İki erməni hərbçisi minaya düşüb

2018/11/6c1e2-1543216874.jpg
Oxunub: 5051     12:48     03 İyul 2020    
İşğal edilmiş Əsgəran ərazisində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin 7-ci dağ atıcı alayının bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu minaya düşüb.

Ordu.az xəbər verir ki, 2018-ci ilin 2-ci yarısında hərbi xidmətə çağırılan əsgər Xoren Şağqulyan və Levon Hayriyan 136-cı postu tərk edərək, 132-ci postda xidmət edən və tərxis olunmağa hazırlaşan əsgərlərlə sağollaşmağa gedib.

Tez çatmaq üçün qısa yolla getmək qərarına gələn hərbi qulluqçular posta çatmağa 10-15 metr qalmış minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Partlayış nəticəsində sol ayağından yaralanaraq hərbi hospitala göndərilən X. Şağqulyanın ayağı amputasiya olunub. Digər hərbi qulluqçu L. Hayriyan isə üz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Mina  

İki erməni hərbçisi minaya düşüb

2018/11/6c1e2-1543216874.jpg
Oxunub: 5052     12:48     03 İyul 2020    