Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə tutub

2020/07/ordu-1594708768.jpg
Oxunub: 3423     08:01     16 İyul 2020    
Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində vəziyyət yenidən gərginləşib.

Ordu.az Qərb bürosu xəbər verir ki, bu barədə hazırda hadisə yerində olan millət vəkili Arzu Nağıyev məlumat verib..

Millət vəkili bildirib ki, gecə saat 04 radələrindən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun kəndlərini ağır artilleriyalarla atəşə tutub.

"Ermənilər rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndlərini atəşə tutmaqda davam edir. Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşüb. Mərminin ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahədə köməkçi tikilini dağıdıb. Vətəndaşlar arasında heç bir panika yoxdur, vəziyyət gərgin olaraq qalır.

Ermənilər əsasən Ağdam kəndini intensiv atəşə tutub. Mülki əhali arasında itki yoxdur. Azərbaycan Ordusunun bölmələri vəziyyətə nəzarət edir", - deyə o qeyd edib.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz   Artilleriya  


Ermənilər Tovuzda 4 kəndi artilleriyalardan atəşə tutub

2020/07/ordu-1594708768.jpg
Oxunub: 3424     08:01     16 İyul 2020    
Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində vəziyyət yenidən gərginləşib.

Ordu.az Qərb bürosu xəbər verir ki, bu barədə hazırda hadisə yerində olan millət vəkili Arzu Nağıyev məlumat verib..

Millət vəkili bildirib ki, gecə saat 04 radələrindən Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun kəndlərini ağır artilleriyalarla atəşə tutub.

"Ermənilər rayonun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacalı kəndlərini atəşə tutmaqda davam edir. Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşüb. Mərminin ikisi dinc əhalinin yaşadığı əraziyə düşüb. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə digər həyətyanı sahədə köməkçi tikilini dağıdıb. Vətəndaşlar arasında heç bir panika yoxdur, vəziyyət gərgin olaraq qalır.

Ermənilər əsasən Ağdam kəndini intensiv atəşə tutub. Mülki əhali arasında itki yoxdur. Azərbaycan Ordusunun bölmələri vəziyyətə nəzarət edir", - deyə o qeyd edib.

Cümşüd Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tovuz   Artilleriya  


Bizi "telegram"da izləyin