Prezident İlham Əliyev: "Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər"

2020/07/15946-1594636336.jpg
Oxunub: 803     14:30     13 İyul 2020    
"Birinci dəfə deyil ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar törədilir. Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur. Dünən günorta saatlarında onların növbəti təxribatı nəticəsində bir neçə hərbçimiz həlak olmuşdur. Qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bu çirkin əməl nəticəsində hərbçilərimiz həlak olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət etsin, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm”.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

Dövlətimizin başçısı bildirib ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib: "Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İlham-Əliyev   Azərbaycan  

Prezident İlham Əliyev: "Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyiblər"

2020/07/15946-1594636336.jpg
Oxunub: 804     14:30     13 İyul 2020    