Culfada hərbi hissəyə sovqat aparılıb

2020/07/15944-1594463709.jpg
Oxunub: 2124     14:33     11 İyul 2020    
Culfa Rayon İcra Hakimiyyəti tərəfindən iməciliklər yolu ilə salınmış bağlardan 400 kiloqram ərik, 500 kiloqram alma və 180 kiloqram alça “N” saylı hərbi hissəyə, 110 kiloqram ərik, 170 kiloqram alma və 40 kiloqram alça yığılaraq sərhəd zastavasına təhvil verilib. Ümumilikdə, hərbçilərimizə tədarük olunmuş 1400 kiloqram meyvə sovqatı aparılıb.

Ordu.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Elmar Həsənov çıxış edərək əsgərlərlə həmrəylik nümayiş etdirilməsinin, onlara sovqatların aparılmasının xalqımızın öz ordusuna olan sevgi və ehtiramının daha bir ifadəsi olduğunu bildirib.

Qeyd edib ki, Azərbaycan əsgəri də onun arxasında qüdrətli Azərbaycan dövləti və xalqı dayandığına görə fəxr edir.

Zabit Vüsal İsgəndərov və əsgər Nicat Məmmədov göstərilən diqqət və qayğıya görə hərbi hissənin şəxsi heyəti adından öz minnətdarlıqlarını bildiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Culfa   Sovqat  

Culfada hərbi hissəyə sovqat aparılıb

2020/07/15944-1594463709.jpg
Oxunub: 2125     14:33     11 İyul 2020    