Azərbaycanın yaxın gələcəkdə Türkiyədən alacağı növbəti silah - T-129 ATAK (HƏRBİ EKSPERT)

2020/07/11111-9572927538.jpg
Oxunub: 16711     14:41     23 İyul 2020    
Türkiyə müdafiə sənayesi son illərdə uğurlu işləri ilə tanınır. Bunlardan biri də "Atak" helikopteridir. Azərbaycanın Hərbi Hava Qüvvələrinin maraq dairəsinə daxil olan bu helikopterlər Türkiyənin TAI (TUSAŞ) şirkətinin müəssisələrində istehsal edilir. Türkiyənin eks Prezidenti Abdullah Gül və Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü ildə Ankaradakı TAI müəssisəsində T-129 helikopterinə birgə baxış keçirməsi, bu helikopterin rəsmi Bakı üçün də mühüm əhəmiyyət kəsb etdiyini göstəriricisi kimi qəbul edilir.

İlk T129-A prototipi Türkiyədə ilk uçuşunu 17 avqust 2011-ci ildə həyata keçirib. Azərbaycan pilotlarının da iştirakı ehtimal olunan qəbul prosedurlarından sonra, 22 aprel 2014-cü ildə ilk T-129A helikopterləri Türkiyə Quru Qoşunlarına təslim edildi. Bu dəfə Ordu.az oxucularına "Atak" helikopterinin yaranma tarixi, layihənin inkişafı, konstruksiyası, texniki uçuş xüsusiyyətləri, mödifikasiyası, istifadəçiləri və s. haqqında məlumat verəcək.

İnkişafı

Terrorizmlə on illərdir imübarizə aparan, Türkiyə ehtiyac duyduğu müasir silah sistemlərini, o cümlədən helikopterləri müttəfiqlərindən vaxtında əldə edə bilmirdi. Şərqi və Cənub-Şərqi Anadoluda artan helikopter ehtiyacı qarşılanmadığı üçün qırıcıların resursları normadan artıq sərf edilirdi. TSQ-nin silahlanmasında mövcud olan "Kobra" hər coğrafiyada tətbiq edilə bilmirdi, yararlı olan AH-1 "Super Kobra" tipli helikopterlər isə məhdud sayda idi.

Vəziyyətin bu templə davamının mümkünsüz olduğunu anlayan Türkiyə yerli helikopter istehsalının başlanmasına qərar verdi. Ankara hücum və çoxməqsədli helikopterlərin Türkiyədə istehsal edilməsi üçün çalışmalara 1995-ci ilin oktyabr ayında başladı. Bu layihəyə Müdafiə Sənayesi Müsteşarlığı (MSM) rəhbər təyin edildi.

Hazırlanması

Təxminən 12 illik araşdırmalardan sonra Müdafiə Sənayesi İcra Komitəsi 30 mart 2007-ci il tarixində, İtaliyanın "AgustaWestland" şirkətini "Atak" proqramı üzrə tenderin qalibi elan etdi. 2007-ci ilin aprel ayında MSM Türkiyə Aerokosmik Sənaye (TAI) şirkətinin əsas podratçı olduğunu açıqladı. Quru Qoşunları Komandanlığının ehtiyaclarına uyğun olaraq hazırlanacaq 51 ədəd taktiki hücum/kəşfiyyat helikopterinin istehsal proqram üzrə müqavilə 7 sentyabr 2007-ci ildə imzalandı. 24 iyun 2008-ci ildə qüvvəyə minən layihənin əsas podratçısı TAI, subpodratçıları isə "AgustaWestland" və ASELSAN şirkətləri təyin edildi. Bu tarixdə layihənin müddəti 114 ay olaraq təyin olundu və ilk T-129 helikopterinin 60 ay ərzində təhvil verrilməsi planlaşdırıldı.

Əsas podratçı

TAI (Turkish Aerospace Industries - Türkiyə Aerokosmik Sənayesi) şirkəti 28 iyun 1973-cü il tarixində Türkiyənin Sənaye və Texnologiya Nazirliyi nəzdində ölkənin müdafiə sənayesində xaricdən asılılığını azaltmaq məqsədi ilə TUSAŞ adı ilə yaradılıb. Türkiyə Hərbi Hava Qüvvələrinin hava döyüş vasitələrinə olan ehtiyacının ödənilməsi, F-16 təyyarələrinin istehsalı, istifadə edilməsi, sistemlərin təyyarələrə inteqrasiyası və uçuş sınaqlarının keçirilməsi məqsədilə 1984-cü ildə TUSAŞ bazasında 25 il müddətinə ABŞ və Türkiyənin ortaq TAI şirkəti yaradıldı. 2005-ci ildə TAI-nin xarici səhmləri türkiyəli səhmdarlar tərəfindən alındı. Şirkətinin ingiliscə adı "Turkish Aerospace Industries" (Türkiyə Aerokosmik Sənayesi) olaraq dəyişdirildi və nəhayət, TUSAŞ və TAI tək bir dam altında birləşdirildi və bu gün TUSAŞ kimi tanınan şirkət meydana gəldi. Lakin məhsulların tanıdılmasında yenə də TUSAŞ-ın ingilis dilində tərcüməsi olan TAI qısaltmasından geniş istifadə olunur.

