"Pantsir-S1" ZRK və "Bayraktar" qarşıdurması kontekstində PUA Müharibəsi - ANALİZ (HƏRBİ EKSPERT)

2020/07/Libya-4782055995.jpg
Oxunub: 6696     10:55     06 İyul 2020    
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq, Suriya və Liviya ərazisində keçirilən hərbi əməliyyatların nəticələri bizim PUA-lardan ZRK-lara qarşı yeni döyüş metodlarının tətbiqi məsələsinə yenidən müraciət etməyimizə səbəb oldu.

Son geniş miqyaslı qarşıdurmaların əsas elementləri Liviya və Suriya böhranlarında aktiv əməkdaşlıqlarına baxmayaraq, bəzi geosiyasi maraqlarda ortaq məxrəcə gələ bilməyən Türkiyə və Rusiyanın silahları oldu. TSQ-nin əvvəlki standart əməliyyatları son Suriya və Liviya əməliyyatlarına qədər Kremli bu qədər dərindən təəccübləndirə bilməmişdi.

Soçi razılaşmasının İdlib hava məkanını Türkiyə HHQ-nin pilotlu aviasiya vasitələrinin uçuşu üçün qapalı elan etməsi, əslində TSQ-nin dünya hərb sənətinə həm "PUA Müharibəsi" anlayışını, həm də onun aparılması konsepsiyasını təqdim etməsi ilə nəticələndi. Bu konsepsiya sonradan Liviyada daha da inkişaf etdirildi.

İdlibdə və Liviyadakı son döyüşlərin nəticəsi əsasən Rusiya hava hücumundan müdafiə sistemləri ilə türk dronları arasındakı qarşıdurmada həll olundu. Bu hadisələr haqqında tam ətraflı təsəvvürə malik olmasaq da, mövcud məhdud məlumatların ayrı-ayrı döyüş epizodlarından məlum oldu ki, bu döyüşlərdə hər iki tərəfdə itkilər qeydə alınıb, lakin Rusiyanın HHM sistemlərinin itkiləri daha böyük miqyasa malik olub.

Bu analizdə həm məhv edilən hava hücumundan müdafiə sistemləri ilə bağlı müzakirələrə diqqət yetirməyə, həm də PUA-ların dünənki təyyarə modellərindən müasir müharibənin aparılmasının əsas vasitələrindən birinə çevrilməsinin necə baş verdiyini və bunun real səbəblərini araşdırmağa çalışacağıq.

Yeni PUA taktikasının qəhrəmanları

Əvvəlcə "Pantsir"ə qarşı hansı texnikadan istifadə olunduğunu və hansı taktikalardan istifadə edildiyini başa düşməliyik. Məlumdur ki, Suriya və Liviyada "Pantsir" ZRK-larının ovçuları rolunda Türkiyənin "Bayraktar TB2" və "Anka" milli PUA-ları mühüm rol oynadı.

Praktik uçuş yüksəkliyindən asılı olaraq müasir PUA-lar aşağı, orta və yüksək hündürlüklü vasitələrə bölünür. "Bayraktar" və "Anka" müvafiq olaraq, 8200 və 9000 m hündürlüklü orta PUA sinifə aiddir. Yüksək yüksəklikdəki "Akıncı" PUA-ları isə silahlanmaya daxil olmaq ərəfəsindədir. Onlar bu il arsenala qəbul edilməlidir. Türkiyə bu sinifdə PUA istehsal edən 4 ölkədən biridir.

"Anka" PUA-sı dövlət müəssisəsinin inkişaf etdirdiyi məhsuldur, "Bayraktar" isə özəl bir şirkətin sahibi, "Türkiyənin Sikorskisi" adlandırılıan bacarıqlı mühəndis Bayraktar tərəfindən yaradılıb. Bu PUA stels xüsusiyyəti ilə ZRK-ların əsl qorxulu röyasına çevrilib.

Bu PUA-lar barədə ətraflı məlumatlar olmasa da, bəzi detalları açıq mənbələrdən əldə etmək mümkündür. Hazırda "Bayraktar" PUA-sı kütləvi şəkildə istehsal olunmaqla bərabər geniş istifadə olunmaqdadır. Yalnız TSQ-nin sifariş verdiyi "Bayraktar" sayı təxminən 200 ədəddir. Digər güc strukturları, xüsusilə Türkiyə Jandarma Komandanlığı da "Bayraktar" PUA-larını arsenalına qəbul edərək onlardan geniş istifadə edir.

