Millətin gözünün nuruna dönüb tarixin bağrından qopan ordumuz!

2020/07/43423-1594458973.jpg
Oxunub: 2130     14:54     11 İyul 2020    
Azərbaycan həmişə bəşəri dövlət olub, ordusu azərbaycançılığın ordusu olub. Azərbaycan dövlətçiliyi həmişə mübarizələrlə qorunub, mübarizələrlə bərpa edilib. Xalqın ruhu mübariz ruh kimi tarixin axarını həmişə dəyişə bilib. 1918-ci ilin mayında da dəyişdi, Şərqdə ilk Demokratik Respublika yarandı, Azərbaycan tarixə "Mən varam!" dedi...

1918-ci ilə kimi Müsəlman Korpusu kimi tanınan ordu birləşməsi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli Qərarı ilə Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Bu addəyişmə həm də mahiyyətin dəyişməsiydi və neçə onillər sonra yeni bir tarixin yaranmasında bu addəyişməyə istinad edildi, Əlahiddə Azərbaycan Korpusunun yaranması amilinə əsaslanıldı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü haqqında" 22 may 1998-ci il tarixli Fərman imzaladı. 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi tarixləşdi. Ulu Öndər deyirdi: "Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tamam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən Xalq Cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın milli ordusunun yaranması haqqında verdiyi qərar olub...". Müstəqil Azərbaycan Respublikasının ordusu yaradılmağa başladı.

1920-ci ilin aprelində rus imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etdi. Dövlət ilhaq olunmuşdu. Xalqın mübarizə əzmini, azadlıq, müstəqillik istəyini ilhaq etməyə qüdrəti çatmazdı. 71 il çəkən mübarizə milli-xəlqi ruhun qələbəsiylə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasıyla nəticələndi - Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisi kimi tarixə "Mən varam!", "Əbədiyyən də var olacam!" dedi.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan aylar sonra hakimiyyət səriştəsizliyinə, siyasi ambisiyaların ciddiliyinə, separatçılıq meyillərinə, vətəndaş müharibəsi təhlükəsinə görə müstəqil Azərbaycan dövlətçiliyin itirilməsi təhlükəsilə üzləşmişdi. Onda xalq böyük tarixi şəxsiyyət Heydər Əliyevi ciddi təkidlə hakimiyyətə dəvət etdi.

Ulu öndər Heydər Əliyevin dönməz siyasəti ilə vətəndaş qarşıdurması aradan qaldırıldı, separatçılıq və separatçılıq meyilləri ləğv edildi, ordu quruculuğuna yeni yanaşma onun nizami ordu kimi formalaşmasına zəmin yaratdı. Müstəqilliyin ilk illərində - 1991-1993-cü illərdə ordu quruculuğu elmi əsaslarla aparılmırdı, pərakəndəlik, səriştəsizlik, kadr hazırlığı kimi amillər ordunun nizami ordu kimi formalaşmasına imkan vermirdi. Digər tərəfdən, yaradılmış yerli müdafiə batalyonları dövlətin maraqlarından daha çox fərdi mənafelərin müdafiəçisiydi. Yəni, ordu funksiyasını yerinə yetirmək səviyyəsində qurulmamışdı. Ermənistanın Azərbaycana qarşı elan etmədən apardığı ədalətsiz müharibənin getdiyi bir vaxtda belə ordu dövlətin ərazi bütövlüyünü, dövlətçiliyi müdafiə etməyə qadir deyildi. Bu vəziyyət isə müstəqilliyə silahlı təhdid idi. Azərbaycanda siyasi vəziyyətdən, siyasi vəziyyətə görə yaranmış hərbi vəziyyətdən istifadə edir, Qarabağın dağlıq hissəsində, eləcə də Ermənistanla sərhəd rayonlarda hərbi üstünlüyə yiyələnirdi ki, bu da torpaq itkisinə şərait yaradırdı.

Ulu Öndərin hakimiyyətə qayıdışı ilə digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da əsaslı islahatlar həyata keçirilməyə başlandı. Yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi, müstəqil Azərbaycanda ordu quruculuğu hərbi, hərbi-elmi nəzəriyyələr əsasında davam etdirildi, xüsusi tədbirlər həyata keçirildi ki, bunlar da ordunun nizami ordu kimi formalaşdırılmasının başlanğıcı, ordu quruculuğunun yeni mərhələsi oldu.

Görülən tədbirlər şəxsi heyətin döyüş hazırlığını yüksəldirdi. 1994-cü ilin yanvarında keçirilən Horadiz əməliyyatı ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığını da yüksəltdi. Bu əməliyyat nəticəsində 20 kənd, o cümlədən Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndi ermənisizləşdirildi. Bu gərəkli qələbə əsgərlərin döyüş əzmini, qələbə ruhunu ordu quruculuğunun tələbləri səviyyəsində nizamladı, istər ordunun, istərsə də ictimaiyyətin torpaqlarımızın işğaldan azad ediləcəyi inamının nizamını düzənlədi.

Həmin dövrdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərə məsləhətləri, tövsiyələri də mənəvi-psixoloji hazırlığının səviyyəsini nəzərəçarpacaq dərəcədə yüksəltdi.

Tarix elmləri doktoru Mehman Süleymanovun təəbirincə desək, orduya siyasi qüvvələrin nüfuz etməsinin qarşısı birdəfəlik alındı, onun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla formalaşdırıldı. Heydər Əliyev orduda vahid komandanlığın praktiki əsaslarını yaratdı, idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlətin və şəxsən Heydər Əliyevin gündəlik qayğısı ilə əhatə olundu, ordunun ehtiyacları vaxtlı-vaxtında aradan qaldırıldı.

