Paşinyan Putini qorxutmağa çalışır?| Ruslar buna əhəmiyyət verməməyə davam edirlər

2020/07/32132-1594368148.jpg
Oxunub: 2808     11:36     11 İyul 2020    
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası hakimiyyətinin ən az neytral münasibətinə layiq olmağın yollarını axtarmağa davam edir. Paşinyan üçün Ermənistanda böyük iqtisadi və siyasi təsir gücünə sahib olan güc mərkəzinin onun hökumətinə laqeyd və ya düşmən münasibətdə olmaması həyati vacib əhəmiyyət daşıyır.

Bütün təşəbbüslərində olduğu kimi, bu dəfə də Paşinyan qarşısına qoyduğu məqsədə çatmaq üçün ən səmərəsiz və təhlükəli yolu seçib. Paşinyan şantaj dili ilə ruslarla münasibətləri normallaşdırmağa çalışır.

Paşinyan, bölgədəki yeganə Rusiya hərbi bazasının yerləşdiyi, Qafqazdakı yeganə dayağı olan bir ölkədə güclü anti-Rus dalğasını qaldıra biləcəyini ruslara anlatmağa çalışır. Buna işarə edən amillər çoxdan başlamışdı və indi konkret tədbirlər görülür. Məhz bu kontekstdə ekspertlər İctimai Televiziyanın ekranında ABŞ-ın agenti hesab olunan Navalnının video mesajının görünməsini təsadüfi hesab etmirlər. Videoda Navalni şəxsən Rusiya Prezidenti Vladimir Putini hədəfə alaraq, Rusiyada konstitusiya islahatlarının Putinin hakimiyyətini uzatmaq adı altında aparıldığını bəyan edib.

İnformasiya şantajı ilə yanaşı Paşinyan Rusiya hakimiyyətini, xüsusən də ona məhəl qoymayan Prezident Putini siyasi proseslər yolu ilə ləkələməyə, qorxutmağa çalışır. Bu məqsədlə, anti-rus və Amerika agenti sayılan millət vəkili Arman Babacanyanın qurduğu “Respublika naminə” təşəbbüs qrupu hakimiyyət tərəfindən geniş dəstək alır. Təşəbbüs qrupunun Paşinyanın məsləhəti ilə qurulduğu barədə məlumatlar var. Məqsəd Rusiya hakimiyyətinə Ermənistanda Paşinyan və onun komandasından daha çox anti-rus siyasi vahidin olduğunu və mövcud hakimiyyət orqanları ilə münasibətlər normallaşdırılmasa, hakimiyyətin həddindən artıq anti-rus müxalifət qrupuna keçəcəyinin istisna edilmədiyini göstərməkdir.

Ancaq Paşinyan bir şeyi nəzərə almayıb, Rusiyanın hazırkı prezidenti KQB məktəbini keçib, bu da onlar üçün şantaj və hədə-qorxu ilə danışıqlar aparıla bilməyəcəyini və güzəştlərin edilməsinin daha yolverilməz olduğunu göstərir. Putin sübut edib ki, yüzlərlə vətəndaşı girov götürmüş terrorçularla da danışıq aparmır. Bu fonda Paşinyanın başlatdığı informasiya şantajı ən azı gülüncdür. Bu hərəkət mövcud erməni hakimiyyət orqanlarına nəinki kömək etməyəcək, hətta onların hakimiyyəti altındakı qazılmış çuxuru daha da dərinləşdirəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan   Böhran   Putin  

Paşinyan Putini qorxutmağa çalışır?| Ruslar buna əhəmiyyət verməməyə davam edirlər

2020/07/32132-1594368148.jpg
Oxunub: 2809     11:36     11 İyul 2020    