"Anka" isə daha böyük effektiv səpələnmə sahəsinə (EPR) və daha az gizliliyə malikdir, lakin onun avadanlıq quraşdırmaq imkanları daha genişdir.

"Bayraktar" TB2 zərbə PUA-sı 14 km məsafədə yerləşən hədəfləri məhv edə bilən 4 ədəd idarəolunan raket daşıya bilir. Termal müşahidə cihazına, bir neçə gündüz kamerasına və lazer məsafəölçəninə malik OLS (optik lokasiya stansiya) modulu və ya diafraqmalı RLS sintezinə malik AFAR (yer səthinin radiolokasiya görüntüsünü fotoşəkil kimi əldə etməyə imkan verir) bu PUA-nın avadanlıqlarının az bir hissəsidir. REM konteynerlərinin "Bayraktar"a quraşdırılmasına rast gəlinmir, lakin bu avadanlıq daha böyük effektiv səpələnmə sahəsinə malik olan "Anka"nın standart komplektasiyasına daxildir. Deməli mühəndislər "Bayraktar"ın kiçik effektiv səpələnmə sahəsinə malik olduğuna görə bu addımı atmayıblar.

Türkiyənin Liviyada tətbiq etdiyi PUA-ların silahlı mübarizədə yeni istifadə metodları, demək olar ki, bu sahə ilə maraqlanan bütün ictimaiyyətin diqqətini özünə cəlb etdi. Bəlkə də yaxın gələcəkdə PUA tətbiqinə dair hərbi təyinatlı ədəbiyyatda bu metodların öyrənilməsinə dair "PUA Müharibələri" başlıqlı məqalələrə də rast gəlinəcək.

PUA tətbiqinin yeni konsepsiyası

TSQ-nin müxtəlif konfiqurasiyalı PUA-ları bir-biri ilə qarşılıqlı əlaqədə, başqa sözlə desək "sürü" şəklində tətbiqi, Liviya və Suriya ərazisində yerləşən ZRK-lara ciddi problem yaradırdı. PUA-ların tətbiqi taktikası təxminən aşağıdakı kimi izah oluna bilər: PUA-ların bir qrupu (böyük ehtimalla "Anka"lar) düşmən ZRK-ları üçün radioelektron maneə yaradır, ikinci qrup hədəflərin kəşfiyyatını həyata keçirir, üçüncü qrup isə hədəfləri məhv edir. Üçüncü qrup həm zərbə və ya kamikadze dronlarından, həm də pilotlu aviasiya vasitələrindən ibarət ola bilər. Buna misal olaraq Türkiyə F-16-larına Suriya ərazisindəki PUA-lardan hədəf göstərilməsi və qırıcının buraxdığı raketlərin sonradan PUA vasitəsilə hədəfə tuşlanmasını göstərmək olar. Real döyüş əməliyyatında pilotsuz vasitənin pilotlu vasitəyə hədəf göstərməsini də döyüş əməliyyatları tarixində ilk dəfə TSQ həyata keçirdi.

Bu əməliyyatlarda türk PUA-larının Suriya sərhədlərindən kənarda fəaliyyət göstərən qırıcılar üçün retranslyator (siqnal təkrarlayan qurğu) kimi standart tətbiqi də məlumdur.

Yəqin ki, diqqətli oxucu "Bayraktar" TB2 PUA-sının kiçik effektiv səpələnmə sahəsi (EPR) kimi vacib xüsusiyyətinə toxunulmadığına nəzər yetirib. Həqiqətən də EPR göstəricisi olmadan uçan vasitənin hava hücumundan müdafiə sistemləri ilə qarşıdurmasını təhlil etmək nə doğru, nə də mümkün deyil. Türkiyə mənbələri EPR haqqında heç bir rəsmi məlumat vermir, yalnız bunun çox kiçik olduğunu bildirir. Asqılarda raketləri olmayan dron üçün bu göstəricinin rakursdan asılı olaraq 0.01-0.1 kv.m arasında dəyişdiyi ehtimal edilir. Kifayət qədər ciddi hesab edilən bu göstəricini bir neçə əsas faktla əsaslandırmaq mümkündür:

