Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 8184     11:13     31 İyul 2020    
Ordu.az 2020-ci ilin iyulun 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və korrupsiya faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyul ayının nəticələrinə görə, Ermənistan ordusunda 8 ölüm hadisəsi (7-si təxribat, 1-i naməlum) qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 81 düşmən hərbçisi (62-si təxribat, 11-i qəza, 5-i döyülmə, 2-si mina partlayışı, 1-i qəsdən xəsarət yetirmə) yaralanıb.

Həmçinin 2 mülki şəxsə qarşı zorakılıq və 1 qanunsuz həbs faktı da aşklarlanıb.

Qeyd: Şiddətli artilleriya döyüşlərində Ermənistan ordusu çoxsaylı itkilər versə də, onların sadəcə bir hissəsini ictimaiyyətə açıqladı. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, gərgin döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində Ermənistan ordusunun 2-si yüksək rütbəli olmaqla 4 hərbçisi məhv edilib, 36 erməni hərbi qulluqçu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatın yalan olduğunu bildirib. Nazirlikdən verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib.

2 İyul

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində yemək üstündə dava düşüb. 5-ci dağ atıcı alayının əsgəri Arman Hovanesyan tərxis olunmağa hazırlaşan əsgərlər tərəfindən nizamnamədənkənar münasibət nəticəsində döyülüb.

Alınan izahatlardan məlum olub ki, tərxis olunmağa hazırlaşan əsgərlər yeməkxanada A. Hovanesyanın yemək yeməsinə mane olduqları üçün tərəflər arasında dava düşüb. Nəticədə bir neçə əsgər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alan gənc əsgər hərbi hospitala göndərilib.

*****

Axşam saatlarında işğalçı ordunun 1-ci alayının əsgərinin meyiti tapılıb. İlkin olaraq naməlum şəraitdə öldüyü barədə məruzə olunub. Lakin əsgərlər arasında söhbət gəzir ki, hələlik adı gizlədilən erməni əsgər şəxsi-qərəzlik zəminindən digər əsgər tərəfindən öldürülüb.

O, da bildirilir ki, hadisədən xeyli müddət keçməsinə baxmayaraq əsgərin valideynlərinə hələ də xəbər verilməyib.

Fakt ictimaiyyətdən gizlədilsə də, hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır və əsgərin ölümündə kimlərin əli olduğu araşdırılır.

3 İyul

İşğal edilmiş Əsgəran ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 7-ci dağ atıcı alayının bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu minaya düşüb.

2018-ci ilin 2-ci yarısında hərbi xidmətə çağırılan əsgər Xoren Şağqulyan və Levon Hayriyan 136-cı postu tərk edərək, 132-ci postda xidmət edən və tərxis olunmağa hazırlaşan əsgərlərlə sağollaşmağa gedib.

Tez çatmaq üçün qısa yolla getmək qərarına gələn hərbi qulluqçular posta çatmağa 10-15 metr qalmış minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış nəticəsində sol ayağından yaralanaraq hərbi hospitala göndərilən X.Şağqulyanın ayağı amputasiya olunub. Digər hərbi qulluqçu L. Hayriyan isə üz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artavaz Veranyanın mülki şəxslərə qarşı cinayət törətdiyi məlum olub.

Əldə olunan faktlar sübuta yetirildiyi təqdirdə erməni hərbçisinin ən azı 4 il müddətinə azadlıqdan məhrum ediləcəyi gözlənilir.

*****

İyulun 3-də işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində yerlibazlıq zəminində daha bir cinayət hadisəsi baş verib. Ermənistanın Artaşat şəhərindən çağırılan və işğalçı ordunun 4-cü taborunun 10-cu bölüyündə xidmət edən Artur Qriqoryan (“qarabağlılar”) Qarabağ erməniləri tərəfindən döyülüb.

Aldığı ağır zərbələr səbəbindən halı pisləşən erməni hərbi qulluqçusu A. Qriqoryan hərbi hospitala yerləşdirilib.

*****

Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Kamaz" markalı avtomobil aşıb. Qəza nəticəsində yaralanan 7 erməni hərbi qulluqçu hərbi hospitala aparılıb.