TAI hazırda aerokosmik sənayedə ilk yüzlüyə daxil olan qlobal oyunçulardan biridir. Şirkət 6 strateji qrupdan ibarətdir:

- Struktur Qrupu;
- Təyyarə Qrupu;
- Helikopter Qrupu;
- Pilotsuz Aviasiya Sistemləri Qrupu;
- Kosmik Sistemlər Qrupu;
- Milli Döyüş Təyyarəsi Qrupu.

Bundan əlavə, TAI tərəfindən hazırlanan/istehsal olunan bütün məhsullara inteqrasiya və logistika dəstəyi xidmətləri də təqdim olunur. Şirkətin əsas məqsədlərindən biri aviasiya və kosmik sahədə beynəlxalq təhlükəsizlik ehtiyaclarına cavab verən məhsullar istehsal edərək milli sənayenin inkişafına dəstək verməkdən, əsas hədəfi isə orijinal məhsulları ilə qlobal rəqabət gücünə malik qlobal aviasiya və kosmik şirkəti olmaqdan ibarətdir. Bu məqalədə bəhs edilən T-129 layihəsində əsas podratçı olan TAI, həm də "Atak" helikopterinin yeganə istehsalçısıdır.

Layihənin detalları

51 ədəd hazır T-129 taktiki hücum helikopterinin istehsalını özündə cəmləşdirən müqavilənin ümumi dəyəri təxminən 3.2 milyard dollar təşkil etdi. Layihədə TAI-nin ümumi payının 556 milyon, ASELSAN-ın payı 700 milyon, "AgustaWestland"ın payı isə 1 milyard 644 milyon ABŞ dolları olduğu açıqlandı. Müqaviləyə görə Türkiyə, T-129 konfiqurasiyalarının əqli mülkiyyətə malik olmaqla, bu vasitələrin üçüncü ölkələrə ixrac etmək hüquqlarını əldə etdi.

"Atak" proqramı maksimum yerli texnologiyaları və istehsalı özündə cəmləşdirən bir layihədir. Bu layihə üzrə hazırlanan T-129, 60% yerli helikopter hesab edilir. "AgustaWestland" Türkiyədəki tenderdə istehsalçıların istəyi lehinə maksimum güzəştə getdi.

Türkiyə Quru Qoşunları üçün istehsal ediləcək T-129 helikopterləri təbii olaraq 21-ci əsrin ən qabaqcıl avionika sistemləri və silahları ilə təchiz edilir. T-129 Türkiyənin mövcud AH-1 "Super Kobra" helikopterindən daha üstün xüsusiyyətlərə malikdir. Türkiyə T-129 helikopterinin yeganə istehsalçısıdır. Bu baxımdan "Atak" layihəsi Türkiyə aviasiya istehsal sənayesində başlanğıc üçün çox vacib bir addım hesab edilir.

İlk prototipləri

Türkiyənin şərtlərinə uyğun olaraq hazırlanan T-129 dizayn mərhələsi 2009-cu ilin yanvar ayında tamamlandı. Modernləşdirilən və günün tələblərinə uyğunlaşdırılan helikopterin əsas podratçısı TAI, P1 adlanan ilk prototipin uçuş sınaqlarını 2009-cu ilin sentyabr ayında uğurla həyata keçirdi. Layihənin 22-ci ayında dizayn təkrar gözdən keçirilərək son konfiqurasiyaya avionikanın inteqrasiya ilə yoxlanıldı. 2010-cu ildə P2 və P3 prototiplərinin sınaqdan keçirilməsindən sonra P4 versiyası hərbi sertifikatlaşdırılmaya cəlb edildi. Proqram çərçivəsində TAI tərəfindən 2011-ci ildə havaya qalxan P5 modeli də son prototip olaraq inşa edildi.

Konstruksiyası

Təkərli şassiyə malik olan helikopterin 5 pərli rotora sahib olması və istifadə olunan silah-sursat baxımından böyük üstünlüklər təmin etməsi, bu məhsulu Türkiyə Silahlı Qüvvələrindəki digər helikopterlərdən fərqləndirir. Helikopter pilot və pilot köməkçisi (tuşlayıcı) tərəfindən idarə edilir.