1.Gizli texnologiya ilə hazırlanan yeni nəsil dronlar üçün EPR göstəricisi 0.01-0.1 kv.m arasında dəyişməlidir;
2. "Bayraktar" TB2 PUA-sının həndəsə quruluşu, onun EPR göstəricisinin azaldılması məqsədinin nəzərə alınması ilə tərtib edildiyini nümayiş etdirir;
3. Türkiyənin F-35 qırıcısı üçün vacib korpus komponentləri istehsal etdiyi üçün, öz PUA-larında stels texnologiya tətbiq etməsi təəccüb doğurmamalıdır;
4. Əgər Türkiyə PUA-ları daha böyük EPR-ə malik olsaydı, ZRK-lara qarşı bu qədər rahatlıqla üstünlük əldə edə bilməzdi;
5. "Bayraktar" PUA-larını müşahidə edən yunanlar, onların radarlarda F-35 səviyyəsində (0.0015- 0.01 kv.m) EPR-ə malik olduğunu rəsmən təsdiqləyiblər;
6. Əsrdən çox aviasiya istehsal tarixinə malik Ukraynanın məhz bu PUA-ları əldə etməsi, onların Rusiya ZRK-ları qarşısında ciddi üstünlüyə malik olması ilə birbaşa əlaqədardır.

Bütün bu faktlar nəzərə alındıqda "Bayraktar" ailəsinin kiçik EPR göstəricisinə malik olması təsdiqlənir.

Beləliklə "Bayraktar" haqqında zəruri olan olan məlumatları, ehtimal üzərində qurulsa belə, real döyüşlərin və yunan radarlarının göstəricilərinin köməyi ilə əldə edə bildik.

"Pantsir"

Bəs bu əməliyyatlarda zərərçəkən qismində nəzərdən keçirdiyimiz "Pantsir" ZRK-nın real imkanları nədən ibarətdir?

İstehsalçıya görə, "Pantsir" ZRK-nın 2 kv.m EPR-ə malik olan hədəfləri aşkarlama məsafəsi təqribən 35 km-dir. Bu məlumata inansaq, "Pantsir" kompleksinin RLS-i Türkiyə PUA-sını uçuş bucağından asılı olaraq, 9.3-16.5 km məsafədə aşkarlamalı, 12 km-də isə onu müşayiət etməli idi. ZRK-nın zenit raketlərin elan olunan atəş məsafəsinin isə 20 km-ə qədər olduğunu nəzər alsaq, mənzərə real görünəndən 180 dərəcə fərqli olmalı idi...

Suriya və Liviyada fəaliyyət göstərən "Panrsir-S1" ZRK-ları artıq bir neçə dəfə həm İsrail, həm də Türkiyə pilotlu və pilotsuz vasitələrinin "məhv edilməsi ciddi problem yaratmayan hədəflər" siyahısına daxil edilib. Təbii ki, istehsalçı şirkət və ya aidiyyatı qurumlar məhsulun bazarda mövqeyini qorumaq üçün bəzi xilasedici bəyanatlar səsləndirə bilər, lakin bəzən bunlar absurd səviyyəyə qədər gedib çıxmamalıdır. ZRK-nın effektivliyi ilə bağlı yaranan haqlı şübhələrin cavabında əvvəllər daha çox "ZRK aktiv deyildi", "ZRK aktiv olsa da, ekipaj maşında deyildi", "ərəb heyət hazırlıqlı deyildi" kimi müxtəlif bəhanələrə rast gəlirdik. İndi isə yeni bəhanə belə səslənir: "Əmirlik üçün hazırlanan modifikasiyalar bəzi çatışmazlıqlara malikdir". Sanki bu modifikasiya eyni istehsalçı tərəfindən istehsal edilməyib. Bu bəhanədə istehsalçı Liviya ərazisində məhv edilən "Pantsir S1" ZRK-nın BƏƏ-yə məxsus olan MAN SX-45 markalı yük maşınında daşınma kadrlarını əsas gətirirməyə cəhd edir, lakin bu istehsalçının məhsulu haqqında verdiyi məlumatların həqiqəti əks etdirmədiyini ört-basdır edə bilmir: Türkiyə dronlarının hava hücumundan digər hissə və qoşun birləşmələrini müdafiə etməli olan "Pantsir S1" ZRK-ları, heç özlərini qoruya bilmədilər. Belə bir faciəli komediyaya şahidlik etmək də çoxlarına nəsib olmur. Digər tərəfdən isə İsrail ordusu da zaman-zaman Suriya ərazisindəki Rusiya istehsalı ZRK-lara qarşı həm pilotlu və pilotsuz aviasiyadan, həm də TƏİRK-dən qarşısıalınmaz dəqiq zərbələr endirir. Bütün bunlar isə silah bazarında mövqelərini itirməkdə olan Rusiya ZRK-larının nüfuzuna təsirsiz ötüşmür. Türkiyənin özündə də S-400 komplekslərinin imkanları barədə müəyyən şübhələrin yaranması istisna deyil.

