Erməni politoloq: "Ermənistanda informasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb"

2020/07/Axasi-1594666058.jpg
Oxunub: 906     22:35     13 İyul 2020    
"Hərbi əməliyyatların informasiya təhlükəsizliyi funksiyası ölkənin ən vacib təhlükəsizlik tədbirlərindəndir".

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Ağasi Yenokyan öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, vaxtilə bu məsələ ilə prezident administrasiyası yanında informasiya-analitik dövlət qeyri-kommersiya təşkilatı məşğul olurdu.

"İndi bu dövlət qeyri-kommersiya təşkilatı feyklər yetişdirməklə, yanlış məlumat və söyüşlər yaymaqla məşğuldur.

İnformasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb, çünki vasitələr arasında ayrıseçkilik qoymadan müxalifləri susdurmaq hökumət üçün daha məqbuldur", - deyə erməni politoloq bildirib.

Yenokyan yazıb ki, beynəlxalq sahədə Ermənistanın tamamilə məğlub olduğunu qeyd etmək lazımdır.

"GUAM Ermənistanı günahlandırır, ATƏT-in Minsk qrupu hər iki tərəfi günahlandırır, KTMT fövqəladə iclas çağırmaq istəyir, lakin səbəbləri izah etmədən təxirə salır. Axmaqlıqlarla məşğul olduğunuzu, vaxtınızı absurd şeylərə sərf etdiyinizi nəhayət başa düşə bilərsiniz", - deyə erməni politoloq qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan  

Erməni politoloq: "Ermənistanda informasiya təhlükəsizliyinin vacib bir cəbhəsi açıq qalıb"

2020/07/Axasi-1594666058.jpg
Oxunub: 907     22:35     13 İyul 2020    