Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

2020/04/image-1588155432.jpg
Oxunub: 898     18:09     13 İyul 2020    
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir.

Qeyd olunub ki, iyulun 13-də Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub. Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb.

Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həm Bakı, həm də İrəvanla təmaslarda vasitəçilik missiyasını yerinə yetirməyi davam edəcəyi vurğulanıb. Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyi də qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lavrov   Bəyanat  

Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb

2020/04/image-1588155432.jpg
Oxunub: 899     18:09     13 İyul 2020    