Həm əvvəlki, həm də sonuncu arqumentlərə qarşı bir neçə cavabsız qala biləcək sual qeyd etmək mümkün olsa da, buna zaman sərf etməyəcəyik, çünki oxucularımızın əksəriyyəti də bu sualların tərkibini təsəvvür edə bilər.

Türkiyə PUA-larının təchizatı və dəstəklənməsi

Hərbi təyinatlı dronlar əsasən kəşfiyyat, müşahidə və zərbə məqsədilə istifadə edilir. Orta yüksəklik tipli PUA-lar təqribən 6000 m-də uçur (bu göstərici "Bayraktar"da 8200 metrə qədərdir). Bu vəziyyətdə "Pantsir-S1" radarları "Bayraktar" PUA-sını ən azı 7 km üfüqi məsafədə aşkar etməli idi. Ən uğurlu vəziyyətdə bu məsafə 15.3 km də ola bilərdi. Lakin bütün bunlar baş vermədi.

PUA-nın OLS radarı tərəfindən "Pantsır" ZRK-nın aşkar edilməsi məsafəsi isə sabit olmur, çünki bu məsafə bir çox parametrdən, məsələn işıqlandırma dərəcəsindən, atmosfer müdaxiləsindən, maskalanmadan, OLS kameralarının konfiqurasiyasından və s. asılıdır. "Bayraktar" PUA-larında ABŞ-ın hərbi təyinatlı "Wescam CMX-15D" OLS modulu quraşdırılır. Bu modul artıq bir çox ölkədə, mülki və hərbi təyinat üzrə geniş və uğurla istifadə olunur. "Youtube"da onun fəaliyyətinə dair videoları asanlıqla tapa bilərsiniz. OLS gündüz kamerası "tank" tipli hədəfi 80 km-ə qədər məsafədə aşkar edə bilir. Əslində bu göstəricinin doğruluğunu sübut etməyə ehtiyac yoxdur, çünki 20 km məsafədə hərəkət edən yük maşınının kabinəsində sürücünü aydın şəkildə müşahidə etmək mümkündür. Bu OLS modulunu isə "Pantsir" ZRK-nın keçən əsrin standartları səviyyəsində qalan və cəmi 12 km məsafədə bulanıq termal görüntüləri təqdim edən aşkarlama modulu ilə müqayisə etmək mümkün deyil. Bu isə "Bayraktar" PUA-larına "Pantsır"in məhvetmə və müşahidə zonasına yaxınlaşmadan (8 km aralı məsafədən) ZRK-nın yerini dəqiq müəyyənləşdirməyə imkan verir. ZRK yerini müəyyənləşdirən PUA isə artıq dəfələrlə uzaq məsafədə yerləşən uzaqmənzilli idarəolunan raketə malik qırıcıya və ya PUA-ya təhlükəsiz şəraitdə həm hədəf göstərə bilir, həm onların buraxdığı raketi fəaliyyət zonasında idarə edə bilir, həm də zərurət yarandıqda bu raketi digər hədəfə yönləndirə bilir. Bundan başqa 14 km məsafədən hava hücumundan müdafiə sisteminə idarə olunan raketlər buraxa bilən zərbə PUA-ları aktiv rejimə keçir. Hədəfin lazerlə işıqlandırması vacib deyil, lakin bu mümkündür. Burada hər ZRK, həm də PUA operatorların təlimindən də çox şey asılıdır, lakin konkret vəziyyətdə TSQ operatorlarının peşəkarlığı, qarşıdurmanın nəticəsini əvvəlcədən proqnozlaşdırmağa imkan verdi.

