barəsində də eşitmişik. Əgər bu belə olsaydı, o zaman Suriyada nə stels qırıcılar, nə də qanadlı raketlər effektiv ola bilməzdi, çünki onlar bu RLS tərəfindən trayektoriyasının ilk mərhələsində məhv edilərək hədəflərinə yetişə bilməzdi. İndiyə qədər HNM kompleksinin stels vasitəni məhv etməsi faktlına rast gəlinməyib. Lakin bunun əksini təsdiq edən, yəni İsrail hava hücum vasitələrinin müxtəlif coğrafiyalarda SSRİ/Rusiya HHM sistemlərini məhv etməsi barədə onlarla fakt mövcuddur. Ümumiyyətlə bu müəssisənin mövcud olduğu on illər ərzində təsirli bir sistem hazırlaması barədə faktlar da mövcud deyil.

“Konteyner” stels hava təhdidlərinə qarşı bu qədər təsirli olsaydı nə dünyanın heç bir ölkəsi stels qırıcıların alınması üçün illərlə iştehsalçının qapısında gözləməzdi, nə də Tovuz istiqamətindəki sərhədyanı zona ilə bərabər Ermənistan müdafiəsinin dərinliyində bir dənə də olsun erməni hədəfi Azərbaycan PUA-ları tərəfindən məhv edilə bilməzdi.

“Konteyner” və “Hermes”

Əslində “Konteyner” RLS-i hava məkanının uzaqmənzilli kəşiyyatı üçün nəzərdə tutulub. Bu sistemlər özü birbaşa məhvetmə vasitəsi deyil, onlar əvvəlcə hədəfləri aşkar edir, onları identifikasiya edir, trayektoriyasını müəyyənləşdirir, izləməyə başlayır və onlar haqqında ətraflı məlumatları komanda idarəetmə məntəqəsinə təqdim edir. İdarəetmə məntəqəsi isə konkret qərar qəbul etdikdən sonra HHM sistemlərinə ələkeçirmə və ya məhvetmə üçün döyüş əmri verir. Yalnız bundan sonra yerüstü və hava hücum vasitələri real döyüş fəaliiyyətinə başlayır. Nəzərə alaq ki, ən əlverişli şəraitdə belə bu fəaliyyətlərin hər birini həyata keçirmək üçün müəyyən qədər (bəzən bir neçə dəqiqə) müddət tələb olunur.

İstehsalçının açıqladığı taktiki-texniki xüsusiyyətlərə görə, “Konteyner” RLS-nin fasiləsiz izləmə zonasında təyyarə tipli hava vasitələrini aşkarlanma müddəti 350 saniyədir. Qrup şəklində olan hədəflər isə uçuşdan 6-15 dəqiqə sonra aşkar edilir. Aşkarlanma müddətinin üzərinə digər fəalliyyətlər üçün tələb olunan zaman göstəricilərini də əlavə etsək, o zaman ideal hazırlıqlı heyətə “Konteyner”dən istifadə etməklə tək hava hədəfinə atəş açmaq üçün təxminən 25 dəqiqə, qrup hədəfinə atəş açmaq üçün isə təxminən 35 dəqiqə zaman lazımdır.

İndi isə keçək Ermənistan tərəfinin və ya “Avia. Pro” saytının İsrailə məxsus “Hermes 900” PUA-sının məhv edilməsi iddialarına. Əvvəlcə hədəf “Hermes 450” idi, indi hədəf bir az da inkişaf edərək “Hermes 900 olub. “Hermes 900” 36 saat ərzində 9100 metr yüksəklikdə uçuş həyata keçirə bilir. Bu pilotsuz uçuş aparatı əsasən kəşfiyyat və nəzarət məqsədilə istifadə olunur. 1100 kq ağırlığı olan bu PUA-lar 350 kq faydalı yük götürmə qabiliyyətinə malikdir.

8.3 metr uzunluğa sahib PUA-nın qanad açılımı isə 15 metrə bərabərdir. “Hermes 900” PUA-larının faydalı yükünə elektro-optik (infraqırmızı) sensorlar, SAR radarı, radioelektron kəşfiyyat, həmçinin radioelektron mübarizə və hiperspektral sensorları daxildir. Aparatı bir ədəd “Rotax 91” markalı mühərrik hərəkətə gətirərək maksimum 220 km/saat sürətlə hərəkət etməyə imkan verir. Deməli “Hermes 900” tək Ermənistan ərazisinə müdaxilə etsə belə, ona atəş açılması üçün 25 dəqiqə zamana ehtiyac yaranır. Bu müdət ərzində isə PUA 55 km məsafə qət edə bilər. Bu isə onun İcevanın dərinliyində və ya Dilicanın ətrafında vurulmasını tələb edirdi.

Digər tərəfdən isə İsrail silah sistemlərinin REM avadanlıqlarının imkanlarına görə Rusiya vasitələrini qat-qat üstələdiyini də nəzərə alsaq, bu xəbərin əsl mahiyyəti ortaya çıxır.

