Donbasda Ukrayna ordusunun 1 hərbi qulluqçusu ölüb, 3-ü yaralanıb

2020/03/630_3-1584354173.jpg
Oxunub: 2261     10:25     11 İyul 2020    
Ukraynanın Donbas vilayətində fəaliyyət göstərən separatçı qüvvələr sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozublar.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Birləşdirilmiş Qüvvələr Əməliyyatının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, separatçılar atəşkəsi Minsk müqavilələri ilə qadağan edilmiş 120 və 82 mm-lik minaatanlardan, o cümlədən müxtəlif çaplı qumbaraatanlardan, iriçaplı pulemyotlardan və kiçik silahlardan atəş açmaqla pozub.

Atəşkəsin pozulması nəticəsində Ukrayna ordusunun 1 hərbi qulluqçusu həlak olub, 3-ü yaralanıb.

Mətbuat xidməti bildirib ki, kəşfiyyat məlumatlarına görə, atəşkəsi pozan separatçılardan 3-ü öldürülüb, daha 3-ü yaralanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Donbas   Ukrayna  

Donbasda Ukrayna ordusunun 1 hərbi qulluqçusu ölüb, 3-ü yaralanıb

2020/03/630_3-1584354173.jpg
Oxunub: 2262     10:25     11 İyul 2020    