4 İyul

Ermənistandakı Rusiyanın 102-ci hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu, Rusiya vərəndaşı S.Salihov Gümrüdə yaşadığı mənzilin yataq otağında yerləşən qarderobun dəmir dirəyindən ayaqqabı ipi ilə özünü asaraq intihar edib.

*****

İyulun 4-də əsgər yeməkxanasının Marine adlı işçisi müqaviləli hərbi qulluqçu tərəfindən döyülüb. Xörəklərin keyfiyyətinin aşağı olması və onun miqdarından gileylənən taborun feldşeri Murad Badalyanla Marine arasında mübahisə baş verib. Qadının təhqirlərindən təngə gələn M.Badalyan xanımı döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Əsgər yeməkxanasının işçisi müayinə üçün tibb məntəqəsində göndərilib.

Əgər M.Badalyan barəsində rəsmi şikayət olunarsa, o cinayət məsuliyyətinə cəlb olunacaq. Hələlik hadisə hüquq-mühafizə orqanlarından gizlədilir.

8 İyul

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən zabitlər arasında kütləvi dava düşüb.

İşğalçı ordunun Madagizdə olan alayının zabitləri kapitan Armen Hayrapetyan, kapitan Erik Hayrapetyan, leytenant Armen Vartanyan və hələlik adları gizlədilən daha bir neçə zabit karantin rejimini pozaraq hərbi hissədən kənarda bir mülki sakinin evində keyf məclisinə toplaşıblar.

Lakin sonradan spirtli içinin təsirində aralarında baş verən mübahisə davaya keçib. Rabitə bölüyünün zabiti leytenant A.Vartanyan izahatında kapitanlar A.Hayrapetyan, E.Hayrapetyan və digər tanımadığı zabitlər tərəfindən döyüldüyünü bildirib. Rabitəçi zabit tibb məntəqəsinə yerləşdirilib.

12 iyul - 16 iyul

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan ordusu ölkəmizin mülki və hərbi obyektlərinə atəş açan düşmən ordusunun mövqelərinə cavab atəşi açdı. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirildi.

Şiddətli artilleriya döyüşlərində Ermənistan ordusu çoxsaylı itkilər versə də, onların sadəcə bir hissəsini ictimaiyyətə açıqladı. Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, gərgin döyüşlərdə Azərbaycan silahlı qüvvələrinin açdığı cavab atəşi nəticəsində Ermənistan ordusunun 2-si yüksək rütbəli olmaqla 4 hərbçisi məhv edilib, 36 erməni hərbi qulluqçu isə müxtəlif bədən xəsarətləri alıb. Azərbaycan Müdafiə Nazirliyi isə bu məlumatın yalan olduğunu bildirib. Nazirlikdən verilən məlumata görə, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Rəsmi olaraq adları açıqlanan məhv edilmiş erməni hərbçilər aşağıdakılardır:

1. Mayor Smbat Qabrielyan
2. Kapitan Sos Elbakyan
3. Kiçik serjant Smbat Qabrielyan
4. Kiçik serjant Qrişa Matevosyan

Döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı hərbi obyektləri məhv edilib. Müdafiə Nazirliyi məhv edilən hərbi obyektlərin bir neçəsinin video görüntülərini yayımlayıb. Döyüşlərdə Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı hərbi obyektləri məhv edilib. Müdafiə Nazirliyi məhv edilən hərbi obyektlərin bir neçəsinin video görüntülərini yayımlayıb. Döyüşlər zamanı Ermənistan ordusunun dayaq məntəqəsi, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatlar, artilleriya divizionunun idarəetmə məntəqəsi, tabor qərargahı, artilleriya qurğuları, hərbi hissə ərazisində avtomobil texnikası, hərbi nəqliyyat vasitəsi, səhra idarəetmə məntəqəsi, kazarma, uzunmüddətli atəş nöqtələri, PUA-ları məhv edilib. Düşmənin hərbi obyekt və texnikalarının məhv edilmə ardıcıllığına nəzər salaq:

13 İyul

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-ü günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

14 İyul

Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus PUA vurulub və düşmənin atəş mövqeyində yerləşən artilleriya qurğusu döyüş heyəti ilə birlikdə bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinə məxsus dayaq məntəqəsi bölmələrimizin dəqiq zərbəsi ilə darmadağın edilib.