Heç şübhəsiz ki, döyüş əməliyyatalarında PUA vurula bilər və bu artıq sensasiya hesab edilmir. Məsələn dünən, iyulun 21-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 2 ədəd X-55 taktiki pilotsuz uçuş aparatı Ağdam rayonu və Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərərkən məhv edilib. Nə Azərbaycan Müdafiə Nazirliyi, nə digər maraqlı resurslar məhv edilən X-55 PUA-sının Rusiyanın “Ptero” vasitəsinin kopyası olduğuna dair və ya məhvetmə vasitəsinin Rusiyaya rəqib olan silah ixracatçısına aid olduğuna dair xəbərləri yaymağa cəhd belə etmir.

Ermənilərdə ordumuzun hansısa PUA-sını nə zamansa vura bilər. Lakin bunu Rusiyanın Ermənistana verdiyi “Konteyner” raket hücumundan xəbərdarlıq sisteminin köməyilə həyata keçirilməsi mümkün deyil, çünki bu kompleksin adından da göründüyü kimi həm təyinatı başqadır, həm də istehsalçı onun PUA aşkarlanması üçün istifadəsini istisna edir.

Bütün bunları Ermənistan tərəfinin yaxşı anlamasına baxmayaraq, İrəvan bilərəkdən həm Rusiya-Azərbaycan, həm də İsrail-Rusiya münasibətlərində müəyyən soyuqluq yaratmaq niyyətindədir. Bunun bir neçə səbəbi ola bilər.

Birincisi, bu sahə ilə az da olsa maraqlanan kontingent “Rusiya silahı ilə İsrail PUA-sının Ermənistan ərazisində məhv edilməsi” düsturunun açmasını dərin düşüncəyə dalmadan tapa bilərlər. Bütün bunlar isə Ermənistanın həmişəki kimi, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, nəinki rəqib və ya qonşularının, hətta mövcudluqlarına görə minnətdar olmalı olduqları müttəfiqlərinin belə aralarındakı münasibətlərin korlanması üçün əllərindən gələni edirlər. Bir sözlə istənilən müsbət və ya mənfi hadisələr fonunda Paşinyan komandası da əvvəlkilər kimi, eyni ampluadan çəkilməyərək, millətlər arasında düşmənçilik toxumu səpmək üçün hər bir yola əl atır.

İkincisi isə son aylarda müəyyən qədər soyuyan Rusiya-Ermənistan münasibətləri fonunda, İrəvan Kreml ilə münasibətlərini normal vəziyyətə gətirməyəcəyi təqdirdə, “barıt çəlləyini” xatırladan labüd münaqişənin daha geniş eskalasiyasına tab gətirməyəcəyinin fərqindədir. Moskvaya “ayı xidməti” göstərmək fikrinə düşən erməni rəhbərliyi, Suriya və Liviyada aşkar şəkildə Türkiyə və İsrail silahlarına məğlub olan rus hava hücumundan və raket əleyhinə sistemlərinin nüfuzunu xilas etməyə çalışır. Lakin bu dəfə də alınmadı. Çünki bu xəbərin ardınca məlum oldu ki, iyulun 20-də ABŞ-ın zərbə tipli PUA-sı, Hmeymim aviabazasında yerləşdirilən, Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri tərəfindən müdafiə olunan Suriyanın hava məkanına görünmədən nüfuz edib. ABŞ PUA-sı həm Rusiya hava hücumundan müdafiə sistemlərinin radarlarını keçə bilib, həm də Rusiya və Suriya hərbi mövqelərinin yaxınlığında yerləşən Suriya ərazisinə zərbə endirə bilib.

Bütün yazılanları nəzərdən keçirsək, iki sual yaranır:

1. Rusiyanın ən müasir HHM sistemi böyük ölçülü ABŞ PUA-sını aşkar edə bilməyibsə, raket hücumundan xəbərdarlıq sistemi qismən kiçik və daha kiçik EPR-ə malik İsrail PUA-sını hansı imkanlarla aşkar edəcək?

2. Əgər “Konteyner” həqiqətən də İsrail PUA-ları üzərində bu qədər ciddi üstünlüklərə malikdirsə, nədən onlarla ölkə “Konteyner” üçün deyil, “Hermes” almaq üçün çalışır?

P.S: Yaxın günlərdə “Avia.Pro”da çap edilən məqalənin adı açıqlanmayan müəllifi Susan Stepanyanın yaxın tanışlarından biri kimi ortaya çıxsa, əsla təəccüblənməyin. Bənzər prosedurlar ermənilər tərəfindən genetik olaraq kifayət qədər ustalıqla icra edilir…

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hermes   Dezinformasiya   Konteyner  

Şuşan-Artsrun cütlüyündən yeni “Konteyner” personajı: Arqusu məhv edən “Hermes” bu dəfə dezinformasiyaları dəf edir

2020/07/2221-11167806951.jpg
Oxunub: 19220     11:10     22 İyul 2020    