“Aravot”: Rus referendumu, Navalnı və Ermənistanın "qırmızı xətlər"i?

2020/07/puyin-1594367841.jpg
Oxunub: 1858     12:26     10 İyul 2020    
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, keçirilən referendum Rusiya Konstitusiyasını onlarla düzəlişlərlə zənginləşdirdi, bu dəyişikliklərin başında isə Prezident Putinin bütün əvvəlki prezident dönəminin “sıfırlanması” və müvafiq olaraq, 2024-cü ildə iki yeni dönəmə “sıfırdan” başlanması və yalnız 2036-cı ildə bu dönəmin bitməsindən ibarətdir.

Ermənistanın “Aravot” nəşri yazır ki, rəsmi məlumatlara görə, iştirakçıların ¾-dən çoxu lehinə səs verib və bu da o deməkdir ki, 1/4 hissəsi, yəni milyonlarla insan da bu dəyişikliklərə qarşı olub. Nəşrə görə, baş verənlərə aşağıdakı kimi baxmaq üçün əsaslı səbəblər var.

“Beləliklə, əlbəttə ki, bu rəqəmlərin arxasında nə olduğunu müzakirə etmək və qiymətləndirmək kimi bir məqsəd yoxdur, qoy bu iş Rusiya cəmiyyətinin öhdəsinə qalsın. Baxmayaraq ki, çox fərqli siyasi üstünlükləri olan bu cəmiyyətdə yüz minlərlə erməni bütün Rusiyaya səpələnmiş və təşkilatlanmış halda yaşayır. Bu şəxslər arasında Marqarita Simonyan, Andranik Mihranyan və Sergey Kurqinyan kimi dövlət təbliğatçılarından seçicilərin hüquqlarının müdafiəsi üçün ümumrusiya “Golos” hərəkatına rəhbərlik edən və Rusiyadakı seçki prosesini sərt tənqid edən tanınmış hüquq müdafiəçisi Qriqori Melkonyantsa qədər müxtəlif erməni əsilli vətəndaşlar da var.

Qeyd edildiyi kimi, bu Rusiya dövlətinin daxili işidir və qoy Rusiya cəmiyyəti bu işlə məşğul olsun. Bizdə baş verənlərlə əlaqədar olaraq, gördüyümüz kimi daha da çoxalmış öz işlərimizlə, müəyyən qiymətləndirmələr və düzəlişlər tələb edən daxili işlərimizlə məşğul olacağıq.

Ermənistan sakinləri və vergi ödəyiciləri qarşısında öz missiyasına sadiq qalaraq Ermənistan İctimai Televiziyası balanslı, hərtərəfli məlumat verməkdir və hazırladığı üç dəqiqəlik süjeti ilə məhz bu problemi həll edib. Rəsmi məlumatlar, rəsmi mövqe, müxaliflərin mövqeyi və fərqli vətəndaşların fərqli “küçə” mövqeləri təqdim edilib. Başqa sözlə, bizim vergilərimizdən maliyyələşən İctimai Televiziya və Ermənistan vətəndaşları arasında heç bir problem yoxdur və vurğulamalıyıq ki, bu artıq bizim problemimizdir, suveren ölkəmizə münasibətlərimizi necə qururuq, nə ödəyirik və nə üçün ödəyirik, bunun qarşılığında nə alırıq.

Ümumiyyətlə İctimai Televiziyaya “qanuni” xidmətlər göstərməyə ehtiyac yoxdur və bu uzun müddətdir bilinən və dəfələrlə qeydə alınan reallıqlar, gülməli bir hekayə baş verməsəydi, daha müzakirə olunmasına ehtiyac qalmazdı. Belə çıxır ki, İctimai Televiziyamız, videolarının hər birinə milyonlarla baxış olan Rusiya müxalifəti Aleksey Navalnını baş tutan referendumu necə qiymətləndirdiyini göstərməməli idi və bu, Ermənistanda da edilməməlidir, çünki bu, Rusiya dövlət televiziyasının aparıcısı və “erməni xalqının dostu” hesab olunan Vladimir Solovyov üçün xoş deyil. Onun anlaşılmaz, mənasız və amansız narazılığının, Ermənistana çatması, startda duran tapançadan atılan atəşə çevrildi. Üstəlik, marginal və marginallaşan “siyasi qüvvələri” və bəzi siyasi tərəfdarları kütləvi şəkildə birbaşa özünü illüstrasiyaya istiqamətləndirdi.