Ermənistan silahlı qüvvələri bölmələrinin uzunmüddətli atəş nöqtəsi bölmələrimiz tərəfindən məhv edilib.

15 İyul

Ermənistan silahlı qüvvələrinə məxsus döyüş texnikası bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Bölmələrimizin dəqiq zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus növbəti bölüyün dayaq məntəqəsi darmadağın edilib.

Düşmən bölmələrinin digər uzunmüddətli atəş nöqtəsi də bölmələrimiz tərəfindən yerləyeksan edilib.

Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin səhra idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

16 İyul

Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmən PUA-sı dərhal aşkarlanaraq məhv edilib.

Düşmənin 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib

Ehtiyat qüvvələrini düşmənin döyüş mövqelərinə çatdıran avtomobil texnikası bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Bölmələrimizin sərrast zərbəsi ilə Ermənistan silahlı qüvvələrinə məxsus kazarma məhv edilib.

18 iyul

İyulun 18-də, saat 14:00 radələrində, Ermənistan ordusunun sıravi hərbi qulluqçusu Alik Norayr Manukyan (2000-ci il təvəllüdlü, 2019-1 çağırışlı, Vayots Dzor hərbi komissarlığı) güllə yarası ilə tapılıb. Erməni hərbi qulluqçu xəstəxanaya aparılarkən yolda ölüb.

21 iyul

İyulun 21-i Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) vasitəsilə gecə saat 00.30 radələrində cəbhənin Ağdam rayonu istiqamətində, səhər saat 08.45 radələrində isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dərhal aşkarlanaraq dəqiq atəşlə məhv edilib.

*****

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur.

O qeyd edib ki, düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır və görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun 2 hərbi qulluqçusu ağır yaralanıb.

22 iyul

İyulun 22-si axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib. Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

23 iyul

Tovuz istiqamətində təxribata cəhd edərkən yaralanan Ermənistan ordusunun hərbi qulluqçularından biri ölüb.

Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, nazirliyin Mərkəzi Klinik Hərbi Hospitalında iyulun 14-də ağır yaralanmış müddətli erməni hərbi qulluqçu, sıravi Artur Baqrat Muradyan (2001-ci il təvəllüdlü, İrəvanın 1 nömrəli hərbi komissarlığı) ölüb.

27 iyul

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində nizamnamədənkənar münasibətlər zəminində növbəti cinayət hadisəsi baş verib.

“Yeğniklər” adlandırılan alayın müşahidə məntəqəsində gecə yarısı növbə başçısının növbədə olan əsgərlə başladığı mübahisə sonradan davaya çevrilib.

Nəticədə növbə başçısı tərəfindən amansızlıqla döyülən hərbi qulluqçu Daviq Hakopyan müxtəlif bədən xəsarətləri alıb.

Post başçısının izahatında davanın əsgərin günahından baş verdiyini qeyd etsə də taqımın əsgərləri hərbi qulluqçu D.Hakopyanın daima kiçik komandir tərəfindən qərəzli şəkildə təhqirlərə və təqiblərə məruz qaldığını deyirlər.

Hadisə komandanlıq tərəfindən hüquq-mühafizə orqanlarından gizlədilir.

*****

İyulun 27-də, saat 01:10 radələrində Ermənistanın şimal-şərq istiqamətində yerləşən hərbi hissələrdən birinin döyüş mövqeyində müqaviləli erməni hərbi qulluqçu Aşot Gevorq Mikayelyan aldığı güllə yarasından ölüb.

Məlumata görə, ölən hərbi qulluqçu kapitan rütbəsindədir. Digər bir nəfər adı gizlədilən hərbçi isə ağır yaralıdır.

*****

İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində xidmət edən İrəvan şəhərindən hərbi xidmətə çağırılaraq Qarabağa göndərilən əsgərin qeyri-qanuni həbs ilə bağlı qalmaqal yaşanıb.

Əsgərin valideynləri hadisəni öyrəndikdən sonra övladlarının günahsız yerə həbs edildiyi barədə Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə müraciət etməsi qalmaqala səbəb olub.

Həbs edilən hərbi qulluqçu Tiqran Qalustyan 6-cı bölüyün əsgəridir və hazırda hərbi polisin təcridxanasında saxlanılır.

