Türkiyə M60T tanklarının modernləşdirmə işlərini başa çatdırıb

2020/07/FIRAT-1594622843.jpg
Oxunub: 947     19:58     13 İyul 2020    
Türkiyə Quru Qoşunlarının inventarında olan M60T tanklarının modernləşdirmə işləri başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir məlumat verib.

Bildirilir ki, “Fırat” layihəsi çərçivəsində modernləşdirilən M60T tankları yeni texnologiya və imkanlarla təchiz edilib.

İsraildə modernləşdirilən tanklara müxtəlif xəbərdarlıq və görüntüləmə sistemləri quraşdırılıb.

Demir qeyd edib ki, M60 tankından başqa inventardakı “Leopard” tanklarının da modernləşdirmə prosesi davam edir.

2017-ci ilin may ayında başlayan “Fırat” layihəsi Türkiyə Silahlı Qüvvələrinin inventarındakı əsas döyüş tanklarını tank əleyhinə təhdidlərə və terror ünsürlərinə qarşı daha effektiv şəkildə qorumaq üçün onların modernləşdirilməsini nəzərdə tutur. Layihə çərçivəsində 169 ədəd M60T tankının modernləşdirilməsi həyata keçirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə M60T tanklarının modernləşdirmə işlərini başa çatdırıb

2020/07/FIRAT-1594622843.jpg
Oxunub: 948     19:58     13 İyul 2020    