A-129-un P5 prototipi ilə eyni korpusa sahib olan T-129, S-70 və AH-64 kimi zərbəyə müqavimətləri ilə məşhur olan helikopterlərə məxsus MIL-STD-1290 (Zərbəyə Davamlılıq Standartı) standartına uyğun istehsal edildi. Daxili yanacaq çənləri nüfuzetməyə və çatlamağa qarşı davamlıdır. Mühərriklər iki ayrı hissədə yerləşir və aralarında zirehli bölmə mövcuddur.

Helikopterin transmissiyası 12.7 mm güllə və 30 dəq yağsız rejimdə çalışmağa davamlıdır. Rotor pərləri 12.7 mm güllələrə qarşı ballistik müdafiəyə malikdir. 15 sm diametrdə ağac budaqlarına çırpılması belə pərlərə mənfi təsir etmir.

T-129 hücum helikopterinin missiya kompüteri layihənin ən vacib bölməsi hesab olunur. Bu kompüter və proqram təminatı pilotlara rəqəmsal kabindən naviqasiya, rabitə, elektron mübarizə, hədəf aşkarlanması, platformanın və silahların idarəetmə funksiyalarını həyata keçirməyə imkan verir.

Aerodinamik quruluşda ediləcək bəzi dəyişikliklərə (burun, yan qanadlar, quyruq pərləri və s.) əlavə olaraq mövcud silah asqılarının artırılması planlaşdırılır. Bundan əlavə STINGER atıcı qurğularındakı yeniliklər və 5 maili pərin tətbiqi, atəş gücü və səssizlik baxımından ciddi əhəmiyyət kəsb etməkdədir.

Mühərriki

T-129 helikopteri iki ədəd LHTEC CTS800-4 mühərriki ilə təchiz edilir. "Rolls-Royce" və "Honeywell" şirkətlərinin ortaq yaratdığı LHTEC kompaniyasının yüngül platformalar üçün hazırladığı bu mühərrik CTS800 sinifinə aiddir.

Bu mühərriklər dünyanın müxtəlif hərbi hava platformalarında istifadə olunur. Mühərrik 35000 saatlıq uçuş təcrübəsi ilə seçilir. FADEC (Tam Rəqəmsal Mühərrik İdarəetmə Sistemi) xüsusiyyəti sayəsində CTS800-4N mühərriki pilotun iş yükünü azaldır və mühərrikin istismar xərclərini yüngülləşdirir. Müqavilə çərçivəsində, 96 milyon ABŞ dolları dəyərində 100 ədəd mühərrik və ehtiyat hissələri "Rolls-Royce" şirkətindən sifariş edilib.

Silahlanması

Helikopter yaxın hava dəstəyi və çoxməqsədli missiyalar üçün iki versiyada hazırlanıb. Yaxın hava dəstəyi üçün hazırlanan T129 A helikopteri 76 ədəd 70 mm-lik idarəolunmayan raketlər və 500 ədəd sursat dəstinə malik 20 mm top ilə təchiz edilir.

T129 B versiyalı helikopter isə çoxməqsədli tapşırıqlara uyğun olaraq ən müasir elektron döyüş vasitələri ilə təchiz edilir. Onun silah təchizatına 8 ədəd UMTAS idarəolunan tank əleyhinə raketi, 12 ədəd CİRİT idarə olunan raketi, 8 ədəd "hava-hava" tipli STINGER raketi, 76 ədəd idarəolunmayan raket və 500 ədəd sursat dəstinə malik 20 mm-lik top daxildir.

Helikopterə ROKETSAN tərəfindən istehsal edilən "Hydra", "Çirit" raketi və UMTAS tank əleyhinə idarəolunan raketlər inteqrasiya edilir.

Hava təhdidlərinə qarşı FIM-92 STINGER raketlərinin, yaxın məsafədən edilən hücumlar zamanı isə TM-197 topunun tətbiq edilməsi nəzərdə tutulur.

Vəzifələri

"Atak" helikopterləri aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:

Hücum;
Silahlı kəşfiyyat;
Silahlı müşayiət;
Həssas müdaxilə;
Dərin hücum;
Silahlı Dəstək;
Karvan qorunması;
Hava Hücumundan Müdafiə sistemlərinin məhv edilməsi;
Sülhməramlı əməliyyatlar;
Sıx yaşayış məntəqələrində əməliyyatlar.

"AgustaWestland"

28 may 2009-cu ildə "AgustaWestland" Türkiyə rəsmilərinin iştirakı ilə İtaliyadanın Kaskina Kosta rayonunda yerləşən T-129 obyekinin rəsmi mərasimlə açılışını həyata keçirdi.

