“Thales” Banqladeşə uzun mənzilli hava hücumundan müdafiə radarları tədarük edəcək

2020/07/1594283385.jpg
Oxunub: 2107     13:32     11 İyul 2020    
Fransanın “Thales” şirkəti Banqladeş ordusuna iki “Ground Master 400” tipli 3D uzun mənzilli hava hücumundan müdafiə radarları tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “La Tribune” nəşri yazıb.

Bildirilir ki, radarların alınması üçün tərəflər arasında müqavilə imzalanıb.

Əldə edilən məlumata görə, Banqladeş Silahlı Qüvvələri bu radarlardan real vaxt rejimində hava görüntüləri yaratmaq üçün istifadə edəcək.

“Thales” tərəfindən istehsal edilən “Ground Master 400” radarlarının ən yüksək hədəf aşkaretmə məsafəsi 470 kilometrə və hündürlük həddi 100.000 futa qədərdir. Radar REM vasitlərinə də qarşı mübarizə apara bilir. Aşağı, orta və yüksək hündürlükdə hava hədəflərinin aşkarlanması üçün hazırlanmış radar taktiki ballistik raket sistemlərini də aşkarlaya və izləyə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Banqladeş  

“Thales” Banqladeşə uzun mənzilli hava hücumundan müdafiə radarları tədarük edəcək

2020/07/1594283385.jpg
Oxunub: 2108     13:32     11 İyul 2020    