"Bayraktar"ın RLS-ə malik versiyasına gəldikdə isə onun OLS-dən bir sıra üstünlükləri mövcuddur. Radar yüksək qətnamə ilə ərazini darayır və adi maskalanma, duman, bulud və s. onun üçün maneə hesab edilmir. "Bayraktar" üzərində, aktiv olaraq ixrac olunan "Leonardo"nun "Picosar"ı kimi, 1 m ilə 20 km arasında dəyişən darama diapazonuna malik AFAR tipli mini RLS-lər yerləşdirilə bilər. Bu isə "Pantsır"ləri, hətta 14 km məsafədən aşkarlamağa imkan verir. "Anka" və "Anka-S" PUA-ları isə daha güclü və müasir AELSAN-ın AFAR tipli "Sarper" məhsulu ilə təchiz edilir. Bu RLS-lərin ilkin versiyası keçən ildən Türkiyə HHQ-nin F-16 qırıcılarında tətbiq edilir. Deməli bu il istifadəyə veriləcək yüksək hündürlükdə fəaliyyət üçün nəzərdə tutulan və az sonra bəhs edəcəyimiz "Akıncı" pilotsuz vasitələrini nəzərə almasaq belə, Türkiyənin "Anka" PUA-larının "Pantsir" ZRK-larını aşkarlama məsafəsi ən azı bir dəfə yarım-iki dəfə artacaq. Bunu isə əks tərəfin nəzərə almaması mümkün deyil.

Əlbəttə ki, OLS modulunun fəaliyyəti həm duman və çiskin kimi atmosfer, həm də obyektin maskalanma səviyyəsi kimi texniki amillərdən asılıdır, lakin ümumilikdə Türkiyə kəşfiyyat PUA-sının, Rusiyanın "Pantsir" hava hücumundan müdafiə sistemini daha erkən aşkarlamaq şansına, deməli daim üstün təşəbbüsə malik olması danılmaz faktdır.

Təbii ki, PUA-ların hava hücumundan müdafiə sisteminə çox yaxınlaşması təhlükəsiz deyil. Bu bəzən istəmədən də baş verə bilər. Türkiyə Ordusu Suriya ərazisində dron "sürüsündən" istifadə edərkən, onları ASELSAN tərəfindən TSQ və Quru Qoşunları Komandanlığı üçün hazırlanan Radioelektron mübarizə vasitələri, Elektron Dəstək (ED)/Elektron Hücum Sistemləri (EH) ilə aktiv şəkildə dəstəklədilər. İstehsalçı "Pantsir-S1" radarlarının maneə və müdaxilələrdən mühafizəsinin "Pantsir-SM" versiyasından daha zəif olduğunu iddia edir. Yalnız passiv fazalı antenə malik PFAR ilə təchiz edilən S-1 kompleksi yalnız bir, lakin dəyişən tezlikdə çalışır. Tezliklərin dəyişməsi, onun diapazonunu asanlıqla proqnozlaşdırmağa mane olmur.

Yeri gəlmişkən, hazırda Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi müxtəlif kəşfiyyat və nişangah sistemləri (EO/IR) 2016-cı ildən artıq bir çox yerli və xarici pilotlu/pilotsuz aviasiya vasitələrində istifadə olunur. Kütləsi 120 kq olan ASELFLIR-300T pilotlu vasitələr, ondan 60 kq daha yüngül olan CATS isə PUA-lar üçün hazırlanıb. CATS modulunun Türkiyə PUA-larında artıq tətbiq edildiyi istisna edilmir.

Taktiki-Texniki Xüsusiyyətləri

"Bayraktar TB2"PUA-sı

Uzunluğu: 6.5 m;
Qanad açılımı: 12 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 55 kq;
Mühərrik: 1×Rotax 912 (daxili yanma);
Mühərrikin gücü: 100 at gücü;
Sürəti: 250 km/saat;
Kreyser sürəti: 120 km/saat;
Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;
Havada qalma müddəti: 25 saata qədər;
Fəaliyyət radiusu: 150 km.

"Anka-S" PUA-sı

Uzunluğu: 8 m;
Qanad açılımı: 17 m;
Qanad sahəsi: 13.6 kv.m;
Kütləsi: 1500 kq;
Mühərrik: 1 × Thielert Centurion və ya PD170;
Yanacağın kütləsi: 250 kq;
Faydalı yükün kütləsi: 200 kq;
Mühərrikin gücü: 155 at gücü;
Sürəti: 217 km/saat;
Kreyser sürəti: 140 km/saat;
Uçuş yüksəkliyi: 9000 metrdən yüksək;
Havada qalma müddəti: 24-32 saat;
Fəaliyyət radiusu: 200 km;
Daşınan sursat dəsti: 4 ədəd və 2 UMTAS raketi.

