Erməni kənd başçısı: “Mövqelərarası zonada atışmalar hələ davam edir”

2020/07/Untit-1594640082.jpg
Oxunub: 1020     15:32     13 İyul 2020    
“Kənddə hazırda vəziyyət sakitdir, lakin mövqelərarası zonada atışmalar hələ davam edir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin təmas xəttinə yaxın olan Movses icmasının rəhbəri Artak Papyan bildirib.

O qeyd edib ki, sakinlərə heç bir zərər dəyməyib, hər şey normaldır.

Sərhəddə gərginliyin davam etməsi fonunda Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkə paylaşımları ciddi tənqidlərə məruz qalıb.

Erməni ekspert Vardan Voskanyan öz “Facebook” səhifəsində yazıb ki, Paşinyan Azərbaycan mediasının məlumatına istinad verib.

“Səhifəni kim idarə edir? Mümkün qədər cəld uzaqlaşdırın”, - deyə o qeyd edib.

Erməni siyasi şərhçi Menua Harutyunyan öz “Facebook” səhifəsində yazıb:

“Atan torpaq götürür, bu torpağı təmizləyir, katlava qazır və daşdan ev tikir, bu evi bəzəyir və təchiz edir, sən isə gəlib sıfırdan qurulmuş bu evin mətbəx əşyalarını dəyişirsən və bildirirsən ki, bu evi təməldən sən qurmusan və atan sənə ev verməyib. Nikol bu ordunu quran oğlanları həmişə tənqid edib, indi isə qurulmuş ordunun mətbəx əşyalarını və qida sisteminin kiçik bir hissəsini dəyişib və deyir ki, bu ordunu mən qurmuşam və əvvəlkilər heç bir qəpik qoymayıblar”.

Ermənistanın “Adekvat” ictimai təşkilatının “Facebook” səhifəsində paylaşılan videoda da Paşinyandan narazılıq edilib.

“Bu lazımsızı kim gətirdi, başımızda oturtdu? Anormal artıq Ermənistanı yedi”, - deyə videoda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Erməni kənd başçısı: “Mövqelərarası zonada atışmalar hələ davam edir”

2020/07/Untit-1594640082.jpg
Oxunub: 1021     15:32     13 İyul 2020    