Daşnaksütun rəsmisi: “Ermənistanda fövqəladə vəziyyətin uzadılması siyasi motivasiyaya malikdir”

2020/07/Dfl-1594453357.jpg
Oxunub: 2041     12:52     11 İyul 2020    
“İnsanları maska taxmağa məcbur etmək üçün fövqəladə vəziyyət elan etmək lazım deyil. Hər hansı fövqəladə addım görmürük, yalnız maska taxmaq məcburiyyəti var, bu, çox azdır”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Daşnaksütun ali orqanının üzvü Artur Xaçatryan Ermənistanda fövqəladə vəziyyətin mümkün uzadılmasına toxunarkən deyib.

Onun sözlərinə görə, Ermənistanda fövqəladə vəziyyət müddətində koronavirusun yayılma templəri azalmır, necə idisə, elə qalıb və səbəb Ermənistan hakimiyyətinin pandemiyaya qarşı effektiv mübarizə üçün hər hansı addım atmamasıdır.

“Fövqəladə vəziyyətin uzadılması siyasi motivasiyaya malikdir, hakimiyyət bu müddət ərzində geniş ictimai müzakirələr olmadan vacib qanunvericilik dəyişiklikləri etdi”, - deyə Xaçatryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Daşnaksütun  

Daşnaksütun rəsmisi: “Ermənistanda fövqəladə vəziyyətin uzadılması siyasi motivasiyaya malikdir”

2020/07/Dfl-1594453357.jpg
Oxunub: 2042     12:52     11 İyul 2020    