"Akıncı"PUA-sı

Uzunluğu: 12.3 m;
Qanad açılımı: 20 m;
Hündürlüyü: 4.1 m;
Kütləsi: 650 kq;
Faydalı yük kütləsi: 1350 kq;
Mühərrik: 2×PD-22 (turbo dizel);
Mühərrikin gücü: 2x222 at gücü;
Uçuş yüksəkliyi: 12200 metrdən yüksək;
Havada qalma müddəti: 24 saat;
Qalxma kütləsi 4500kq;
Hündürlüyü 4.1 metr.

ZRK-nın müdaxiləyə qarşı imkanları

Müdaxilə pilotsuz vasitənin stels xüssiyyətə malik olduğu halda, daha da təsirli olur. Müdaxilə gücü ilə hədəfin EPR-i arasında birbaşa mütənasiblik mövcuddur. Stels PUA-nı maskalamaq üçün, 5 kv. m EPR-ə malik "MiQ-29"u maskalamaq üçün zəruri olandan 50-500 dəfə daha az müdaxilə gücü tələb olunur. Digər tərəfdən isə "Pantsir" raketləri özütuşlanan başlığa malik deyil və tamamilə ZRK-nın RLS-indən asılıdır. RLS isə müdaxilə nəticəsində yalnış məlumatlar alırsa, hədəf görünsə belə onu məhv edə bilmir. PUA-nın ZRK-ya çox yaxın məsafəyə qədər yaxınlaşmasının müdaxilənin aradan qalxmasına və dronun məhv edilməsinə səbəb ola biləcəyi iddia olunur. Liviyada ZRK-ya çox yaxınlaşan "Bayraktar" PUA-sının məhz bu səbəbdən məhv edildiyi bildirilir, lakin burada bir ZRK məhvedici amili öz mahiyyətini itirir. Əgər PUA iriçaplı pulemyotun atəş məsafəsinə qədər rəqib obyektinə yaxınlaşacaqsa, o zaman bu qədər bahalı raketə və atıcı qurğuya malik ZRK nəyə lazımdır? Kadrlarda isə PUA-nın zenit raketi ilə vurulması da şübhə doğurur, çünki dron zədələr alsa da, korpusun 80 %-i bütovlüyünü qoruya bilib. Mövzudan kənara çıxmamaq üçün əsas mövzunun növbəti hissəsinə keçək.

Türkiyənin bu il silahlanmaya qəbul edəcəyi HALE tipli "Akincı" PUA-sı yüksək hündürlükdə kəşfiyyat fəaliyyəti göstərmək və daha ciddi silah sistemləri ilə hədəfə dəqiq zərbələr endirmək üçün hazırlanıb. Bu tip PUA-lar yalnız dünyanın 4 ölkəsi tərəfindən istehsal edilir. Uzun müddət havada qalmaq imkanı və qabiliyyətlərin qarşılıqlı müqayisəsi ilə oxucunu yormamaq üçün, yalnız bir fakta diqqət yetirək. "Akıncı" 12 km-dən yüksəkdə uçduğunu, daha uzaq mənzilli sursat dəsti daşıdığını, "Pantsir"in isə 6 km-də əməliyyat keçirən "Bayraktar" qarşısında aciz qaldığını, onun zenit raketinin TTX-sında elan olunan 20 km atəş məsafəsinin sadəcə sayıqlama olduğunu nəzərə alsaq, o zaman ilin sonunda həm Liviyada, həm də Suriyada (təbii ki, Həftər qüvvələri ilin sonuna qədər davam gətirə bilsə) Ankaranın rəqiblərini daha ciddi sınaqların gözlədiyini iddia edə bilərik.

"Baykar Makina" tərəfindən hazırlanan və daha üstün texniki xüsusiyyətlərə malik "Akıncı" zərbə PUA-ları "Bayraktar" mini-radarlarından xeyli uzaqda yerüstü və hərəkət edən hədəfləri aşkarlaya bilən tam həcmli AFAR radarı ilə təchiz edilib.

Yeni PUA Süni Zəkaya əsaslanan texnologiyanın köməyi ilə uçuş zamanı ətrafında baş verənləri təhlil edir və qiymətləndirir, obyekt, ağac, insan, maşın və s. tanınmasını, həmçinin avtomatik qalxma və enməni həyata keçirir. "Akıncı" AFAR radarından başqa, Elektron Dəstək modulundan, SAR kəşfiyyat sistemindən, REM kompleksindən, EO/İR (infraqırmızı/elektron optik) kəşfiyyat vasitəsindən, müxtəlif görüntü cihazlarından və Peyk Rabitə sistemindən istifadə edir.