Layihədə helikopterinin iki növdə istehsal edilməsi nəzərdə tutulurdu:

T-129 TUC-1: unikal missiya kompüteri, REM kompleksi, ASELSAN-ın ASELFLIR-300T elektron-optik gecə/gündüz nişangah və atəş sistemi, "Thales" istehsalı dəbilqəyə quraşdırılan nişangah sistemi, "Hellfire II" və ya "Spike-ER" tank əleyhinə raket kompleksi ilə;
T-129 TUC-2: unikal missiya kompüteri, REM kompleksi, ASELSAN-ın ASELFLIR-300T elektro-optik gecə/gündüz nişangah və atəş sistemi, ASELSAN-ın dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi, ROKETSAN-ın UMTAS və "Cirit" tank əleyhinə raketləri ilə.

Sonradan bu silah sistemlərinin bəziləri analoqları ilə əvəz edildi.

ASELSAN avadanlıqları

T-129 helikopteri 2001-ci ildə ASELSAN və TÜBİTAK tərəfindən 2001-ci ildə hazırlanmasına başlanan və 2007-ci ildə müvəffəqiyyətlə tamamlanan orijinal missiya kompüteri AH-1S "Kobra" helikopterində sınaqdan keçirildi. T-129 helikopteri həm ASELSAN-ın orijinal istehsalı olan ASELFLIR-300T gecə/gündüz termal nişangah və hədəf sistemi, həm də dəbilqəyə quraşdırılan AVCI nişangah sistemi ilə təchiz edilir.

Helikopterin rabitə sistemi ASELSAN tərəfindən hazırlanan MXF-484 U/VHF və uzun mənzilli HF-SSB radiostansiyaları ilə təmin ediləcək. Gələcəkdə bu radiostansiyalar ASELSAN proqramına əsaslanan yeni vasitələrlə əvəzlənəcək.

Helikopterlər SSM ilə ASELSAN arasında imzalanan müqaviləyə əsasən REM kompleksi ilə təmin edilir. Bu kompleksə radar xəbərdarlıq sistemi, raket xəbərdarlığı sistemi, lazer xəbərdarlıq sistemi, IR maneə sistemi, "özümün-özgənin" sistemi və s. inteqrasiya edilib. Bu sistemlərin dizaynı, sınaqları və kütləvi istehsalına ASELSAN və onun tabliyindəki MİKES şirkəti cavabdehdir.

Bunlardan başqa helikopterdə təxminən 40 ədəd digər şirkətin istehsal etdiyi müxtəlif yerli cihazlar da yer alır.

Sınaqlar

Türkiyənin coğrafi şərtlərinə tam uyğunluğunu nümayiş etdirmək üçün görülən işlər nəticəsində çox təsirli bir dizaynın hazırlanması gözlənilirdi. Bu gözləntiləri doğrultmaq üçün pilot və silah mütəxəssislərinin tövsiyələrinə uyğun olaraq sınaq prosesi aşağıdakı mərhələlərə bölündü:

Avionika və silah sistemləri paketinin helikopter sisteminin texniki tələblərinə cavab verməsi üçün helikopterə inteqrasiyası;
Avionika və silah sistemləri paketinin proqram inteqrasiyası üçün tələb olunan dizayn və istehsal fəaliyyətlərinin reallaşdırılması;
Funksional qəbul sınaqları;
EMI/EMC sınaqları;
Yerüstü sınaqları;
Uçuş sınaqları;
Texniki və mexaniki uçuş təhlili;
Struktur modifikasiyası;
Uçuş qabiliyyəti və təsnifat prosedurları;
ASELSAN sistemləri üçün əməliyyat, sistem/alt sistem və funksional uyğunlaşdırma prosedurları;
SEL qəbul sınaqları, yerüstü, hava və EMI/EMC sınaqları;
"AgustaWestland" və ASELSAN-dan alınan ELD Məlumat Paketi modullarının (texniki xidmət və pilot məlumat arxivi) birləşdirilməsi və son T-129 helikopterinin ELD Məlumat paketinin hazırlanması.

İstehsal bölgüsü

"Atak" layihəsi çərçivəsində podratçıların vəzifə bölgüsü aşağıdakı kimi həyata keçirildi;
TAI: Proqram və Müqavilənin idarə edilməsi, korpusun istehsalı, son montaj, uçuş sınaqları, təlim, inteqrasiya və logistika dəstəyi;
ASELSAN: Missiya kompüteri, proqram təminatı, avionika və REM sistemlərinin istehsalı və inteqrasiyası, silah sistemlərinin təchizatı və inteqrasiyası;
"AgustaWestland": Uçuş xüsusiyyətlərinə uyğun platformanın və yeni mühərrikin hazırlanması, texnologiya transferi, avtomatik uçuşu idarəetmə sistemi, vasitənin vəziyyətinə nəzarət sisteminin istehsalı.

