Ukrayna XİN Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliklə bağlı rəsmi bəyanat yayıb

2020/07/15946-1594663039.jpg
Oxunub: 1001     21:45     13 İyul 2020    
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan sərhədində yaranmış gərginliklə bağlı rəsmi bəyanat yayıb.

Ordu.az Ukrayna XİN-in rəsmi saytına istinadən xəbər verir ki, rəsmi Kiyev bəyanatda Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edir.

Ukrayna hesab edir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüququn qəbul olunmuş prinsip və normaları, habelə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllini tapmalıdır.

“Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır”, - deyə bəyanatda qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Azərbaycan  

Ukrayna XİN Azərbaycan və Ermənistan sərhədində yaranan gərginliklə bağlı rəsmi bəyanat yayıb

2020/07/15946-1594663039.jpg
Oxunub: 1002     21:45     13 İyul 2020    