Qarabağ münaqişəsi ətrafında yeni gərginlik yetişir? - EKSPERTLƏR

2020/07/herbi-4783124667.jpg
Oxunub: 23471     15:36     10 İyul 2020    
Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın münaqişəsinin hərbi həllinin ola biləcəyinə işarə edərək ATƏT-in Minsk qrupunu tənqid edib.

Rus hərbi analitik Pavel Felqenqauer bildirib ki, hərbi əməliyyatlar ola bilər, məhz bu səbəblə ATƏT-in Minsk qrupunun həmsədrləri nəsə etməyə çalışırlar, lakin əsaslı bir prosesin olmaması göz qabağındadır.

“Ermənistan Dağlıq Qarabağı (qondarma qurum-red.) danışıqlar masasına daxil etmək istəyir, bu, Azərbaycan tərəfindən qəbul olunmayacaq və çıxılmaz vəziyyət yaranır”, - deyə Felqenqauer bildirib.

Rus politoloq Aleksandr Skakovun sözlərinə görə isə hazırkı vəziyyətin Azərbaycan Prezidentini qane etmədiyi aydındır, o, son dövrlər sərt bəyanatlar verir və verməyə davam edəcək.

“Müharibə ehtimalı var, lakin konkret olaraq bu anda, bu mərhələdə yox, düşünürəm ki, bəyanatlar səviyyəsində təzyiq göstərməyə gedəcək, qızğın hərbi əməliyyatlar üçün ən yaxşı an deyil”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan   Rusiya   Ermənistan  

Qarabağ münaqişəsi ətrafında yeni gərginlik yetişir? - EKSPERTLƏR

2020/07/herbi-4783124667.jpg
Oxunub: 23472     15:36     10 İyul 2020    