Xatırladaq ki, sadalanan bütün sistem və vasitələr Türkiyə istehsalıdır. PUA-nın müxtəlif növ kilidlənən və idarəolunan sursatlardan istifadəsi AFAR radarı tərəfindən dəstəklənir.

"Akincı" zərbə PUA-sının atəş məsafəsi 28 km olan JDAM tipli idarəolunan "hava-hava" raketləri ilə bərabər 250 km atəş məsafəsinə malik SOM qanadlı raketlərini tətbiq etməsi, həmçinin onlarla kilometr məsafədə yerüstü hədəfləri müstəqil aşkarlamaq qabiliyyətinə malik olması Türkiyənin rəqibləri tərəfindən ciddi şəkildə diqqətə alınmalı olan vacib məqamlardandır.

Yeni metodlar

Hava məkanının HHQ üçün bağlı olması, TSQ-nin ölkə sərhədlərindən kənarda keçirdiyi döyüş əməliyyatını fərqli taktiki metodlarla təşkil etməyə yönləndirdi. Nəticədə dünya hərbi ictimaiyyəti, indiyə qədər baş verən müharibələrdə heç rast gəlinməyən hərbi əməliyyatların yeni planlaşdırılması və aparılması metodlarına şahidlik etdi.

Həqiqətən də TSQ-nin PUA tətbiqinə dair son nailiyyətləri müasir müharibə anlayışına özünəməxsus yeniliklər əlavə etdi. İndiyə qədər bu sahədə monopoliya yalnız ABŞ və İsrail şirkətlərinə aid idisə, artıq Türkiyə də bu sahədə vacib oyunçuya çevrilir. Məhdud miqyasda tətbiq edilən nöqtə atışlı zərbə PUA-larının və "sürü" dronlarının tətbiqi əməliyyatları, TSQ tərəfindən həm daha geniş miqyaslı, həm uzunmüddətli, həm də eşalonlaşdırılan əsl PUA müharibəsi ilə əvəz edildi. PUA-ların keçirdiyi əməliyyatlarda müxtəlif ölçülü və təyinatlı PUA-ların ardıcıl və məntiqli tətbiqinə xüsusi diqqət yetirildi. Əməliyyatlarda son məqsədin yalnız zərbə PUA-ları ilə hücum edib, rəqibin hərbi obyektlərinin məhv edilməsindən ibarət olmadığı məlum oldu.

TSQ-nin həm pilotlu vasitəyə pilotsuz aparat tərəfindən hədəf göstərməsi, həm pilotlu vasitənin buraxdığı raketin sonrakı müddətdə idarə edilərək hədəfə çatdırılması, həm də pilotsuz vasitə ilə pilotlu vasitənin məhv edilməsi hərbi əməliyyatlar tarixində ilk dəfə baş verir. Bu hadisələr artmaqda olan TSQ-nin texnoloji səviyyəsinin real indikatoru olaraq, hətta rəqib ölkələrin KİV-lərində ekspertlər tərəfindən dərin qısqanclıqla etiraf edilir. Heç şübhəsidir ki, "Akıncı" PUA-larının bu il silahlanmaya qəbulu ilə TSQ uzaq məsafələrdən düşmən hədəflərinin məhv edilməsində daha böyük uğurlara imza atacaq.

Nəticə

"Pantsir S-1" ZRK-nın müasir döyüş əməliyyatlarının tələblərinə cavab verməməsi, artıq onun istehsalçısında da şübhə yaratmır. Kompleksin zenit raketindən daha ucuz olan PUA qarşısında həssaslıq göstərməsi isə tam fiaskodur. Yeni təhdidlərə cavab olaraq istehsalçı şirkət AFAR tipli RLS-ə malik yeni "Pantsır-SM" versiyasını hazırladı.

İstehsalçının məlumatına görə, qabiliyyət baxımından yeni kompleks köhnə versiyadan üstün aşkaretmə diapazonu, yüksək müdaxilədən qorunma səviyyəsi, uzaq atəş məsafəsi və digər parametrləri ilə fərqlənir. Lakin istehsalçı bu parametrləri necə əldə etdiyini açıqlamır. Xatırlayırsınızsa, "Pantsır S-1" də ictimaiyyətə məhz bu şəkildə, "üstün", "yüksək" və "uzaq" parametrlərlə təqdim edilmişdi. Lakin real döyüş əməliyatları hər bir döyüş vasitəsinə layiq olduğu real dəyəri çox qısa zamanda və zərgər dəqiqliyi ilə təqdim edə bilir.