Valideynlərinin şikayətindən sonra hərbi prokurorluğun müstəntiqi izahat almaq üçün əsgər T.Qalustyanın saxlandığı təcridxanaya göndərilib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin 4 zabiti avtomobil qəzasında xəsarət alıb.

Fərarilik edən zabitlər Vartan Arakelyan, Artur Danelyan, Andranik Santryan və Ararat Atoyan avtomobil qəzasında xəsarət aldıqları üçün mülki xəstəxanaya çatdırılıblar.

Sonradan onların Ermənistan ordusunun zabitləri olduqları ortaya çıxdığı üçün hərbi qulluqçular hərbi hospitala təxliyə edilib.

Xəbəri verən iddia edir ki, erməni zabitlər Tovuz rayonu istiqamətində gedən döyüşlərə cəlb ediləcəklərini bildikdən sonra, onlar zabitlərdən birinin şəxsi avtomobili ilə xidmət yerini icazəsiz tərk edib gedərkən yolda qəzaya uğrayıblar.

Fakt ciddi-cəhdlə ictimaiyyətdən gizlədilsə də, hərbi polis tərəfindən fərarilik edən zabitlər barəsində cinayət işi açılıb araşdırma aparılır.

*****

İşğalçı Ermənistanın silahlı qüvvələrinin bölmələrindən birində baş verən hadisə zamanı daha 2 erməni əsgəri yaralanıb.

2019-cu ilin birinci yarısında hərbi xidmətə çağırılan mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu Bedros Qarabedyan guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində əl nahiyəsindən ağır xəsarət alıb və onun yaxınlığında olan 5-ci alayın digər əsgəri D.Seto isə üz nahiyəsindən yaralanıb.

Komandanlıq yaralanan hərbi qulluqçuların guya təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət aldıqlarını desə də, məlumatı verən iddia edir ki, hər iki hərbi qulluqçu Tovuz istiqamətində gedən döyüşlərdə yaralanıb. Əgər nəzərə alsaq ki, Ermənistan müdafiə nazirliyi Tovuz istiqamətində həlak olan iki zabitin də mühəndis-istehkam taborunda xidmət etdiyini bildirmişdi, onda iddiaların əsassız olmadığı ortaya çıxır.

29 iyul

Ermənistan ordusunun təxribata cəhd edən daha bir müqaviləli hərbi qulluqçusu yaralanıb. Məlumatı Tavus vilayətinin Nerkin Karmirağbyur kəndinin başçısı Levon Arakelyan təsdiqləyib. Onun sözlərinə görə, təxribata cəhd edən hərbi qulluqçu Nerkin Karmirağbyur kəndindəndir.

Məlumata görə, təxribata cəhd edən erməni hərbi qulluqçu 26.05.1981 təvəllüdlü Manvel Albert Qahramanyandır.

*****

İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

30 iyul

Ağdərə yaşayış məntəqəsindəki hərbi hissədə xidmət edən işğalçı düşmən ordusunun hərbi qulluqçusu David Tamrazyan əsgərlər tərəfindən döyülüb. “Qarabağlılar” tərəfindən vəhşicəsinə döyülən erməni əsgər D. Tamrazyan ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib. Komandanlıq faktı ictimaiyyətdən və hərbi qulluqçunun ailə üzvlərindən gizlədir.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində mübahisə zəminində əsgər xidmət yoldaşının üzərinə akkumulyator turşusu tökməklə xəsarət yetirib. Ağdərə yaşayış məntəqəsində yerləşdirilən işğalçı ordunun hərbi hissələrindən birində xidmət edən hərbi qulluqçu təcili olaraq hərbi hospitala yerləşdirilib.

Hərbi qulluqçu Aram Avakyan həkimlərə yemək qazanının aşdığı üçün bədinin müxtəlif yerlərinin yandırdığını desə də, həkimlər müayinə zamanı bunun yalan olduğunu anlayıblar. Faktla bağlı aparılan araşdırma zamanı hərbi polisin müstəntiqinə izahatında A. Avakyan xidmət yoldaşının mübahisə zamanı onun üzərinə akkumulyator turşusu atdığını boynuna alıb.

Hadisə komandanlıq tərəfindən ictimaiyyətdən gizlədilsə də, hərbi polis araşdırmasını davam etdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Hesabat   Ermənistan   İtkilər  

Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 8185     11:13     31 İyul 2020    