Ermənistana geniş miqyasda layiq olduğu cavabın verilməsi üçün ən uyğun məqamdır - HƏRBİ EKSPERT

2020/06/2850f-1592816292.jpg
Oxunub: 10685     17:52     13 İyul 2020    
Azərbaycan sərhədlərində Ermənistanən törətdiyi təxribat nəticəsində döyüş əməliyyatlarının bərpa olunması ilə bağlı müraciət edən Ermənistanın tələbi əsasında keçirilməli olan KTMT-nin növbəti iclasından əvvəl Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədində gərginliyin kəskin artmasından ciddi narahatlığını ifadə etdi. Lakin bu açıqlama strateji bir tərəfdaşın çətin anda müttəfiqinə verdiyi dəstəkdən daha çox neytral dövlətin hansısa sıradan hadisəyə göstərdiyi loyal münasibətə bənzəyirdi. KTMT-də Rusiyanın çəkisini nəzərə alsaq, bu gün qəbul ediləcək qərarın Rusiya mövqeyindən fəqlənməyəcəyi, bəzi üzvlərin, məsələn Belarus və Qazaxıstanın isə Ermənistanın işğalçılıq siyasətinin regionda qeyri-sabitlik faktoru kimi vurğulaması mümkündür.

KTMT iclasından əvvəl Türkiyə Prezidentinin mətbuat xidmətinin katibi İbrahim Qalın isə Türkiyənin daim Azərbaycana dəstək veriəcəklərini bir daha vurğulayıb. Bu bəyanat həm də KTMT üzvü olan türkdilli dövlətlərə bir xatırlatma məqsədli bir işarə də ola bilər. İstənilən halda Azərbaycan ərazilərinin işğal faktının onilliklərlə davam etməsi, milyon nəfərə yaxın insanın doğma yurd-yuvasında yaşaya bilməməsi, son iki ildə isə Ermənistanın hər cür təxribata əl atması, xüsusilə mövqelərimizə hücum edərək hərbi qulluqçularımızı həlak etməsi ilə bağlı son hadisələr həm dövlətin, həm də ictimaiyyətin səbr kasasının daşmasına səbəb oldu. Bütün bunlar isə Silahlı Qüvvələrimizin cavab tədbirlərini daha da genişləndirməsini zəruri etdi. Xatırladıram ki, Təhlükəsizlik Şurasının bugünkü iclasında dövlət başçısı hərbçilərimizin qisasının alındığını, bundan sonra da alınacağını və düşmənə yenidən öz yerinin göstəriləcəyini bildirdi.

Son anda isə planlaşdırılan KTMT iclasının təxirə salınğı məlum oldu. Bu isə bir daha işğalçı Ermənistanın qurumdakı nüfuzunun səviyəsindən xəbər verir. Nəzərə alsaq ki, dövlət sərhəddinin bu istiqamətində erməni tərəfi heç bir əsas olmadan hücuma keçiblər, Rusiya bu məsələdə qismən loyal görünür, KTMT toplanmaq istəmir, İran bitərəf qalıb, Türkiyə isə birmənalı olaraq həmişəki kimi rəsmi Bakını dəstəkləyir, o zaman pandemiya və iqtisadi problemlərlə üz-üzə qalan Ermənistana geniş miqyasda layiq olduğu cavabın verilməsi üçün ən uyğun məqamdır. Düşünürəm ki, Odumuz bu tarixi imkandan artıqlaması ilə faydalanaraq hər birimizin sinəsini qabardacaq.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

Ermənistana geniş miqyasda layiq olduğu cavabın verilməsi üçün ən uyğun məqamdır - HƏRBİ EKSPERT

2020/06/2850f-1592816292.jpg
Oxunub: 10686     17:52     13 İyul 2020    