Ermənistanın zenit raket sistemləri almaqda əsas niyyəti nədir? – MÜTƏXƏSSİS RƏYİ

2020/07/21-3188578972.jpg
Oxunub: 20765     14:33     09 İyul 2020    
Ermənistan rəhbərliyinin göstərişinə əsasən Rusiyadan “Tor-M2KM” və İordaniyadan “Osa-AKM” zenit raket sistemlərinin alınmasının əsas niyyəti nədir?

Bunu Ordu.az-a açıqlamasında Hava Hücumundan Müdafiə sahəsi üzrə mütəxəssis, ehtiyatda olan polkovnik Ramiz Şərifov deyib.

O bildirir ki, ümumiyyətlə Ermənistanın HHM sisteminin təşkili və mövqelərdə yerləşdirilməsini analiz etdikdə qənaətə gəlmək olur ki, düşmənin “Tor-M2KM” və “Osa-AKM” zenit raket sistemlərini almaqda əsasən beş niyyəti var:

1. “Tor-M2KM”, “Osa-AKM” və digər müxtəlif zenit raket silahların Qarabağın dağlıq hissəsində say tərkibini artırmaqla onların məhvetmə zonalarının hüdudlarını genişləndirərək səmada üstünlüyü və nəzarəti təmin etmək;

2. “Tor-M2KM”, “Osa-AKM” zenit raket sistemlərini aşağı və orta hündürlüklərdə Qarabağın dağlıq hissəsində yerləşən böyük şəhərlərin və iqtisadi obyektlərin müdafiəsinə yönəltmək;

3. Yüksək məhvetmə xassələrinə malik olan zenit raket sistemlərinin və hədəf kəşfiyyat stansiyalarının bir qismini Respublikamızın Ermənistanla (əsasən Laçın istiqamətindən Qarabağla) sərhədlərinə yaxın məsafələrdə yerləşdirməklə öz hava sərhədlərini qorumaqla yanaşı yüksək və strasosfer hündürlüklərdə Qarabağ üzərindəki hava məkanını da nəzarətə götürmək;

4. “Tor-M2KM” zenit raket sistemlərinin mobil olmasını, öz texniki və döyüş xassələrinə görə “Osa” zenit raket sistemlərindən daha üstün olmasını nəzərə alaraq, düşmən bu sistemləri Silahlı Qüvvələrimizə daha yaxın təmas xəttində səyyar mövqelərdə yerləşdirməklə ön cəbhə (plana görə daha dərinlik) üzərində havada üstünlüyünü ələ almaq;

5. Daha mobil və ucuz başa gələn “Osa-AKM” ZRS-lərini kütləvi şəkildə (İqla, ZSU 23-4 “Şilka”, ZU 23-2) Qarabağın dağlıq hissəsində müxtəlif mövqelərdə (binanın damlarında, təpələrdə, meşəliklərdə, birbaşa təmas xəttlərinin yaxınlığında, ZRS-lərin ölü zonalarının olduğu yerlərdə) yerləşdirməklə qəfil peyda olan hədəflərin uçuşlarının qarşısını almaq.

Ekspert qeyd edir ki, burada da düşmən iki əsas məqsəd güdür: “Birincisi, yerin relyefindən və dağ şəraitindən istifadə edərək aşağı hündürlüklərdə uçan hədəfləri məhv etmək, ikincisi, hətta aşağı hündürlüklərdə uçan hədəfləri məhv etmək imkanı olmadıqda belə pilotların pisixikasına təsir etməklə (kütləvi atış) onları daha yüksəkliklərdə uçmağa məcbur etmək və bu zaman hədəflərin arxada yerləşdirilən (“Tor-M2KM” də daxil) daha yüksək döyüş imkanlarına malik zenit raket sistemlərinin atəş zonasına düşməsini təmin etmək”.

Polkovnikin sözlərinə görə, yeni ZRS-lərin alınması (çox sayda nəzərdə tutulur) düşmənin HHM imkanlarını genişləndirəcək, yəni atəş sıxlığı, bir hədəfə buraxılan raketlərin sayı, məhvetmə zonaların bir-birini örtməsi, bir hədəfə 1,2,3 ZRS-in eyni vaxtda atəş açması, məhvetmə ehtimalının yüksəlməsi və həyat riskinin artması müşahidə olunacaq, lakin Qarabağ üzərində üstünlüyü tam şəkildə ələ almasına imkan yaratmayacaq.

“Dağ və mürəkkəb relyefi olan ərazilərdə yerləşdirilən ZRS vasitələrinin döyüş qabiliyyətini aşağı salan əsas amillər bunlardır:

- Yerin səthinin düzənlik formada olmaması səbəbindən atəşin çətinliyi (horizontlaşma və oriyentasiya);

- Yerin relyefinin təsiri nəticəsində (dağ, hündür təpə, hündür ağac...) alçaq və ən alçaq hündürlüklərdə məhvetmə zonaların azalması və bəzi istiqamətlərdə demək olar ki, yoxluğu;

- Müxtəlif təbii və süni maneələrin təsiri nəticəsində yer bucağı müstəvisində, bağlama bucağının həddən çox olması səbəbindən atəşin münkünsüzlüyü;

- Xüsusən alçaq və ən alçaq hündürlüklərdə atəş zamanı məhvetmə ehtimalının azalması (sistemdə müxtəlif səhv siqnalların təsiri nəticəsində);

- Yerin əlverişli relyefindən istifadə edərək uçan qəfil peyda olan hədəflərin aşkarlanmasında olan çətinliklər;

- Döyüş işi zamanı ZRS-lərin turba-generatorun işləməsi səbəbindən infraqırmızı alçaq hündürlüklü raketlərin hədəfinə çevrilmək (DZRK);

- Yerin relyefindən yararlanan kiçik kəşfiyyat quruplarının hədəfinə çevrilmək (xüsusən gec vaxtı bir nəfər döyüşçü tərəfindən RPQ vasitəsi ilə tam məhv edilmə ehtimalının yüksək olması)”, - deyə Ramiz Şərifov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Raket  

Ermənistanın zenit raket sistemləri almaqda əsas niyyəti nədir? – MÜTƏXƏSSİS RƏYİ

2020/07/21-3188578972.jpg
Oxunub: 20766     14:33     09 İyul 2020    