ROKETSAN, TEI, "Kale Kalıp", "Alp Havacılık", MİLSOFT, STM kimi yerli şirkətlər də TAI və ASELSAN şirkətlərinin subpodratçısı olaraq layihədə iştirak edirlər.

TSQ-nin silahlanmasında mövcud olan AH-1 "Kobra" helikopterləri ilə paralel istifadə ediləcək yeni və birinci nəsil "Atak" helikopterləri Ankarada yerləşən TAI müəssisəsində istehsal edilir.

Əldə edilən avionika xüsusiyyətləri

Mərkəzi İdarəetmə Kompüteri (pilot və pilot köməkçisi üçün);
Tam rəqəmsal 4 oxlu Uçuşu İdarəetmə Sistemi;
2 ədəd çoxfunksiyalı ekran (Pilot və pilot köməkçisi üçün);
Ətalətli naviqasiya Sistemi və GPS;
Rəqəmsal uçuş xəritəsi;
Uçuş məlumat sistemi;
Altimetr RLS-i;
VHF/UHF qəbuledicisi;
Yüksək tezlikli qəbuledici;
IFF transponderi;
Səs kodlayıcısı;
Tezlik dəyişdiricisi;
Görüntü məlumatları bağlantısı;
DAS passiv və aktiv əks tədbirlər paketi.

Əlavə təchizatlar

Missiya İdarəetmə Sistemi;
EO, FLIR və CCTV və lazer məsafəölçəni;
Ballistik kompüter;
Dəbilqədə gecə görüntü sistemi;
Təcili yer təyin etmə sistemi;
Əlavə yanacaq çənləri;
Buzlanma əleyhinə sistem;
İnfraqırmızı basdırıcılar.

İlk uçuş

T-129 "Atak" helikopteri Türkiyə Silahlı Qüvvələri üçün ölkənin coğrafi və iqlim şəraitinə əsaslanaraq Türkiyənin TAI və və İtaliyanın "AgustaWestland" tərəfindən "Atak" proqramı çərçivəsində birgə hazırlanaraq istehsal edilib. Bu helikopter İtaliyanın A-129 "Mangusta" helikopterinin korpus hissəsinin bəzi detallarının yerdəyişməsi və özünəməxsus silah sistemlərinin inteqrasiya edilməsi ilə meydana gəldi. İstehsalı tamamlanan ilk helikopter 28 sentyabr 2009-cu il tarixində İtaliyanın Qallarate şəhəri yaxınlığında bir italyan və bir türk pilot tərəfindən ilk uçuşunu həyata keçirib. Təxminən yarım saat havada qalan helikopter müxtəlif manevr sınaqlarını həyata keçirdikdən sonra uğurla yerə enib.

İmkanları

T-129-da "Rolls-Royce" və "Honeywell" firmalarının ortaq istehsalı olan iki ədəd LHTEC CTS800-4A mühərrikindən istifadə edilir. Bu mühərriklər sayəsində helikopter 278 km/s maksimal sürətə malik olmaqla bərabər 6096 m yüksəkliyə qədər qalxmaq qabiliyyətinə sahibdir. T-129 yaxın hava dəstəyi və çoxməqsədli tapşırıqlar üçün iki fərqli tipə sahibdir. T-129A yaxın hava dəstəyi üçün hücum, T-129B isə çoxməqsədli tapşırıqlar üçün istehsal olunub.

"Atak" layihəsi Quru Qoşunları Komandanlığı tərəfindən tələb olunan hücum və taktiki kəşfiyyat helikopterinin istehsalı və istifadəyə verilməsi məqsədini daşıyırdı. Bu çərçivədə, "AgustaWestland" Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq A129 korpusunu hazırladı. Milli avionika və silah sistemləri ilə təchiz edilən T129, mühərriki, kəşfiyyat elementləri və quyruq pərlərini dəyişdirərək dünyada öz sinfində ən təsirli hücum helikopterlərindən biridir.

Silahlanmaya qəbulu

Müdafiə Sənayesi İcraiyyə Komitəsinin 15 iyun 2010-cu ildə keçirilən iclasından sonra verilən açıqlamada Quru Qoşunları Komandanlığının təcili ehtiyacını ödəmək üçün İtaliyanın "AgustaWestland" şirkətindən 9 ədəd A-129 "Mangusta" tipli hücum helikopterinin alınacağı bildirildi. T-129 modelinin 2013-cü ildə təhvil veriləcəyi gözlənilirdi.

8 noyabr 2010-ci ildə "AgustaWestland" 9 ədəd T-129 hücum helikopteri və ehtiyat hissələri üçün 150 milyon avro dəyərində sifariş aldığını açıqladı. Helikopterlər TUSAŞ obyektlərində toplanaraq 2013-ci ilin ortalarından etibarən Türkiyə Quru Qoşunlarına təhvil verilməyə başladı. Hazırda istehsal prosesi Türkiyə ərazisində davam edir və onların həm TSQ-nin, həm də Jandarma Komandanlığının silahlanmasına qəbulu aktiv fazadadır.