İlk növbədə, parlamentdəki ikinci siyasi qüvvənin lideri qərara gəldi ki, erməni xalqını “anti-rusçuluqdan” xilas etmək hüququ məhz ona verilib. Həmçinin Gümrüdəki rus hərbi bazasını da “anti-ruslardan” xilas etməyin ona şamil olunduğunu düşünmüşdü. Xatırladaq ki, söhbət Navalnının otuz saniyəlik qiymətləndirməsindən gedir və heç kim hətta hərbi bazanın adını belə çəkməyib, hər kəs bu adı çəkə bilər və hər şey müzakirə oluna bilər, hərbi baza isə qapalı deyil”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunur.

Məqalənin müəllifi yazır ki, digər bir siyasi xadim, Robert Köçəryanın görünən tərəfdarlarından biri, Rusiya pasportunu “Facebook”da göstərməklə alqışlayır və qəzəblə Rusiyanın agenti olduğunu bəyan edirdi.

“Keçmiş rejimin tərəfdarı olan elementlər bir-birinə imkan vermədən və eyni ruhda Rusiyaya “sədaqətlərini” ifadə ediblər, bu qəbildən olan mənzərə isə “Rusiya Erməniləri Birliyi” adlı təşkilatın adından yayımlanan biabırçı, ləyaqətsiz mətnlə tamamlandı.

Əlbəttə, ləyaqətləri onların öz işidir, amma Ermənistanın İctimai Televiziyasını niyə bir şey göstərdiyi və niyə başqa bir şey göstərmədiyi deyə “tənqid etməyə" cürət etdikdə, tamamilə təbii bir sual ortaya çıxır. Ümumiyyətlə, siz kimsiniz və hansı mənəvi haqqınızla belə tələblər irəli sürürsünüz, habelə sizin Ermənistana qarşı “tələbinizin” 3 rus qəpiyindən çox dəyəri olmadığını hardan bildiniz?
Bütün bunlar ruslar haqqında deyil, onlara nə edəcəklərini biz izah etməli deyilik. Bütün bunlar biz ermənilər, Ermənistan vətəndaşı olan ermənilər, Rusiyada və ya digər yerləşrdə məskunlaşmış ermənilər haqqındadır. Bütün bunlar bir daha qırmızı xətləri göstərmək üçün bir fürsətdir. Demək, Rusiya və ya başqa bir ölkə öz maraqlarını qoruduğu kimi, demək, azad, süveren Ermənistan da birbaşa öz maraqlarını qoruyur. Zəhmət çəkib bu maraqları qorumalıdırlar və ya biz bu maraqları qorumalarına məcbur edəcəyik.

Ermənistan xarici aləmlə münasibətlərini, öz təsəvvürlərini 3 əsas nöqtə üzərində qurmalıdır. Bunlar suverenlik, dəyərlər, reallıqlardır. Burada bəzilərinə xoş gəlmək üçün başqalarının ünvanına yaxsı sözlərə ehtiyac yoxdur. Həmçinin onlar tərəfindən hansı hadisənin ictimaiyyətə necə təqdim edilməsinə dair verilən dərslərə sadəcə ehtiyacımız yoxdur. Onlar necə istəyərsə və kimə istəsə dərs verə bilərik.

Erməni-rus münasibətlərində təhlükə görən siyasi qüvvələrə və ya siyasi qüvvələrə yaxın dairələrə gəldikdə isə, bu bir daha bizə göstərir ki, erməni-rus münasibətlərində hələ nə qədər dolu zibil var.

Rusiya ilə suveren və bərabərhüquqlu, simmetrik, ləyaqətli, qarşılıqlı maraq üzərində münasibətlərin qurulması erməni tərəfinin maraqlarından irəli gəlir. 21-ci əsrin şəffa münasibətləri və qırmızı xətləri məhz bu sərhədlər daxilində müəyyən edilir. Bundan o tərəfə olan hər şey zibilliyə sürüklənəcək. Həmin zibillikdə keçmiş hakimiyyət 20 illik korrupsiya peyini üzərində müalicə olunub. İndi isə basseynlərdə nümayişkarcasına üzür. Həmin şəxslərin artıq “Rusiya” və ya başqa bir dövlətin adını eşitdikdə təbii olaraq əyilən həmin hakimiyyət mənsublarının artıq mövcud hakimiyyətlə heç bir əlaqəsi və işi yoxdur. Çünki bu münasibət yox, dostluq yox, siyasət də yox, biabırçılıq və patoloji xəstəlik olub.

Maarifləndirmə dövründə yuxu zəkasının canavarlar doğduğu deyilirdi. Bugünkü postmodernizm yəqin ki, yuxu zəkasının məişət axmaqları da doğa biləcəyinə səbəb olub. Əmin olmaq üçün sosial şəbəkələrə baş çəkin”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

“Aravot”: Rus referendumu, Navalnı və Ermənistanın "qırmızı xətlər"i?

2020/07/puyin-1594367841.jpg
Oxunub: 1859     12:26     10 İyul 2020    