İtaliya parlamentinin deputatları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

2020/07/Itali-1594648956.jpg
Oxunub: 963     17:35     13 İyul 2020    
İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

Ordu.az -ın xəbərinə görə, İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir ki, Avropanın kandarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur.

“1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları əngəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”, - deyə V. Petroçellinin bəyanatında vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

İtaliya parlamentinin deputatları Ermənistanın təxribatını pisləyən bəyanatlar veriblər

2020/07/Itali-1594648956.jpg
Oxunub: 964     17:35     13 İyul 2020    