Taktiki-Texniki Xüsusiyyətləri

Ekipaj: 2 nəfər;
Uzunluğu: 14.54 m;
Yüksəklik: 3.95 m;
Eni: 3.49;
Boş ağırlıq: 2900 kq;
Rotorun diametri: 11.9 m;
Kreyser sürəti: 281 km/s;
Maksimum qalxma ağırlığı: 5000 kq;
Maksimum silah yükü: 1200 kq;
Qanadlarda olan silah asqıları: 4 ədəd (hər biri 300 kq-lıq);
Yanacaq çəni: 750 kq;
Maksimum qalxma yüksəkliyi: 6096 m;
Faydalı yük ilə qalxma səviyyəsi: 3048 m;
Yüksəkliyə qalxma sürəti: 13.26 m/s;
Şaquli yüksəkliyə qalxma sürəti: 7.3 m/s;
Mühərrik: 2 x LHTEC CTS800-4A;
Gücü: 2 x 1361 a.g (2 x 1014 kVt);
Güc/kütlə nisbəti: 550 a.g/ton;
Maksimum havada qalma müddəti: 3 saat;
Maksimum məsafə: 537 km;
Əlavə yanacaq çənləri ilə qət edilən maksimum məsafə: 1000 km.

"Atak 2"

IDEF- 2019 sərgisində ilk dəfə nümayiş etdirilən "Atak-2" layihəsi, ilk nəsil T-129 "Atak" layihəsində qazanılan bilik və təcrübəyə əsaslanır. Layihənin yerli qurğularla inkişaf etdirilməsinə üstünlük verilir. TAI şirkəti əvvəlki ümumi təyinatlı helikopterdə istifadə olunan alt sistemlərin bir çoxunun bu layihədə istifadə ediləcəyini və ilk variantdan daha inkişaf etmiş avionika sistemləri ilə təchiz edilməsi ilə fərqlənəcəyini, həmçinin onun tam faydalı yüklə kütləsinin iki dəfə ağır ola biləcəyini bildirib. "Atak-2" ağır hücum helikopterinin 2024-cü ildə havaya qalxacağı gözlənilir.

Maraqlı xüsusiyyətləri ilə uzun müddətdir ki, gündəmdə olan ilk nəsil T-625 layihəli "Atak"ın daha inkişaf etmiş bir versiyası olan "Atak 2" helikopterinin hazırlanması üçün müqavilə 2019-cu ildə MSN və TAI arasında imzalanıb. Bu müqavilə ilə yeni vasitəyə qarşı irəli sürülən tələblərə də aydınlıq gətirilib.

TAI şirkəti "Atak 2" ağır hücum helikopteri sinifə daxil olmaqla 5 ton faydalı yük daşıya bilir. Hazırda TAİ şirkəti T-629 layihəsi ilə 10 tonluq ağır hücum helikopteri istehsal etməyi planlaşdırır. Bu isə "Atak" helikopterlərinin bütün sinifdən olan vasitələrə malik olmasına və ailənin tamamlanmasına səbəb olacaq. Son layihə üzrə hazırlanan helikopterin 6 ton faydalı yük daşıya biləcəyi ehtimal edilir. Bu tələblər səviyyəsində istehsal ediləcək "Atak-2" dünyanın ən yaxşı üç hücum helikopterindən biri olacaq.

Fərqli versiyalar, fərqli imkanlar

Yeni helikopter hərbi dəniz qüvvələri və quru qoşunları üçün fərqli keyfiyyətlərə malik olaraq 2 müxtəlif versiyada istehsal ediləcək. Onun tam döyüşə hazır modeli ilk uçuşunu 4 ildən sonra, 2024-cü ildə həyata keçirməlidir.

10 ton ümumi kütləyə malik helikopter, atıcı qurğular xaric, ən azı 1200 kq döyüş sursatı da daşıya biləcək. Korpusun bütün hissələrinin 12.7 mm-lik silahların açdığı atəşə davamlı zireh ilə təmin olunması gözlənilir.

"Atak 2" helikopteri müasir avadanlıqlara, o cümlədən yeni 4 nüvəli avtopilota, dəbilqədə görüntülü nişangaha, hədəf aşkarlama və izləmə radarları ilə təchiz ediləcək. Pilotun baxdığı istiqamətə tuşlanan müşahidə çihazları və bu görüntülərin dəbilqədə əks olunması helikopter heyətinə ciddi üstünlüklər vəd edir. Türkiyənin stels F-35 korpusunun istehsalında əldə etdiyi təcrübənin bu helikopterdə tətbiq edəcəyi şübhə doğurmur.

