KTMT-in münaqişəyə hərbi müdaxiləsi gözlənilmir

2019/05/timth-1559200815.jpg
Oxunub: 1190     15:04     13 İyul 2020    
Səhər saatlarında Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni Baş katibi Stanislav Zas ilə telefon danışığı keçirib. Danışıqların mövzusu açıqlanmasa da, Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyə çalışdığı şübhəsizdir. Təşkilatın yaxın saatlarda iclası keçiriləcək. Bu iclasda KTMT-nin işğalçı Ermənistanı tam tərkibdə qınayacağı gözlənilmir, lakin hər iki münaqişə tərəfi atəşkəs rejiminə riayət edən bəyanat səsləndirə bilər. KTMT-in münaqişəyə hərbi müdaxiləsi gözlənilmir. Digər tərəfdən isə KTMT-də bəzi üzvlərin Ermənistanı qınayacaq bəyanatlar da səsləndirməsi mümkündür.

Azərbaycan on illərlə işğal faktına göz yuman heç bir təşkilatın bəyanatını nəzərə almamalı, Ermənistanın təxribatlarına dair əlimizdə olan faktları onlara təqdim etməklə, Ordumuzun planlaşdırdığı əməliyyatları tam sürəti və həcmi ilə həyata keçirməlidir. Bu münaqişənin ortaq xəttinin tapılması, sülh yolu ilə nizamlanması artıq mümkün deyil.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da tərəfləri təmkinli olmağa çağırmaqla kifayətlənib. Artıq Avropanın da bu məsələdə tərəflərə ciddi təzyiq etmək niyyətində olmadığı hiss edilir.

Bir daha vətəndaşlarımızdan təmkinli olmağa, rəsmi məlumatlara etibar etməyə, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizə dəstək olmağa, müqəddəs vəzifələrin yerinə yetirməkdə onlara yardımçı olmağa və belə bir həssas məqamda bayraq və ordumuzun ətrafında daha sıx birləşməyə dəvət edirik. Hazırda əsgərimizin yeganə ehtiyacı olduğu məqam, mənəvi dəstəkdir, o isə bizlərdən asılıdır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KTMT   Paşinyan   Tovuz  

KTMT-in münaqişəyə hərbi müdaxiləsi gözlənilmir

2019/05/timth-1559200815.jpg
Oxunub: 1191     15:04     13 İyul 2020    