Ukrayna ordusuna “Spectator-M” PUA-ları təhvil verilib

2020/07/62357-1594449144.jpg
Oxunub: 2160     13:13     11 İyul 2020    
Ukraynanın “Ukroboronprom” dövlət konsersinin tərkib hissəsi olan “Meridian” ASC “Spectator-M” pilotsuz uçuş aparatlarının ilk partiyasının təmirini vaxtından əvvəl yerinə yetirib.

Ordu.az xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konserninin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, karantin dövründə xüsusi iş rejiminə baxmayaraq, şirkət müqavilə öhdəliklərini planlaşdırdığından 4 ay əvvəl yerinə yetirib.

PUA-lar artıq döyüş tapşırıqları üçün Ukraynanın Müdafiə Nazirliyinə təhvil verilib.

PUA-lar Ukrayna Müdafiə Nazirliyi və Ukraynanın Sərhəd Xidməti tərəfindən sərhədlərin izlənməsi, axtarış-xilasetmə işlərinin aparılması, su və meşələrin monitorinqi, havadan fotoşəkillərin çəkilməsi və s. üçün istifadə ediləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   PUA   Spectatot  

Ukrayna ordusuna “Spectator-M” PUA-ları təhvil verilib

2020/07/62357-1594449144.jpg
Oxunub: 2161     13:13     11 İyul 2020    