Gücləndirilən zirehli konstruksiya ilə bərabər silah sistemlərindəki dəyişikliklər də nəzərə çarpır. Birinci nəsil helikopterdə mövcud olan 20 mm-lik burun topu, ikinci nəsildə 30 mm-lik yerli topla əvəz ediləcək. Qanad asqılarının sayı 6 ədədə qədər artırlacaq. Bu isə həm daşınan sursat tərkibinin, həm də onun kütləsinin artırılmasına imkan verə bilər. "Meteksan" və TAI-nin əməkdaşlığı ilə 100% yerli olaraq hazırlanan MİLDAR milimetrik dalğa radarı da yeni helikopterdə yer alacaq.

Aşkarlanması ehtimalının çox aşağı olması ilə fərqlənən MİLDAR, istifadə edildiyi vasitələrə görünməzlik baxımından əhəmiyyətli bir töhfə verir. Elektro-optik sistemlərin yetərli olmadığı hallarda helikopterin gözü və qulağı olacaq MİLDAR, geniş ərazidə sürətli və effektiv axtarış apararaq hədəfləri aşkar edə biləcək.

Bundan əlavə, helikopterdə mövcud olacaq infraqırmızı tuşlanmaya qarşı mübarizə sistemi (DIRCM), rəqibin DZRK-larına qarşı vacib güc tədbiri olaraq idarəolunan texnologiyalardan qorunmanı təmin edəcək. Həm MİLDAR, həm də DIRCM "Atak 2" helikopterlərinin istənilən döyüş vəziyyətində daha üstün imkanlar əldə etməsinə şərait yaradacaq.

"Atak" helikopteri ilə geniş təcrübə əldə edən Türkiyə Müdafiə Sənayesi, bu təcrübədən həm sonrakı nəsil helikopterlərdə, həm də ilk milli qırıcısının istehsalında yararlanacaq.

Maksimum yerli avadanlıqlardan istifadə edilməsi, layihənin daxili tərəfdaşlıq üçün açıq olmasını və bir çox Türkiyə şirkətləri üçün geniş fəaliyyət imkanlarını da təmin edəcək.

İstifadəçi ölkələr

"Atak" helikopterlərinin ilk istifadəçisi Türkiyə quru qoşunları komandanlığıdır. İndiyə qədər onlara 51 ədəd helikopter təslim edilib. Türkiyə Jandarma Baş Komandanlığı isə 6 ədəd "Atak" helikopterinə malikdir. TSQ əlavə 40 ədəd helikopter sifariş verib. Böyük ehtimalla bunlar ikinci nəsilə aid olacaq.

Əldə edilən helikopterlər Türkiyə Silahlı Qüvvələrinin iştirak etdiyi döyüş əməliyyatlarında geniş istifadə edilir.

Azərbaycan, Bəhreyn, İordaniya, Malayziya, Polşa, Səudiyyə Ərəbistanı, Pakistan, Cənubi Koreya və BƏƏ kimi ölkələrin T-129 helikopterlərinə maraq göstərdiyi məlumdur.

Pakistanla aparılan danışıqlar nəticəsində 30 ədəd "Atak" helikopterinin satışı ilə bağlı müqavilələr 2018-ci ildə imzalanıb. ABŞ ilə Pakistan arasındakı anlaşılmazlığın ixracın ləngiməsinə səbəb olduğu iddia olunur.

Cənubi Koreyanın 36 ədəd helikopter üçün elan etdiyi tender TAI tərəfindən son anda ləğv edildi.

Filippinlə də 6 ədəd "Atak" helikopterinin satılması barədə danışıqlar davam etdirilir.

Nəticə

Şirkətin rəsmi saytında isə hücum məqsədli birinci nəsil "Atak" helikopterinin 500 mərmiyə malik 20 mm top və 76 ədəd idarəolunmayan raketlə bərabər, 16 ədəd 70 mm-lik "Cirit" TƏİR, 8 ədəd "hava-hava" tipli STINGER raketi və hər biri 294 kq həcmə malik 2 ədəd xarici yanacaq çəni yerləşdirildiyi bildirilir. Bu isə istifadəçilərin (mənbələrin) verdiyi idarəeolunan raketlərin sayının fərqləndiyini göstərir. Başqa sözlə helikoter ehtiyat çənlə 24 raket, ehtiyat çən olmadan isə 28 raket daşıya bilir. Buradan görünür ki, ehtiyat yanacaq çənlərinin, helikopterin təyin edildiyi vəzifəyə uyğun olan raketlərlə əvəz edilməsi mümkündür. Bu isə çoxməqsədli helikopterlərin əsas üstünlüklərindən biridir.

