Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng edib

2020/07/cfb73-1594658543.jpg
Oxunub: 793     20:41     13 İyul 2020    
Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı və erməni həmkarları – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Söhbət zamanı D.Zalkaliani Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlikdən və itkilərdən dərin narahatlığını ifadə edib.

Nazir qeyd edib ki, tərəflər arasında gərginlik azaldılmalı, hərbi əməliyyatlar dayandırılmalı və barışığa nail olunmalıdır.

XİN başçısı beynəlxalq səylərlə qısa vaxt ərzində gərginliyin aradan qaldırılacağına ümidvar olduğunu deyib. O, bunun bölgədə sülh və sabitliyin təmin olunması üçün önəmini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Azərbaycan  

Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng edib

2020/07/cfb73-1594658543.jpg
Oxunub: 794     20:41     13 İyul 2020    