Belarusda gələn il baş tutacaq silah və hərbi texnika sərgisinin tarixi məlumdur

2019/05/uploa-3116314932.jpg
Oxunub: 1387     12:55     03 İyul 2020    
Belarus gələn il MILEX silah və hərbi texnika sərgisinin 10 illiyi münasibətilə Minsk şəhərində MILEX-2021 sərgisi keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, MILEX-2021 beynəlxalq silah və hərbi texnika sərgisi 2021-ci ildə 23-26 iyun tarixlərində baş tutacaq.

Tədbirin hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinə Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Dmitri Pantus rəhbərlik edəcək.

MILEX sərgisi, ənənəvi olaraq, Belarusun müdafiə sənayesinin məhsullarını təqdim etmək, yüksək texnologiyalar sahəsindəki yeni inkişaflarla tanış olmaq, modernizasiya, hərbi texnikanın təmiri və Silahlı Qüvvələrə xidmət göstərən müəssisələrin imkanlarını nümayiş etdirmək məqsədi ilə keçirilir. 2021-ci ildə tədbir 10-cu dəfə keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Belarus   MILEX  

Belarusda gələn il baş tutacaq silah və hərbi texnika sərgisinin tarixi məlumdur

2019/05/uploa-3116314932.jpg
Oxunub: 1388     12:55     03 İyul 2020    