Rus əsgərin “intihar etməsi” Ermənistanda necə araşdırılacaq?

2019/01/45654-1546867037.jpg
Oxunub: 2648     17:52     10 İyul 2020    
İyulun 4-də saat 17:00 radələrində 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu, Rusiya Federasiyasının 20 yaşlı vətəndaşı S.Salehovun cəsədi Ermənistanın ikinci ən böyük şəhəri Gümrü şəhərindəki Muş məhəlləsinin mənzillərindən birində asılmış vəziyyətdə aşkar edilib.

Şirak vilayət prokurorluğu hərbi qulluqçunun meyitinin kirayələdiyi mənzildə aşkar edildiyini bildirib. Hadisə yerində bir məktub da tapılıb. Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsi (İntihar həddinə çatdırma) ilə başlanmış cinayət işinin istintaqı erməni tərəfinin üzərinə düşür. Digər təfərrüatlar barədə məlumat verilmir.

“Ermənistan-Rusiya müqavilələrinə əsasən, Rusiya hərbçiləri ilə əlaqəli Rusiya hərbi bazasının ərazisindən kənarda baş verən cinayətlərin istintaqı Ermənistanın hüquq mühafizə orqanları tərəfindən aparılır. Erməni tərəfinin Rusiya hərbi qulluqçusunun intihar etməsi ilə məşğul olması dövlətlərarası sazişlərin normalarına uyğundur”, - deyə bunu hüquq müdafiəçisi Artur Sakunts deyib.

Onun sözlərinə görə, məsələ “istintaq tərəfinin” seçimi yox, istintaqın gedişatındadır.

“Hərbi bazadan kənarda baş verən hadisələrlə həmişə də erməni tərəfi məşğul olub. Erməni tərəfinin hərəkətlərində nə dərəcədə sərbəst olduğu bir başqa sualdır. Hərtərəfli istintaq aparmaq üçün praktiki bir imkana sahib olub? İstintaq hərəkətləri məhdud olub, yoxsa qanun və işin məqamlarından asılı olaraq sərbəst aparılıbmı?

Ehtimal olunan intihar hadisəsi ilə bağlı “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanları istintaq hərəkətləri aparmalıdır. Təbii ki, bu işə aidiyyəti olan insanlar - şahidlər, potensial şübhəli şəxslər və s. dindirilməlidir. Ölən hərbi qulluqçu ilə əlaqəli insanlar Rusiya bazasının hərbçiləri arasında da ola bilər və erməni istintaq orqanı onları dindirməlidir. İstintaqın praktik olaraq necə keçəcəyini görmək çox vacibdir”, - deyə erməni hüquq müdafiəçisi Artur Sakunts bildirib.

Onun sözlərinə görə, həbsin tətbiqi məsələsi sual altındadır. Şübhəli şəxslərin intihara təşəbbüs göstərdikləri və ya iştirak etdikləri və bu şəxslərin Rusiya bazasının hərbçiləri olduqları aşkar edilərsə, erməni istintaq orqanları həbs qətimkan tədbiri seçmə imkanı əldə edə bilərmi? Həbs qətimkan tədbiri seçilərsə, həbs necə təmin ediləcək? İddia olunan şübhəli əvvəllər olduğu kimi Rusiya bazasının ərazisində qalacaq, yoxsa cəzaçəkmə müəssisəsinə köçürüləcək?

“Bir şey aydındır. İstintaq nəticəsində və ya istintaq zamanı kiminsə şübhəli şəxs qismində cəlb edilməsi üçün kifayət qədər dəlil və ya əsas olarsa, bu şəxs Rusiya hərbi bazasının hərbçisi olarsa və Rusiya hərbi bazasının ərazisində qalmaqda davam edərsə, bu dəfə də istintaqın səmərəliliyini əhəmiyyətli dərəcədə və qətiyyətlə məhdudlaşdıracaq. Ən azı ona görə ki, bu, intiharın səbəblərinin hərbi xidmətlə əlaqəli olacağını və ehtimal olunan şübhəlinin baş verənlərə görə məsuliyyət daşıyan insanların nəzarəti altında qalacağını ifadə edəcək. Praktikanın necə olacağını başa düşmək mümkündür.

Gümrüdəki böyük bir ailəni vəhşicəsinə qətlə yetirməkdə, soyğunçuluqda, dövlət sərhəddini qanunsuz keçməkdə günahlandırılan Valeri Permyakov da bütün istintaqı həbsxanada deyil, Rusiya hərbi bazasında keçirdi. Erməni hüquq-mühafizə orqanlarının əməkdaşları onu Rusiya hərbi bazasında dindirirdilər. Hətta hadisə yerinə baxış və istintaq hərəkətləri qətllərin baş verdiyi Avetisyanların evində deyil, yenə də Rusiyanın hərbi bazasında, Avetisyanların evinin modelindən istifadə edilərək keçirilib, əlbəttə ki, bu istintaq deyil, absurd bir vəziyyətdir.

Başqa sözlə, işin qalmaqalını və ictimaiyyətin narazılığını nəzərə alaraq, hətta bu halda belə istintaq orqanına tam və effektiv, hərtərəfli və layiqli araşdırma aparmağa imkan vermədilər.

Məhz bu məzmunda deyirəm ki, bu işin istintaqının gedişatının necə olacağını anlamaq vacibdir. Belə hallarda Ermənistan hüquq-mühafizə orqanları böyük təmkinlilik göstərir və bu da Rusiya tərəfinin tətbiq etdiyi “məhdudiyyətlərə” uyğunlaşmaq kimi təsəvvür edilir”, - deyə erməni hüquq müdafiəçisi bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   102-baza  

Rus əsgərin “intihar etməsi” Ermənistanda necə araşdırılacaq?

2019/01/45654-1546867037.jpg
Oxunub: 2649     17:52     10 İyul 2020    