O illərdə ordu-ictimaiyyət münasibətləri də yeni formatda, mənəvi dəyərlər əsasında formalaşmağa başlamışdı. Ulu Öndər deyirdi: "Xalq ordunu daim sevməli, ona kömək etməlidir. Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsini, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbaycanda ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir". Bu kəlamlar ordu quruculuğu prosesinin ideoloji-xəlqi mahiyyətini tənzimləyirdi.

Silahlı Qüvvələrin Hərbi Akademiyası yaradıldı (20 fevral 1999-cu il), ordumuzu zabit kadrları ilə komplektləşdirən ali hərbi məktəblərin statusu artırıldı (20 avqust 2001-ci il), Silahlı Qüvvələrə yardım fondu yaradıldı (17 avqust 2002-ci il), ulu öndər Heydər Əliyevin dövründə Silahlı Qüvvələrin maddi-texniki təchizatı yaxşılaşdırıldı, ordunun silahlanmasına müasir silah və hərbi texnikalar daxil edildi, hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görüldü. Bunlar da özlüyündə ordu quruculuğunun dövlət üçün prioritet olmasının təzahürü idi. Zamanında imzalanmış bu fərmanların həyatiliyinin, tarixiliyinin nəticəsidir ki, hazırda Azərbaycanın hərbi təhsil sistemi kifayət qədər güclü maddi-texniki bazaya malikdir, hərbi təhsildə fəaliyyət yerinə yetirdiyi hərbi vəzifələrə müvafiq olaraq yeni tədris metodları ilə davam etdirilir.

Azərbaycan Ordusunun nizami ordu kimi formalaşması dünyanın aparıcı dövlətlərinin də, NATO-nun da diqqətini çəkdi. Bununla da Azərbaycan Ordusunun NATO-ya inteqrasiya prosesi başladı. Azərbaycan ordu hissələri koalisiya qüvvələrinin tərkibində sülhməramlı missiyalarını Kosovoda, İraqda, Əfqanıstanda uğurla yerinə yetirib, indi də yerinə yetirməkdədir. Bu xidməti NATO komandanlığı da yüksək dəyərləndirib.

2005-ci ilin may ayında təsdiq edilən və icrasına başlanan Fərdi Tərəfdaşlığın Fəaliyyət Proqramı NATO baş katibinə 2004-cü ilin may ayında təqdim edilmişdi, yəni, təqdimatla icra arasında müddətin azlığı Azərbaycan Ordusuna ehtiramın və inamın nəticəsidir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "NATO - Sülh naminə tərəfdaşlıq" kafedrası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində isə Sülh Naminə Tərəfdaşlıq Milli Təlim Mərkəzi yaradılıb ki, bunlar da özlüyündə beynəlxalq hərbi əməkdaşlıq baxımından həm ordunun nüfuzunun göstəricisidir, həm də ordunun döyüş hazırlığının yüksəldilməsi prosesinə müəyyən təsiri də göstərir.

1997-ci ildən Ali Hərbi Məktəblərdə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, Hərbi Akademiyada tədris NATO standartlarına uyğun proqramla aparılır. Silahlı Qüvvələrin Hərbi Akademiyasında müharibə ilə əlaqədar dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə də hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlər tədris olunur.

Azərbaycan Respublikasının Prezidenti seçiləndə İlham Əliyev bildirmişdi ki, böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursu uğurla davam etdiriləcək, digər sahələr kimi ordu quruculuğu da həmişə diqqətdə saxlanılacaq, mövcud nailiyyətlər bütün parametrlər üzrə daha da inkişaf etdiriləcək, ordu quruculuğu prioritet istiqamətlərdən biri olacaq.

Respublikamızda müdafiə sənayesinin təkmilləşdirilməsi və ordumuzun müasir silahlarla təmin olunması zərurəti 2005-ci ildə Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konvensiya Komitəsinin ləğv edilməsi, onun bazasında Müdafiə Sənayesi Nazirliyinin yaradılmasıyla nəticələndi. Qısa müddətdə Müdafiə Sənayesi Nazirliyində digər təxirəsalınmaz məsələlərlə bir sırada zəruri sayılan xarici-iqtisadi əlaqələr bərpa edildi, yeni əlaqələr üçün müvafiq işlər aparıldı.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların və xalq təsərrüfatının maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələrinin istehsalını təmin etmək üçün nazirliyin müəssisələrində yeni istehsal sahələri yaradıldı.

Son illərdə müxtəlif miqyaslı, müxtəlif təyinatlı təlimlər, bu sıradan komanda-qərargah təlimləri ordunun döyüş hazırlığını, müəyyən tədbirlər, yeni hərbi hissələrin inşası, yenidən qurulması, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və s. mənəvi-psixoloji hazırlığını yüksəldir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qürurla dediyi "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamı hərbçilərin mənəvi-psixoloji hazırlığında əlavə stimul olmuşdur. 2018-ci ildə Azərbaycan Ordusunun və Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş paradlar Azərbaycan Ordusunun qadirliyinin paradı kimi izlənildi.

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır və nizami, güclü bir ordu kimi bütün parametrlər üzrə daha dinamik inkişaf mərhələsindədir. Ordunun müdafiə qüdrətinin, döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsi dövlət üçün prioritetdir...

Azərbaycan Ordusunun şəxsi heyətinin ən güclü silahlarından biri də vətənpərvərlikdir.

Azərbaycan Ordusu tarixin bağrından qopan ordudur.

Azərbaycan Ordusunun şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin döyüş əmrini qələbəylə tamamlamağa, torpaqlarımızı işğaldan azad etməyə qadirdir.

Rəşid Hüseynov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-ordusu  

Millətin gözünün nuruna dönüb tarixin bağrından qopan ordumuz!

2020/07/43423-1594458973.jpg
Oxunub: 2131     14:54     11 İyul 2020    