Türkiyə Silahlı Qüvvələri T-129 helikopterinin 9 ədəddən ibarət ilk partiyasını 2014-cü ilin may ayında silahlanmaya qəbul edib. T-129-lar ilk dəfə 25 aprel 2015-ci il tarixində Türkiyənin Siirt vilayətində PKK terrorçularına qarşı həyata keçirilən anti-terror əməliyyatlarında istifadə olunub. İndiyə qədər helikopterlərin fasiləsiz istismarı davam edir.

"Atak 2" versiyası daha artıq faydalı yük daşımaqla bərabər lazer və RLS xəbərdarlıq qurğusu və yeni radiosistemlərlə təchiz olunur.

Özünü müasir təhlükələrdən daha yaxşı qoruya bilən "Atak 2"nin lokalizasiya işləri sürətlə davam etdirilir. Yerli 30 mm-lik burun topu da hazırlanır. Mühərrik, zireh, idarəetmə, müşahidə və fərqli təyinatlı silahların inteqrasiyası ilə əlaqəli fəaliyyətlər genişlənir. Sınaqların vacib mərhələləri artıq geridə qalıb. Bütün bunların tamamlanması və helikopterlərin TSQ-nin silahlanmasına qəbulu, quru qoşunları ilə bərabər digər istifadəçi güc strukturlarının döyüş imkanlarını daha da genişləndirəcək.

Layihənin əsas problemlərindən biri Pentaqonun Türkiyə Aviakosmik Sənayesinin Pakistanla 1.5 mlrd dollarlıq müqavilə bağlamasına cavab olaraq helikopterdə tətbiq edilən LHTEC T8004A mühərriklərini təmin etməsi ilə bağlı olub. İlk mərhələdə Fransa və Polşa Türkiyəyə kömək edəcəklərini bildirsələr də, Türkiyə bu sahədə Ukrayna ilə əməkdaşlıq etməklə bərabər yerli mühərriklərini inkişaf etdirməyə qərar verib. Bu sahədə Çin ilə əməkdaşlığın əlamətləri də mövcuddur.

"Atak" layihəsi əvvəldən "öyrənmək və əlavə etməklə inkişaf" metoduna əsaslanır. Buna görə də "Atak" layihəsi Türkiyə üçün olduqca dəyərli bir layihədir. Bu layihə həm də gələcək avaisiya inkişafı üçün sağlam bir zəmin yaradır. Döyüş əməliyyatlarının təcrübəsinə, pilotların və mühəndislərin təkliflərinə əsasən yaradılan vasitə bundan sonra inkişaf etdiriləcək aviasiya vasitələrinə də təsirsiz ötüşməyəcək. Layihənin tam yerli qaynaqlarla istehsal edilməsi, Türkiyənin aviasiya sahəsində ciddi bir oyunçu olduğunu təsdiqləyəcək.

Azərbaycanın bu helikopterdən naməlum sayda sifariş verdiyinə dair xəbərlər mövcud olsa da, açıq mənbələrdə onların hansı təyinata uyğun olduğuna dair məlumatlara rast gəlinmir. Rəsmi mənbələr də bu barədə açıqlama verməyib. Azərbaycanın bu helikopterin ilk xarici istifadəçisi olmaq şansı böyükdür. TURAZ-2019 təlimində T-129 helikopterinin öz imkanlarını nümayiş etdirməsi və onun məhz zərbə tipli olması, Azərbaycanın seçimini yalnız ehtimal etməyə imkan verir. Bir neçə gün əvvəl Türkiyədə səfərdə olan Müdafiə nazirinin müavini- Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-polkovnik Kərəm Mustafayev və Azərbaycan Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirovun TSQ-nin və Türkiyə Müdafiə Sənaye İdarəsinin rəhbərləri ilə görüşdə bu məsələni də müzakirə etdiyi istisna edilmir. Lakin burada tək problem mühərriklə bağlıdır. Təchizat yalnız helikopterin Ukrayna, Türkiyə və ya Çin mühərriki ilə təchiz olunmasından sonra baş tuta bilər.

Mənbələr

https://www.tusas.com/uploads/2020/01/t129-atak-taarruz-helikopteri.pdf
https://www.ssb.gov.tr/WebSite/contentlist.aspx?PageID=363&LangID=1
https://www.hurriyet.com.tr/haberleri/atak-helikopteri
https://www.tusas.com/urun/t129-atak
https://www.ssb.gov.tr/Website/contentList.aspx?PageID=2221&LangID=1

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATAK   Türkiyə   Azərbaycan   Helikopter  

Azərbaycanın yaxın gələcəkdə Türkiyədən alacağı növbəti silah - T-129 ATAK (HƏRBİ EKSPERT)

2020/07/11111-9572927538.jpg
Oxunub: 16712     14:41     23 İyul 2020    