Erməni əsgərlər koronavirusa yoluxub

2020/03/22460-1585460256.jpg
Oxunub: 1646     20:21     02 İyul 2020    
İşğal edilmiş Qetavan yaşayış məntəqəmizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində və bütövlükdə yaşayış məntəqəsində koronavirusa kütləvi yoluxma faktı qeydə alınıb.

Ordu.az xəbər verir ki, kütləvi yoluxma halı ilə əlaqədar Qetavan yaşayış məntəqəsinin giriş-çıxışı bağlanıb.

Yaşayış məntəqəsinin karantinə alınmasına əsas səbəb isə sahə həkimi Hovik adlı şəxsin koronavirusa yoluxaraq ailə üzvləri ilə birlikdə kənd camaatını da infeksiyaya yoluxdurmasıdır.

Xəbərdə deyilir ki, həkim bu faktı gizlətdiyi üçün yanına gəlib-gedən xəstələrin bir sözlə, kənd camaatının da infeksiyaya yoluxmasına səbəb olub.

Eyni zamanda məlum olub ki, kənd həkimi Hoviklə ünsiyyətdə olan Qetavan hospitalının tibb bacısı Marina Qriqoryan da koronavirusa yoluxub.

Belə olan təqdirdə virusun yayılması domino effekti yaradıb və tibb bacısı M. Qriqoryanla ünsiyyətdə olan hospitalın sanitarları Ruzanna Xacaturyan, Stella Hovanisyan və Yelena Sağyanın da COVID-19-a yoluxduğu faktı ortaya çıxıb.

Hadisə ilə bağlı bütün hospitalın əməkdaşları və burada müalicə olunanlar karantinə alınıb, hospitala xəstə qəbulu dayandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Koronavirus  

Erməni əsgərlər koronavirusa yoluxub

2020/03/22460-1585460256.jpg
Oxunub: 1647     20:21     02 İyul 2020    