Paşinyan və müharibə?

2020/04/2132-1587378555.jpg
Oxunub: 3501     16:44     10 İyul 2020    
“Məlum olduğu kimi, Paşinyan 2016-cı ilin Aprel müharibəsində iştirak edib, amma may ayında. İştirak edib və cəsur əsgər Şveyk kimi döyüşüb. Rəqiblə çiyinindəki avtomat silah və əlindəki kürəklə torpağa qarşı döyüşərək, təmas xəttindən kilometrlərlə uzaq ərazidə xəndəklər qazıb”.

Ordu.az xəbər verir ki, bu,Ermənistanın “7or.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif yazır ki, indi o, ölkə daxilində xəndəklər qazır və xalqı bölür. Nikol koronavirus müharibəsindəki məğlubiyyətinə görə xalqı günahkar təyin etmək istəyir.

“Yeri gəlmişkən, koronavirus “müharibəsi” Nikol Paşinyanın əsl müharibə vəziyyətində necə davranacağını göstərdi. “Xalqın baş naziri”nin görünməyən düşmənə qarşı müharibədə necə davrandığını nəzərə alaraq, görünən düşmənə qarşı müharibədə nələrin baş verə biləcəyini anlamağa çalışaq.

Müharibə kimin itidir?

Ermənistan Konstitusiyasına görə, müharibə zamanı Baş nazir Silahlı Qüvvələrin Ali Baş Komandanı olur. Baş nazirin kim olduğunu biləndə, dəhşət filmi məhz bu andan başlayır. Bütün bunları nəzərə alaraq, düşmən hücumu və ön xətt qüvvələri ərazimizə girən kimi, “xalqın baş naziri” müharibə kimin itidir ki, hələ bir bizim planlarımızı da dəyişdirsin deyə bəyan edərək, Robert Köçəryanın cinayət işinin öz ürəyincə olmayan hakimlərin əlinə keçməməsi üçün Konstitusiya Məhkəməsini ələ keçirmək planını həyata keçirməyə davam edəcək.

Düşmən irəliləməyə davam edəcək, Nikol isə biznesdən təbliğat üçün reketçilik yolu ilə pul qoparmaq və nifrət dolu sözlər yaymaqla, Konstitusiyanı dəyişdirmək istiqamətində referendum məsələləri ilə məşğul olmağa davam edəcək.

“Bu döyüşdür, normal bir döyüşdür. Heç kim düşmənin yaxşı bir şey olduğunu, güllənin təhlükəli olmadığını demir, amma lazımsız çaxnaşma yaymağa ehtiyac yoxdur, ən əsas olan referendumdur. Özümüzü düşmən mərmilərindən, raketlərindən və güllələrdən qorumağın heç bir mənası yoxdur, onlardan qorxmamalıyıq və hətta uşaqlarımızı mərmi və raketlərin atıldığı ərazilərə göndərməyə hazırıq ki, heç bir problemin olmadığına əmin olasınız ... Biz Əliyevgilin güllələrini cımbızla (pinset) tutacağıq və ev arağı ilə zərərsizləşdirəcəyik, əziz insanlar, siz, fikir etməyin, sadəcə gedib referenduma “hə” deyin”, - müharibə əməliyyatları zamanı Nikolgil belə deyəcəklər. Paşinyan müharibəyə, onun başlamasından iki həftə sonra reaksiya verəcək, amma praktiki olaraq heç bir şey etməyəcək, çünki mükəmməl bir həvəskar və bacarıqsızdır.

Rəqib irəliləyəcək, Nikolgil isə bütün müdafiə strategiyasını metal “kaska” taxmaq üzərində quracaqlar. “Kaska taxın və həyatları xilas edin. Taxın ki, taxaq”, - deyə Nikol “Live”larında bəyan edəcək.

Nikol, “Tavuş” kooperativinin istehsal etdiyi metal şapkaları küçədə paylamağa başlayacaq və hər gün ardıcıl olaraq, məğlubiyyətlərə görə “kaska” taxmamaqda və “duxov” olmamaqda xalqı günahlandıraraq, itkilərimizi açıqlayacaq.

“Yaxşı, deyək ki, bu günlərdə baş verən ərazi və insan itkiləriə görə günahkaram, bəs Suriyada baş verənlərə görə kim günahkardır?”, - deyən Paşinyan gündəlik mətbuat konfranslarında demaqoq şəkildə etdiyi çıxışlarında özünə haqq qazandırmaqla, yalnız “kaska” geyinməklə düşmənə qarşı döyüşə biləcəyik, deyən media qurumlarını da tənqid etməyi unutmayacaq.

Arsen Torosyan da dünyada orta hesabla bu qədər insanın öldüyünü və hərbi əməliyyatlardakı itkilərimizin də koronavirus müharibəsi illərindəki dünyada ortalama insan itkisinin sayından fərqli olmadığını, odur ki, hər şeyin yaxşı olduğunu, hər şeyin norma daxilində olduğunu və hər şeyin nəzarət altında saxlanıldığını deyəcək.

Arsen başqa şeylər də deyəcək.

“Səhiyyə sistemimizin yaralıların sayına tab gətirə bilməsi üçün “kaska” geyinməliyik, evdəki soyuq silahları dezinfeksiya etməyi və düşməndən sosial bir məsafəni saxlamağı unutmamalıyıq”, - deyə müharibə zamanı Müdafiə naziri təyin olunmuş Torosyan deyəcək. Təbliğat məqsədi ilə həmin vaxt Nikol hətta düşmən mərmisi ilə yaralana, ancaq koronavirus zamanı olduğu kimi çox tez sağala bilər. Əsas məsələ təbliğatdır.

Yuxarıda təsvir olunan ssenari ilə qarşılaşmamaq və dövləti itirməmək üçün Nikol hökuməti rədd edilməli və normal bir hökumət qurulmalıdır”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran  

Paşinyan və müharibə?

2020/04/2132-1587378555.jpg
Oxunub: 3502     16:44     10 İyul 2020    