Əslində istehsalçının bu üstün parametrləri necə əldə etdiyini açıqlaması o qədər də vacib deyil. Çünki dünyada nə döyüş əməliyyatları başa çatıb, nə də bu əməliyyatlarda "üstün" ZRK-ların tətbiqi məhdudlaşdırılıb.

Ümumilikdə isə ZRK-lar passiv rejimdə müdafiə olunduğu üçün, əvvəlki hərbi əməliyyatlarda da hücum edən aviasiya vasitələrinə daim məğlub olublar. Məhdud zonada müvəqqəti üstünlük onların müasir versialarının say üstünlüyü və dəqiq eşalonlaşdırılması ilə mümkün ola bilər. Lakin Türkiyənin fərqli siniflərdən olan PUA-larının qarşılıqlı əlaqədə yeni tətbiq metodları artıq "məhdud zonada müvəqqəti üstünlük" versiyasını da sıfırlayıb. 2017 və 2018-ci illərdə Rusiya sistemlərinə malik Suriya HHM qoşunlarının ABŞ qanadlı raketlərinin daim 70%-dən çoxunu ələ keçirməsi ilə bağlı xəbərlər yayılanda bunun həqiqətə uyğun olmadığını bildirmişik. O zaman ABŞ tərəfi hədəflərə zərbələri əks etdirən kadrları paylaşmadığı üçün Rusiya tərəfi ələkeçirməni öz silahlarının piarı üçün istifadə edə bildi. Bu təcrübəni nəzərə alan Türkiyə və İsrail isə bu ZRK-ların real imkanlarını ortaya çıxardı. Suriya üçün bu faktlar təbii ki, ağır bir itkidir, lakin burada Rusiyanın istehsal etdiyi hava hücumundan müdafiə kompleksinin bu qədər aşağılayıcı şəkildə məhv edilməsi, ölkənin müdafiə sanayesinə növbəti zərbə oldu.

Baş verənləri analiz edərək sonda belə bir nəticəyə gələ bilərik ki, Suriyada və Liviyada mövcud olan Rusiya istehsalı HHM sistemləri Türkiyə PUA-larının hücumlarının qarşısını almağa qadir deyil.

Əməliyyatlar teatrındakı mövcud ZRK-lar müasir tələblərə cavab vermirsə, PUA isə artıq qanadlı raketlə hücum edirsə, o zaman artıq müzakirə üçün mövzu da qalmır. Dolayısı ilə Türkiyə PUA-ları artıq inkişaf tempinə görə onlara qarşı tətbiq edilən HHM sistemlərinin inkişaf tempini dəfələrlə üstələyir. Təbii ki, bu barədə bizim müdafiə sənayemiz də mövcud potensialını vacib istiqamətlər üzrə genişləndirməlidir.

Mənbələr

https://weaponews.com/lb/opinions/42345-konfrontatioun-lenkwaffensystem-panzir-s1-an-tierkesch-uav-nerv-kriche.html
https://www.savunmasanayist.com/redet-ii-elektronik-harp-sistemi/
http://www.millisavunma.com/cats-kesif-gozetleme-ve-hedefleme-sistemi/
https://www.defenceturk.net/ukrayna-ordusu-bayraktar-tb2-sihalarin-aktif-kullanimina-yonelik-calismalarini-surduruyor
https://rg.ru/2020/04/20/panciri-uspeshno-ohotiatsia-na-tureckie-udarnye-bespilotniki-v-livii.html
http://bastion-karpenko.ru/f-35-lightning-ii/
Эффективная площадь рассеяния
https://topwar.ru/172126-protivostojanie-zrk-pancir-s1-i-tureckih-bpla-repeticija-vojn-buduschego.html?fbclid=IwAR13IcKwZq5D7YNVqwECBEdL4xmIFuHD-OVeB4c1C6Cksu1OtRP1YGQZcjA
https://ordu.az/az/news/162087/herb-tarixinde-bir-ilk%7C-tsq-nin-pua-si-qiriciya-hedef-gosterir,-yoxsa-bombardmancini-mehv-edir-ekspert
https://ordu.az/az/news/156670/turkiye-milli-pua-senayesinin-anasi-akinci-herbi-ekspert

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Pantsir-S1" ZRK və "Bayraktar" qarşıdurması kontekstində PUA Müharibəsi - ANALİZ (HƏRBİ EKSPERT)

2020/07/Libya-4782055995.jpg
Oxunub: 6697     10:55     06 İyul 2020    